» » “Unibank”dan sahibkarlara növbəti dəstək

“Unibank”dan sahibkarlara növbəti dəstək

10-02-2017, 18:26
Yerləşdirdi: Admin
Çıxartmaq
“Unibank”dan sahibkarlara növbəti dəstək
“Unibank” müəssisələr üçün sərfəli əmək haqqı layihələrinin tətbiqinə başlayıb.

Bankdan Axar.az-a verilən məlumatda bildirilib ki, banka müraciət edən sahibkarlar əmək haqqı layihələrində xeyli güzəştlər və üstünlüklər əldə edə biləcək.

“Unibank”ın korporativ bank xidmətləri departamentinin rəhbəri Məcid Məmmədov bildirib ki, bu ilin əvvəlindən “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar nağdsız əmək haqqı sisteminə keçən müəssisələrin sayı kəskin artıb:

“Biz “Unibank” olaraq qərara aldıq ki, bu istiqamətdə iş adamlarına daha yaxından dəstək olaq. Hazırda bank tərəfindən korporativ müştərilərə əmək haqqı fondu və əməkdaşlarının sayına görə, cəlbedici əmək haqqı layihələri təklif edilir. Bu əmək haqqı layihələrində xüsusi güzəştlər nəzərdə tutulur. “Unibank”ın universal bank olması şirkətlərlə yanaşı, onların əməkdaşlarına da yüksək səviyyəli xidmət göstərməyə imkan yaradan bir üstünlükdür. Minimum sənədləşmə, geniş filial və bankomat şəbəkəmiz, əmək haqqlarını ofisi tərk etmədən, təhlükəsiz internet bank xidmətimiz vasitəsilə ödəmə imkanı, bu istiqamətdə “Unibank”la əməkdaşlığın maksimum rahat olmasını təmin edir”.

“Unibank”ın əmək haqqı layihələrinin üstünlükləri bununla bitmir. Müəssisələrə profilinə uyğun individual əmək haqqı layihəsi təklif edən bank, layihə çərçivəsində hər bir əməkdaşa 3D secure təhlükəsizlik xidməti ilə təmin olunmuş kart verir. Əmək haqqının ALBALI PLUS debetlə təqdim olunması isə sahibinə bu kartın üstünlüklərindən (depozit funksiyası, 20%-dək “cashback” imkanı, partnyor mağazalarda endirimlər və s.) istifadə imkanı yaradır. Öz əmək haqqı kartlarını MDB-nin ən mükəmməl mobil əlavələrindən olan Unibank Mobile xidmətinə qoşmaq imkanı əldə edən müəssisə əməkdaşları, günün istənilən vaxtında kart hesabına nəzarət edə, ödənişləri həyata keçirə bilərlər. Əmək haqqını “Unibank” kartları ilə alan şirkət əməkdaşlarının bankda avtomatik tarixçəsi yaranır ki, bu da gələcəkdə həmin şəxsə minimum sənədləşmə və güzəştli faiz dərəcəsi ilə kredit rəsmiləşdirmək imkanı qazandırır.

Müəssisə sahibləri “Unibank”ın əmək haqqı layihələrinə qoşulmaqla, çoxsaylı güzəştlərdən faydalanmaqla yanaşı, əlavə vaxt itkisindən və resurs cəlbindən azad olurlar. Əmək haqqı layihəsinə “Unibank”ın bütün filiallarında qoşulmaq mümkündür.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

“Unibank”- Biznesinizə daimi dəstək!

“Unibank”-hər kəsin bankı!
dle 10.5
Xəbər
Makron Breksit məsələsində nöqtəni qoyduABŞ-dan inanılmaz: Rusiya bununla razılaşmalı olacaqTürkiyə ilə bu plan üzərində çalışırıq - ABŞNATO bölgədə güclənir - Rusiya bəyanat verdiFuad Abbasov çağırış etdi: Deportasiya olunacağamBabayandan Qarabağla bağlı inanılmaz – Təklifİran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyatBakıda avtobus dəhşətli qəza törətdi - VideoNATO-dan Moskvaya cavab: Provokasiya...Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...Bu gün İlaxır çərşənbədirAntalya istiqamətində birbaşa uçuşlar başlayırTürkiyədən Utrext hücumu ilə bağlı - BəyanatMəscidə hücumun anbaan - Videosu/18+Bakıda öz adını düzgün yaza bilməyən icra hakimiyyətiİsrailin 5 raketə cavabı: Yüz hədəfi məhv etdiZurabişvilidən İrəvana mesaj: Separatçılarınızı geri çəkinSumqayıtda ağır qəza: 2 ölü, 3 yaralıTürkiyənin S-400 alması NATO üçün təhlükəsizlik məsələsidirƏrdoğandan terrorçunun onu öldürməklə bağlı planına - ReaksiyaAzərbaycan qədim xəritələrdə - Rus alimdən sensasion videoNovruz tonqallarında 9 nəfər yandı – RəsmiABB-də “Qazprombank” nümayəndələri ilə görüşQuş qripi monitorinqi keçirildi - AQTAQohum olmayan şəxs də donor ola bilər - Qanun hazırlanırBakıda dərmansız müalicə üsulu – NevroloqDünyanı qorxuya salan Boinq-737 haqda - FaktlarABŞ Maduroya görə Rusiyaya sanksiya tətbiq edəcəkYaxşı bitki yağını necə seçək?Sabiq icra başçısı 7 aylıq maaşını tələb edirQoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarışZurabişvili Ermənistanda azərbaycanlılardan danışdıNikol istəyir ki, Bakı Xankəndini vursun – Professordan şokTürk hərbçilər bu sistemi öyrənmək üçün Bakıya gəlirHamı təngə gəlib: Bakı hücum etsə, Kreml susacaq - Mixaylovİrəvan təşvişdə: 10 minlik Azərbaycan Ordusu...Qarabağ separatçı qurum deyil… – Kuznetsovdan sensasiyaNazirdən pensiyalarla bağlı - Şad xəbərZurabişvili İrəvanda: Qondarma abidəyə ziyarət – VideoBu ölkələr Rusiyadan ərazi tələb edə bilər - BorovoyBəs, Avropa ölkələrində edam qadağan idi? - ƏrdoğanTrampdan "Boinq"lə bağlı qərarAzərbaycanda qeyri-adi ev - VideoSahibkarların yumurta fırıldağı: AQTA xəbərdarlıq etdiBayram tonqalına görə ölən gəncin - FotolarıZabit Səmədov Ərdoğanla görüşdü - VideoHindistan-Pakistan konflikti şok məqamı üzə çıxardı - TarasovErməni ordusu 7 əsgər itirdi – MN-dən gülməli cavabBakıda yataqxanada yanğın: ölü və yaralılar var -VideoProblemli krediti olanların nəzərinə: Sabah saat 11:00-da...