» » Azərbaycanda müğənni-narkobaron həbs olundu

Azərbaycanda müğənni-narkobaron həbs olundu

11-02-2017, 09:04
Yerləşdirdi: Admin
Çıxartmaq
Azərbaycanda müğənni-narkobaron həbs olundu
Regional xüsusi xidmət orqanlarının axtardığı iri narkotik tacir Lənkəran rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.

Bu barədə "Sputnik Azərbaycan"a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib. Saxlanılan şəxs 1979-cu il təvəllüdlü Məmmədov Elnur Ağa oğludur. Kişi əməliyyatçılar tərəfindən opium qəbul edərkən yaxalanıb. Məmmədovun saxlanılmasına səbəb yanvar ayında 2 kiloqram opiumun saxlanılması ilə bağlı aparılan araşdırma olub.

Yanvarın 22-də Lənkəran RPİ-nin əməliyyatçıları iri partiya narkotik maddə ələ keçiriblər: 2 kq 100 q opium və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul).

Reyd zamanı Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov Aqşin Aslan oğlu saxlanılıb. Əməliyyatçılar Aqşin Məmmədovu avtomobillə Bakıya gələrkən yaxalayıblar. Axtarış zamanı Məmmədovun üzərindən 2 kq 100 qr opium və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul) tapılaraq götürülüb. Məmmədov etiraf edib ki, şəhərdə opiumu 10 min manata, metamfetamini isə 5 min manata satmağa hazırlaşırmış. İlkin istintaq zamanı saxlanılan şəxs bildirib ki, narkotiki Rza adlı İran vətəndaşından alıb.

Məmmədovun sözlərinə görə, o, iranlıya 10 min manat verib ki, ona gül üçün dekorativ qablar göndərsin. Amma Rza gül qabı almayıb. "Gül qabları yoxdur, pul xərclənib, amma əvəzində opium var, onu Bakıda sataraq böyük pul əldə edə bilərsən" — iranlı Məmmədova bildirib. Məsələni beləcə həll ediblər. Məmmədov Rzadan opium və metamfetamin alıb və sərhəddən rahat keçirib. Amma Bakı yolunda onu asayiş keşikçiləri yaxalayıblar.

Aqşin Məmmədovun telefon danışıqları araşdırılarkən xüsusi xidmət orqanlarının əməkdaşları opium sifarişçisi Elnur Məmmədovun izinə düşüblər. "O iri narkobarondur. Uzun müddətdir regionun xüsusi xidmətləri onu axtarırdılar. O, çox ustalıqla özünün cinayət fəaliyyətlərini gizlədib. Burada hamı Məmmədovu yerli toylarda mahnı oxuyan müğənni kimi tanıyır. İndi o, oxuya bilməyəcək, çünki həbsxanada buna görə pul vermirlər. Amma rəqs etməyi öyrənmək lazımdır” – polis ironiya ilə deyib. Lənkəran RPİ-dən verilən məlumata görə, bu gün sözügedən şəxslərlə əlbir olan bütün cinayətkar dəstə, sifarişçilər və icraçılar saxlanılıb.
dle 10.5
Xəbər
Poroşenko Ərdoğandan yardım istədi: Onları azad edək...ABŞ-Çin iqtisadi savaşı: qalib kim olacaq? - EkspertBu ölkənin adı dəyişdirilir - AB-yə üzv olacaqQızdırmanı salmaq üçün bundan istifadə etməyin"Son zəng" üçün konkret vaxt qoyuldu - Video“Polonez”in gücü: “yandırılmış torpaq” taktikası... – PolkovnikF-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovduTrampla Kim Çenin imzaladığı sənədin detalları - VideoErmənistanın kabusu olan silahlar Ordumuzda - Video"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - VideoSəudiyyədən islam dünyasını şoka salan addım - FotoBakıda gənc qız gecə saat 4-də relslərin arasında... - VideoBakıda “ölüm maddəsi”: Bundan istifadə etməyinİrandan Kim Çenə xəbərdarlıq: Tramp geri dönən kimi...S-400-ləri anbara yığmaq üçün almırıq - ƏrdoğanNATO-dan Tramp-Kim Çen görüşünə münasibətABŞ PKK-ya qarşı üsyan edən kəndliləri bombaladı - VideoMəğlub edilən rəqibimiz: Azərbaycan problem yaşayırdı...Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkimBayram günləri hava necə olacaq? - AçıqlamaMərkəzi Bank yeni məzənnəni açıqladı“Rus NATO-su” toplandı: Belarus qatılmadıPaşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - BəyanatBu qurum nazirlikdən ayrıldı, 2 müavin təyin edildiRusiyadan oğurlanan 800 milyard haradadır? - PiontkovskiBu 3 ölkə hər an ABŞ-ı məhv edə bilər - İddiaPutin Rusiyanı bu ölkəyə icarəyə verir - ŞərhBu ölkədə “Maydan” başlayır: Rəsmilər qorxudaIII Dünya savaşı: Türkiyə üçün ən pis ssenariPaşinyan buna görə Moskvaya gedir - Təfərrüatİsraildən İrana yardım - Tarixi hadisəErməni yazarın müraciəti İrəvanı silkələdi: Qarabağ... - VideoAzərbaycan Rusiyadan “Terminator” alır? – KİVPutin nəhəngləri lağa qoydu: ŞƏT G7-dən güclüdürƏrdoğandan Avropaya xəbərdarlıq: Savaş...Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - FotoUkrayna kəşfiyyatı açıqladı: Əksəriyyət Rusiyanı istəyirYaşlı kişi dünya çempionatına traktorla gedirGüləşçimizdən Avropada böyük uğurBu məhsul xərçəngi məhv edir - VideoAğır xəstəlikləri müalicə edən – Möcüzəli reseptFHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcəkÇin qonşu ölkələri qorxudur - MettisF-35-lər Türkiyəyə verilir: Rəsmi dəvətİrəvan Moskvaya təsir edir: Tiflis sıxışdırılırƏrdoğan üçün ən ağır sınaq: iki cəbhədə mübarizə gedirGöyçayda sel körpünü dağıtdı - VideoPaşinyanın Rusiya əleyhinə siyasəti üzə çıxdı – ŞərhPutin şahzadənin yanında Kadırova: Pis işləyirsiniz - VideoSərkisyan Putini xəbərdar etdi: Paşinyanı devirin, yoxsa...