» » KQB əməkdaşı: "20 Yanvarda AZTV-ni biz partlatmışdıq"

KQB əməkdaşı: "20 Yanvarda AZTV-ni biz partlatmışdıq"

20-01-2017, 17:25
Yerləşdirdi: Admin
Çıxartmaq
KQB əməkdaşı: "20 Yanvarda AZTV-ni biz partlatmışdıq"
Rəhbərlik bizi təlimatlandırdı ki, Azərbaycan anti-sovetçilərlə qaynayır, azərbaycanlılar SSRİ-dən çıxmaq istəyir.

Bunu Report-a açıqlamasında keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı "Alfa" qrupunun sabiq əməkdaşı, ehtiyatda olan polkovnik Vitali Demidkin bildirib.

O qeyd edib ki, Azərbaycana getdikdən sonra həqiqətən xalqın şəhərdə Sovet qoşunlarının olmasından narazı olduğunu görüblər: "Lakin bu, daha çox insanların faciəvi ölümü ilə əlaqəli idi. Həmin vaxtı İttifaqdan ayrılmaq məsələsi yox idi. Ondan sonrakı il biz Vilnüsdə olanda, artıq İttifaqdan çıxmaq barədə qətiyyətlə danışırdılar".

"Udar" əməliyyatı barədə danışan V. Demidkin deyib ki, əməliyyatın adı sıravi əməkdaşlara məlum deyildi: "Udar" sözünü ilk dəfə sizdən eşidirəm. Biz öz tapşırığımızı yerinə yetirirdik, həyəcan yaşanan İttifaq respublikalarına gedirdik. O zaman biz təxmin edə bilməzdik ki, hər şey böyük dövlətin dağılması ilə nəticələnəcək".

O, həmçinin 1990-cı ilin yanvarında Bakıya ezamiyyətindən də danışıb: "Biz, səhv etmirəmsə, yanvarın 20-si Bakıya 60 nəfərlik qrup şəklində gəlmişdik. Gəldiyimiz tarix dəqiq yadımda deyil. Amma Moskvaya geri qayıtdığımız tarix dəqiq yadımdadır - martın 7-si, bu Beynəlxalq Qadınlar günü ərəfəsi idi və mən həyat yoldaşıma Bakıdan çox gözəl qərənfillər gətirmişdim. Ümumilikdə biz Bakıda 45 gün keçirdik. Bakıya düşən kimi aeroportdan Bilgəhə yollandıq, orada bir neçə gün sanatoriyada qaldıq. Sonra 4-cü Ordunun qərargahına göndərildik, daha sonra isə Azərbaycan DTK binasına yerləşdirildik. Mən daima qərargahda olurdum və hərdən şəhərə patrula çıxırdım. Biz mülki geyimdə olurduq və yerli əhalidən seçilmirdik. Şəhərin küçələrində daima insan izdihamı yaşanırdı, həlak olanların dəfn olunması ilə əlaqədar yürüşlərin şahidi olmuşam".

O, qeyd edib ki, "Alfa"da şərti məxfilik tətbiq olunub - bir qrup əməliyyat həyata keçirəndə, digərləri bu barədə məlumatsız olurlar, hətta, dost həmkarlara belə nəsə danışmaq qadağandır. Onun fikrincə, Azərbaycan televiziyasının enerji blokunun partladılması "Alfa"nın yerli bölməsinin işi olub: "Əksər əməliyyatlar DTK-nın yerli bölməsi tərəfindən həyata keçirilirdi. Onları da bizim təlimatçılar hazırlayırdılar. Ona görə də həmin şəxslər də özlərini "Alfa" adlandırırdılar. Bakılı həmkarımla danışan zaman onlardan televiziyanın enerji blokunun partladılması barədə eşitmişəm. Bu səbəbdən hesab dirəm ki, bu, məhz onların işidir".
[justify]
[/justify] dle 10.5
Xəbər
Toy zalında partlayış: yaralılar varİsrailə 3 raket atıldıABŞ-a məxsus PUA Rusiya sərhədindəFHN batmaqda olan 3 nəfəri xilas etdiRusiyada ağır qəza: Avtobus divara çırpıldıUkraynada dəhşətli yanğın: 9 nəfər öldüAsfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübəHusilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıqOktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert"Qəbələ" öz meydanında "Sumqayıt"a məğlub olduDolların bugünkü məzənnəsiOnkoloji xəstəliklərlə “vuruşan” ərzaqların - SiyahısıYanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsullarıMəğlubiyyətdə özümü günahlandırıram - BordinDavada oğul səhvən atasına atəş açdı - TəfərrüatQol buraxmayan komandanı yendik - AbuksisMarkov: Dağlıq Qarabağ Azərbaycanındır - VideoVilayət Eyvazov rəisi işdən çıxardıİsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - QərarEtirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - VideoAxşam yeməyi zamanı buna diqqət edinTapılan bomba Putinin işinə təsir etməyib - PeskovBakı Metropoliteninin səlahiyyətləri artırıldıPaşinyan əlindən gələni edir ki, Putin... - BədəlyanHəbsxanada yanğın: 3 nəfər öldüİran-Azərbaycan əlaqələri qardaşlığa əsaslanır - VaeziNəzarət xəttində atışma: azı 8 hərbçi öldüŞəkidə Xan Çinar qırıldı: Bu yaralılar Bakıya gətirildi - Videoİsveçdə dəhşətli təyyarə qəzası: 9 nəfər öldü"Huavey" ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaqGüləşçilərimiz 4 medal qazandılarRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaGürcü deputat Moskvaya getdi - SəbəbBritaniyada növbədənkənar parlament seçkiləri keçirilir?Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - ŞokRusiyadan S-400 açıqlaması: Daha müasir silahlar gələcək30 hərbçi dağıntı altında qaldıRusiya Türkiyəni tələyə saldı? - Sensasion şərhABŞ və İngiltərə kəşfiyyatından Putinə şok: saxta məlumat...S-400-lə bağlı daha bir təyyarə Türkiyəyə endiRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaSeyxin arvadı ilə eşq yaşayan şəxsin kimliyi bəlli oldu - Videoİdarə rəisinin ailəsində faciə: atası və oğlu eyni gündə öldüRusiya adaların Yaponiyaya verilməsindən imtina etdiNeftin son qiymətiSon anda ələ keçən 557 FETÖ-çu - Böyük əməliyyatƏrdoğan rus raketi ilə Qərbi vurdu - Alman KİV-iBöyrək daşlarını tökən 3 təbii reseptTürkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!Almanların qorxusu: Əhali islamı təhdid sayır