DataLife Engine > Gündəm > İki turistin öldüyü “Green Hous”da qiymətlər - Foto

İki turistin öldüyü “Green Hous”da qiymətlər - Foto


9-07-2017, 08:12. : Admin
İki turistin öldüyü “Green Hous”da qiymətlər - Foto

Hovuzda dörd nəfəri elektrik cərəyanı vurması ilə məşhurlaşan istirahət mərkəzinin qiymətləri o qədər də ucuz deyil.

Axar.az xəbər verir ki, İsmayıllıda yerləşən “Green Hous” otelində dörd nəfəri elektrik cərəyanının vurması və onlardan ikisinin ölməsi həmin oteli bir günün içində məşhur edib. Bu, həm də otelin qiymətlərini də gündəmə gətirib.

Məlum olub ki, “Green House” otelində 40 otaq mövcuddur.

Otaqlarda iki ədəd yataq otağı, bir ədəd qonaq otağı var. İki nəfərlik koteclərin qiyməti, səhər yeməyi də daxil olmaqla, 60 manatdır.

Təkadamlıq otaqlarda dincəlmək isə elə də ucuz deyil. Hətta bir nəfərlik lüks otaqlar da var ki, qiyməti 120 manatdır. 2 nəfər üçün 240, 3 nəfər üçün isə 360 manat təşkil edir.

Mehmanxanada restoran, hovuz, uşaq meydançası, bilyard salonu, tennis, futbol, voleybol meydançaları, park yeri də fəaliyyət göstərir.

Xatırladaq ki, ötən gün baş verən bədbəxt hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

axar.az dle 10.5