DataLife Engine > Gündəm > Kabinetində döyülən rəis danışdı - Özəl

Kabinetində döyülən rəis danışdı - Özəl


5-07-2017, 10:44. : Admin
Kabinetində döyülən rəis danışdı - Özəl

Həmin adamları şəxsən tanımıram. İki nəfər idilər. Borca görə işıqları kəsilmişdi.

Bu sözləri Axar.az-a kabinetində döyülən Azərişıq ASC-nin Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi Aydın Məmədov bildirib. Onun sözlərinə görə, borca görə işığı kəsilən iki şəxs kabinetinə gələrək ona hücum ediblər:

“Əllərində bıçaq var idi. Hücum edib zərbələr endirdilər. Bıçaqla xəsarət yetirmək istyirdilər”.

A.Məmmədov deyib ki, məsələ ilə bağlı prokurorluq araşdırma aparır.

Qeyd edək ki, Azərişıq ASC-nin Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi 57 yaşlı Aydın Məmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.

axar.az dle 10.5