» » Rusiya kəşfiyyatçısının evindən 12 milyon dollar tapılıb?

Rusiya kəşfiyyatçısının evindən 12 milyon dollar tapılıb?

1-02-2017, 18:08
Yerləşdirdi: Admin
Çıxartmaq
 Rusiya kəşfiyyatçısının evindən 12 milyon dollar tapılıb?
"The Guardian" yazır ki, Rusiyadan alınan xəbərə görə Moskvada kibertəhlükəsizliyin iki yüksək rütbəli rəsmisinə qarşı dövlət xəyanəti ittihamları irəli sürülüb.

Məqalədə deyilir ki, bu xəbərin yayılmasından az əvvəl ABŞ kəşfiyyatı Rusiyanı ABŞ seçkisinə müdaxilədə və Demokratik Partiyanın serverlərinə haker hücumunda ittiham etmişdi.

Xəbərdə adı çəkilən Sergey Mixaylov Rusiya Federal Təhlükəszilik Xidməti (FTX) Təhlükəsizlik İnformasiyası Mərkəzinin direktor müavinidir. Onun həbsi barədə xəbərlər ötən həftə sızdırılmış bir neçə məlumatlarlarla dövriyyə edirdi. Bu məlumatlarda habelə onun müavininin və bir neçə başqa şəxslərin adları çəkilirdi. Lakin çərşənbə axşamı yayılan xəbər bu məsələdə bir qədər də dərinə gedib.

"Sergey Mixaylov və onun müavini Dmitri Dokuçayev öz xidməti andlarını pozaraq Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləyiblər" - deyib təhqiqatla tanış olan mənbə İnterfax agentliyinə.

"Teatrlaşdırılmış həbs"

"The Guardian" yazır ki, rəsmi sanksiya olmadan İnterfax çətin ki, belə bir məlumatı yaymağa cəsarət edəydi, hərçənd xəbərin yayılması onun doğru olduğuna dəlalət etməyə də bilər.

Bundan əvvəl Rusiya mediasında yayılmış xəbərlərdə deyilirdi ki, Mixaylov bir müddət əvvəl elə FTX-nin binasında gedən iclas zamanı teatrlaşdırımlış bir tərzdə həbs olunub. Qolları bururlub, xəyanətdə ittiham olunduğu bildirilib və otaqdan çıxarılıb.

"The Guardian" yazır ki, onun müavini Dokuçayev Rusiyada Forb ləqəbli məşhur haker kimi tanınır.

Məqalədə deyilir ki, o özünün hakerlik fəaliyyətinə görə həbsxanaya salınmaması üçün bir neçə il əvvəl FTX-də işləməyə razı olub.

FTX zabitləri ilə yanaşı Moskvadakı Kasperski Laboratoriyası adlı kibertəhlükəsizlik firmasında kompüter insidentləri bölümünün rəisi işləyən Ruslan Stoyanov da həbs edilib.
Interfax xəbər verir ki, bunlardan başqa daha dörd nəfər həbs olunub və daha səkkiz nəfər şahid qismində dindirilir.

Dövlət xəyanəti ittihamlı məhkəmələr qapalı keçirilir və Dokuşayevlə Mixaylovu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

FTX-də nəsə baş verir

"The Guardian" qəzetinin gəldiyi nəticəyə görə Rusiyada sözü gedən şəxslərə qarşı xəyanət ittihamlarının irəli sürülməsi ilə ABŞ seçkisinə və Demokratik Partiyanın serverlərinə haker müdaxiləsi arasındakı vaxt fasiləsi o qədər qısadır ki, həbslərin ABŞ seçkisi ilə bağlı olmadığına inanmaq çətindir.

Ötən həftə New York Times qəzeti hazırda vəzifədə olan ABŞ rəsmilərindən birinə istinadən yazırdı ki, ABŞ hakimiyyət orqanları haker hücumunun arxasında Rusiyanın dayandığı barədə informasiyanın alınmasında insan kəşfiyyat mənbəyinin rol oynadığını söyləyirlər.

