DataLife Engine > Gündəm / Siyasət > İranda xalq ayağa qalxdı – Foto

İranda xalq ayağa qalxdı – Foto


11-06-2017, 08:14. : Admin İranda xalq ayağa qalxdı – Foto
İranda parlament binasında və Xomeyni məzarı qarşısında törədilən terakt aktında həyatını itirənlərin yas mərasimi keçirilib.

Paytaxt Tehranda keçirilən mərasimə qatılanlar Səudiyyə Ərəbistanı, Suriya və ABŞ əleyhinə şüarlar səsləndiriblər.

İran Prezidenti Həsən Ruhani mərasimə qatılaraq başsağlığı verib. İranın dini lideri Ayətullah Əli Xamenei isə zərbənin İran xalqının əzmini qıra bilməyəcəyini, əksinə, Amerika və onun tərəfdaşı Səudiyyə Ərəbistanına qarşı düşmənçilik hissini artıracağını söyləyib.

Qeyd edək ki, iyunun 7-də Tehranda parlament binası və İmam Xomeyni məqbərəsinə hücum olub. Nəticədə 17 nəfər ölüb, 52 nəfər yaralanmışdı.

İranda xalq ayağa qalxdı – Foto
İranda xalq ayağa qalxdı – Foto
İranda xalq ayağa qalxdı – Foto
İranda xalq ayağa qalxdı – Foto
dle 10.5