» » İran TIR-ları Qarabağda: “Hər şey daşıyırlar...”

İran TIR-ları Qarabağda: “Hər şey daşıyırlar...”

11-06-2017, 08:17
Yerləşdirdi: Admin
Çıxartmaq
İran TIR-ları Qarabağda: “Hər şey daşıyırlar...”
Rusiyalı yazıçı, ekstremist-faşist Eduard Limonov Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və ermənilər onu təmas xəttinə aparıblar, Qarabağın müxtəlif yerlərini gəzdiriblər. Məqsəd özünün dediyi kimi “türklərə nifrət edən” bu ekstremistin köməyi ilə təbliğat qurmaqdır. Azərbaycan XİN artıq Limonovun adını “qara siyahı”ya salıb. İstisna deyil ki, hüquq-mühafizə orqanları onun barəsində cinayət təqibi də başladacaqlar.

Limonov özünün Qarabağdan təəsüratlarını Rusiya saytlarında yerləşdirir.

Virtualaz.org bu ekstremistin erməni təbliğatına xidmət edən qeydlərinə geniş yer vermək niyyətində deyil. Lakin Limonovun səfər qeydlərində bir detal diqqəti xüsusi cəlb edir: Qarabağda, Azərbaycanın işğal altındakı ərazilərində o tərəf-bu tərəfə hərəkət edən İran TIR-ları.

Limonov növbəti səfər qeydlərində də bu detala diqqət çəkib. Ağdərə istiqamətində gedəndə qarşısında tez-tez sarı nömrəli İran TIR-ları çıxıb. “Bu “fura”lar nə daşıyır?”-rusiyalı ekstremist onu müşaiyət edən ermənidən soruşub. “Hər şey”-erməni cavab verib.

İran yük maşınlarının Azərbaycanın işğal altındakı ərazilərində sərbəst hərəkəti haqda bundan əvvəl də ara-sıra xəbərlər çıxırdı. Belə görünür ki, bu maşınlar İran istiqamətindən Ermənistana daxil olur, daha sonra oradan Azərbaycanın işğal altındakı ərazilərinə erməninin dediyi kimi “hər şey” daşıyırlar. Bəs Azərbaycan tərəfi nədən İran TIR-larının işğal altındakı ərazilərə müntəzəm olaraq qanunsuz daxil olması barədə məsələni rəsmi Tehranın qarşısında qaldırmır? XİN nədən belə məlumatları qeydə alıb İrana nota vermir?

Bəlli olduğu kimi Azərbaycanın işğal altındakı ərazilərinə Bakının icazəsi olmadan daxil olanların adları XİN-in “qara siyahı”sına daxil edilir. Vaxtaşırı olaraq Azərbaycan hakimiyyəti işğal altındakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərə xəbərdarlıq edir, onların mənsub olduğu ölkələrin rəsmi məqamları qarşısında məsələ qaldırıb belə fəaliyyəti əngəlləməyə çalışır. Lakin İran TIR-ları məsələsi nədənsə diqqətdən kənarda qalıb.

Hansı ki, həmin TIR-ların dövlət nömrə nişanlarını təsbit edərək onların sonradan Azərbaycan üzərindən tranzit yükdaşımalar həyata keçirməsinə imkan verməmək olardı. İşğal altındakı ərazilərdə hər gün o tərəf-bu tərəfə hərəkət edən İran TIR-larının nömrələrini qeydə almaq üçün Müdafiə Nazirliyinin kəşfiyyat vasitələrinin imkanlarından yararlanmaq mümkündür.
dle 10.5
Xəbər
“Kasperski” Yaxın Şərqdə casusluq kampaniyasını ifşa etdiRusiya mərmiyə qənaət edir, ABŞ isə… - KlimovElinanın intihar anının GÖRÜNTÜLƏRİ YAYILDI - ŞOK VİDEONeftin bu qiyməti ABŞ-a sərf etməyəcək – PutinXIV Dalay Lama təcili xəstəxanaya yerləşdirildiİsraildə səslərin 45%-i sayıldı – Rəsmi nəticələrİntihar edən Elinanın tükürpədici məktubu üzə çıxdıABŞ-ın SEPAH-ı yox etmək istəməsinin iki mühüm – SəbəbiƏrdoğan Kremldə bu addımı ilə ABŞ-ı qızışdırdıBaxçalıdan açıqlama: Yeni seçki...Daha bir məktəbdə faciə: 1 şagird öldü, 2-si nəzarətə götürüldüElina intiharı: məktəbdən qovulan direktorla bağlı - SensasiyaRusiyaya yeni sanksiyalar tətbiq olunacaqVenesuela Amerika Birliyini tərk etdiSəudiyyəyə qarşı sanksiya tətbiq olunacaq - PompeoNeftin qiyməti yenə qalxdıÇL: "Totenxem" və "Liverpul" yarımfinala yaxınlaşdıGüləşçilərimiz Avropa çempionatında 5 medal qazandıBeyini xilas edən 3 məhsulQadınların diqqətinə: Saçların gec uzanmasının əsas səbəbi...Makron Breksit məsələsində nöqtəni qoyduABŞ-dan inanılmaz: Rusiya bununla razılaşmalı olacaqTürkiyə ilə bu plan üzərində çalışırıq - ABŞNATO bölgədə güclənir - Rusiya bəyanat verdiFuad Abbasov çağırış etdi: Deportasiya olunacağamBabayandan Qarabağla bağlı inanılmaz – Təklifİran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyatBakıda avtobus dəhşətli qəza törətdi - VideoNATO-dan Moskvaya cavab: Provokasiya...Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...Bu gün İlaxır çərşənbədirAntalya istiqamətində birbaşa uçuşlar başlayırTürkiyədən Utrext hücumu ilə bağlı - BəyanatMəscidə hücumun anbaan - Videosu/18+Bakıda öz adını düzgün yaza bilməyən icra hakimiyyətiİsrailin 5 raketə cavabı: Yüz hədəfi məhv etdiZurabişvilidən İrəvana mesaj: Separatçılarınızı geri çəkinSumqayıtda ağır qəza: 2 ölü, 3 yaralıTürkiyənin S-400 alması NATO üçün təhlükəsizlik məsələsidirƏrdoğandan terrorçunun onu öldürməklə bağlı planına - ReaksiyaAzərbaycan qədim xəritələrdə - Rus alimdən sensasion videoNovruz tonqallarında 9 nəfər yandı – RəsmiABB-də “Qazprombank” nümayəndələri ilə görüşQuş qripi monitorinqi keçirildi - AQTAQohum olmayan şəxs də donor ola bilər - Qanun hazırlanırBakıda dərmansız müalicə üsulu – NevroloqDünyanı qorxuya salan Boinq-737 haqda - FaktlarABŞ Maduroya görə Rusiyaya sanksiya tətbiq edəcəkYaxşı bitki yağını necə seçək?Sabiq icra başçısı 7 aylıq maaşını tələb edir