"The Guardian" yazır ki, ABŞ kəşfiyyatının hesabatında gəlinmiş nəticələrin mənbəyindən əsas etibarilə söhbət getmir. Burdan belə nəticəyə də gəlmək olar ki, hesabatın mənbəyinin rusiyalılar olduğu təqdirdə ABŞ tərəfi təbii olaraq belə də etməli, mənbələri ictimailəşdirməməliydi.

Məqalədə deyilir ki, həbslər barədə informasiyaların yarımçıq və çətin deşifrə edilən parçalarla gəlməsi FTX-nin daxilində nə isə qəribə hadisənin yer aldığını söyləməyə əsas verir.

Rusiyada həssas informasiyaların sızdırılması nadir hallarda baş versə də, bu həbslər barədə xəbərləri bir neçə media qurumu yayıb. Belə təəssürat yaranır ki, ya kimsə səliqə ilə rəndələnmiş məlumatları sızdırır, ya da müxtəlif hakimiyyət mərkəzləri arasında güc çəkişməsi gedir.

Sızma xəbərlərin əksəriyyətində Kreml rəsmilərinə aid e-mailləri faş etməklə ad çıxarmış Şaltay-Boltay haker qrupundan söz gedir. Belə güman edilir ki, bu qrupun başçısı olduğu deyilən keçmiş jurnalist Vladimir Anikeyev də həbs olunanların arasındadır.

Güllü köynəkli kişi

2014-cü ildə "The Guardian" qəzetinin müxbiri Şaltay-Boltay qrupunun nümayəndələri ilə Rusiyanın xaricində yerləşən bir şəhərdə görüşüblər. Qrupun qoyduğu şərtə görə nə həmin şəhərin adı, nə də görüşə gələn qrup nümayəndələrinin xarici görünüşü açıqlanmamalıydı.
"The Guardian" yazır ki, bu görüş Avropa paytaxtlarından birinin ətrafında yerləşən qayıqçılıq klubunda baş tutub. Əynində güllü köynək olan bir kişi kateri çayın ortasına sürərək, orada musiqinin səsini ucaldıb və bundan sonra danışmağa başlayıb.

Özünü yalnız Şaltay adı ilə təqdim edən bu şəxs "The Guardian" qəzetinə deyib ki, qrup hakerlərdən və ola bisin vəzifədən atılmış rəsmilərdən ibarətdir və gələcəkdə yayılması mümkün geniş material arxivinə malikdir.

Bu şəxs iddia edib ki, sözü gedən materialların arasında hətta Vladimir Putinin yediyi xörəklərin menyusu və prezidentin yaxın çevrəsinə daxil şəxslərə aid minlərlə elektron məktub var.

Buna sübut kimi həmin şəxs noutbukunu açıb və orada Kremlin əsas fiqurlarından birinə aid e-maillərə bənzəyən siyahını göstərib. O deyib ki, qrup bu informasiyanı almağa hazır olan müştəri axtarır.

"Əjdaha başı"

"The Guardian" yazır ki, Mixaylovun Şaltay-Boltaydakı iddia edilən rolu dumanlıdır. Başqa bir kəşfiyyat mənbəyi İnterfax agentliyinə iddia olunan prosesi belə izah edib: "Bu işdə adı keçənlərin hər birinin öz işi vardı. Bəziləri kiberhücumları həyata keçirir, bir başqaları isə xarici kəşfiyyat xidmətləri üçün işləyirdilər".

Bəziləri inanırlar ki, Şaltay-Boltay informasiyanı Qərb kəşfiyyatına ötürə bilərdi, digərləri isə bu fikirdədirlər ki, bu qrupun adının hallandırılması əsl haker hadisəsindən diqqəti yayındırılması üçün ortalığa atılımış "əjdaha başı" məsələsidir.

Rusiyada internet və kibertəhlükəsizliyə aid kitabı bu yaxınlarda çap olunmuş Andrey Soldatov "The Guardian" qəzetinə deyib ki, Mixaylov və Stoyanov Şaltay-Boltayın yaydığı informasiyaya bənzər məlumatlarla məşğul olmayıblar. Buna görə də xəyanət ittihamları doğrudursa, söhbət böyük bir ehtimalla Demokratik Partiyaya haker hücumu etmiş qeyri-rəsmi şəxslərə aid informasiyanın ötürülməsindən gedir.

Ötən çərşənbə axşamı günü kəşfiyyat xidmətlərinə yaxınlığı ilə tanınan Life portalı xəbər verib ki, FTX xəfiyyələri Mixaylovun evində və daçasında axtarış aparıblar və müxtəlif gizlənc yerlərindən 12 milyon dollar nəqd pul tapılıb (BBC).
dle 10.5
Xəbər
Poroşenko Zelenskini təbrik etdi - Acı məğlubiyyətTürkiyə və İranın gizli razılığı - ABŞ hərəkətə keçdiUkrayna ölkələri belə aldadırdı – General açıqladıŞri Lanka teraktı haqda acı etiraf: Kəşfiyyat bilirdi, lakin...İsrail sazişlərdən imtina etdi, ABŞ isə... - Mahmud AbbasPoroşenko tərəfdarları sabah aksiyaya çıxırBaşçının müavinindən Elina olayı ilə bağlı - Sensasion açıqlamaƏrdoğan seçki etirazlarının üstündən xətt çəkdi?Kılıçdaroğluna hücum edənlərin kimliyi müəyyənləşdiYıldırımdan Kılıçdaroğluna hücumla bağlı - MesajPaşinyan Madrid prinsiplərindən imtina etsin - BabayanSaakaşvilidən şok: Putin bu iki ölkəyə hücum edəcəkSaakaşvili Poroşenkonun uduzmasını belə qeyd etdi.Afrika İttifaqından Sudanla bağlı - BəyanatTrampdan böyük səhv: 138 milyon nəfər öldü .Yarıçılpaq qadınlar Zelenskiyə hücum etdi - Fotoİran-Azərbaycan ticarət mərkəzi açıldıProblemli kreditlərlə bağlı açıqlama: Ödənişə başlanılırBoyumuz niyə qısalır? - Səbəblər açıqlandı“Kasperski” Yaxın Şərqdə casusluq kampaniyasını ifşa etdiRusiya mərmiyə qənaət edir, ABŞ isə… - KlimovElinanın intihar anının GÖRÜNTÜLƏRİ YAYILDI - ŞOK VİDEONeftin bu qiyməti ABŞ-a sərf etməyəcək – PutinXIV Dalay Lama təcili xəstəxanaya yerləşdirildiİsraildə səslərin 45%-i sayıldı – Rəsmi nəticələrİntihar edən Elinanın tükürpədici məktubu üzə çıxdıABŞ-ın SEPAH-ı yox etmək istəməsinin iki mühüm – SəbəbiƏrdoğan Kremldə bu addımı ilə ABŞ-ı qızışdırdıBaxçalıdan açıqlama: Yeni seçki...Daha bir məktəbdə faciə: 1 şagird öldü, 2-si nəzarətə götürüldüElina intiharı: məktəbdən qovulan direktorla bağlı - SensasiyaRusiyaya yeni sanksiyalar tətbiq olunacaqVenesuela Amerika Birliyini tərk etdiSəudiyyəyə qarşı sanksiya tətbiq olunacaq - PompeoNeftin qiyməti yenə qalxdıÇL: "Totenxem" və "Liverpul" yarımfinala yaxınlaşdıGüləşçilərimiz Avropa çempionatında 5 medal qazandıBeyini xilas edən 3 məhsulQadınların diqqətinə: Saçların gec uzanmasının əsas səbəbi...Makron Breksit məsələsində nöqtəni qoyduABŞ-dan inanılmaz: Rusiya bununla razılaşmalı olacaqTürkiyə ilə bu plan üzərində çalışırıq - ABŞNATO bölgədə güclənir - Rusiya bəyanat verdiFuad Abbasov çağırış etdi: Deportasiya olunacağamBabayandan Qarabağla bağlı inanılmaz – Təklifİran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyatBakıda avtobus dəhşətli qəza törətdi - VideoNATO-dan Moskvaya cavab: Provokasiya...Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...Bu gün İlaxır çərşənbədir