» » Ərəblərin Azərbaycan sevgisi: turistləri aldadırıq? - Açıqlama

Ərəblərin Azərbaycan sevgisi: turistləri aldadırıq? - Açıqlama

23-08-2017, 08:33
Yerləşdirdi: Admin
Çıxartmaq
Ərəblərin Azərbaycan sevgisi: turistləri aldadırıq? - Açıqlama
Son illər, xüsusilə bu il Azərbaycana ərəb ölkələrindən çoxsaylı turistin gəlməsi müəyyən müzakirələrə yol açıb. Vaxtilə turizm imkanları ola-ola bu sektorun inkişaf etməməsindən narazı olanlar indi də ərəb turistlərin özlərini ölkəmizdə heç də etik və adət-ənənə çərçivəsində aparmadığını bildirir.

Bir çoxları isə turistlərin Azərbaycanda vaxtaşırı aldadıldığını vurğulayır və bunun turizmin inkişafına başlıca maneə olmasından gileylənir.

Taksi xidməti göstərən iki şəxsin ərəb turisti aldatması və ondan xidmət müqabilində külli miqdarda pul alması ictimailəşəndən sonra bu sual daha da aktuallaşdı: Doğrudanmı Azərbaycanda turistlər aldadılır?

Şəxsi müşahidələrimizə görə, turistləri, xüsusilə ərəb ölkələrindən gələn qonaqları aldatmaq mümkün deyil. Menyu üzrə sifariş etdiklərini və ya əvvəlcədən bron etdikləri otel qiymətlərini dəqiq hesablayan ərəb turistlər qiymətdə azacıq şişirdilmə olan kimi administrator və ya obyekt sahibini israrla çağırtdırır və məsələni aydınlaşdırırlar. Hətta hər hansı mağaza və marketdən alış-veriş edəndə də götürdükləri məhsulun qiymətini mobil telefonlarında hesablayıb, sonra kassaya yaxınlaşırlar, baxmayaraq ki, əksər marketlərdə alınan məhsulların qiyməti elektron qaydada hesablanır.

Taksi xidmətləri isə əvvəlcədən qiyməti telefonlara göndərir və burada da müştərini aldatmaq qeyri-mümkündür. Çox nadir hallarda təsadüfü taksilərdən istifadə zamanı aldadılma halı baş verdikdə isə ərəb turistlərin polisə müraciət etdiyi də kimsəyə sirr deyil. Belə olmasaydı, iki taksi sürücüsünün qiyməti şişirtməsi barədə məlumat gündəmə çevrilməzdi.

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov da Axar.az-a bildirdi ki, bu neqativlik qətiyyən kütləvi hal almayıb və nazirlik bu məsələlərə nəzarət edir:

“Dələduzluğa məruz qalan turist olarsa, bizim ünvanımız, sosial şəbəkələrdə profilimiz, imeyl ünvanımız və qaynar xəttimiz daim aktivdir”.

Ərəblərin tur bələdçisi Salman Süleymanov isə dedi ki, ərəblərin aldadılması ilə bağlı yayılan informasiyalar həddən artıq şişirdilir:

“Onları Azərbaycana ən çox cəlb edən təbiətin möhtəşəmliyidir. Dediklərinə görə, ərəblər Azərbaycanın təbiətinə heyrandır. Ölkəmizin qonaqpərvərliyi, səmimiliyi, onları yaxşı qarşılaması xoşlarına gəlir. Tariximizlə bağlı abidələr, məscidlər diqqətlərini çəkir. Ən çox ziyarət etdikləri məkanlar isə Şamaxıda yerləşən Qafqazın ən qədim məscididir”.

Tur bələdçisi vurğuladı ki, turistlərə qarşı çox nadir hallarda mənfi hallar baş verir:

“Bəzi restoran, otellərdə turistlər aldadılır. Taksi sürücüləri də bəzi hallarda yüksək qiymət deyir və bu zaman ərəb turistlərin özləri bələdçiyə və yaxud inzibatçıya dərhal müraciət edirlər. Ancaq bu, qətiyyən kütləvi halda deyil. Bütün gün turistlərlə birlikdə olduğum üçün tam əminliklə deyə bilərəm ki, bunun şahidi olmamışam. Əksinə, demək olar ki, əksər restoranlarımız turistlərin məmnun qalması üçün əlindən gələni edirlər”.
dle 10.5
Xəbər
Millimiz Rusiya və İranla qarşılaşacaqDiqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandırQarabağla bağlı əsas gedişin zamanı yetişir – Sabiq nazirTrampın ruslarla əlaqəsinə dair sübut tapılmadı - SenatPutin bütün gün Lukaşenko ilə görüşəcək – KremlAB-dən Səudiyyə ilə bağlı şok qərarNeft bahalaşdı - Yeni qiymətİstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindiBel yırtığı nədən yaranır? - Səbəblər açıqlandıQadın abort zamanı dünyasını dəyişdi - YeniləndiPsixoloq və psixiatrın fərqini bilməyənlər… - Baş psixiatrBolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdiVəliəhd: Onun arxasınca ova çıxacam – ABŞ kəşfiyyatıZaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - VideoAzərbaycana dəhşətli soyuqlar gəlir? - VideoTarixi dəyişən hücum: ermənilər dəhşət içində - VideoSiz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavabAvropa altıncı nəsil qırıcı hazırlığına başladıPompeo: İran BMT TŞ-yə meydan oxuyurSEPAH İranın ən yeni raketini təqdim etdiSoyuq müharibə geri qayıdır, ancaq tam fərqli formadaMəşhur meyxanaçının ayaqları tutulduAzərbaycanlı müğənni qəzada öldü - VideoHakimdən həyasız cavab: Qorxmayın, cənazəsini verəcəyikŞamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir - VideoDolların bugünkü məzənnəsiFİFA açıqladı: Yenə gerilədikBeyin hüceyrələrini məhv edən səbəblər...Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - NazirlikSabah əhali diqqətli olmalıdır - İfrat təhlükəli hadisəBakıda külək təhlükəsi: ağaclar “yox edilir" - Fotoİslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?Azərbaycanda güclü küləyin ilk fəsadları - FotoAli məktəb gəlirlərinin 40%-i müəllimlərə sərf ediləcəkPensdən Maduroya zərbə: O siyasətçiyə dəstək veriləcəkDüşmən mövqelərimizi atəşə tutduABŞ-da iranlı jurnalist saxlanıldıPutinin mühafizəsiz gəzməsi mümkün deyil - KremlTürkiyə öz "silahı" ilə vurula bilər - ÖzuğurluFərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - FərmanArif Alışanovu əvəz edən gənc kimdir? - DosyeƏrdoğandan şok: Tvitini gördüm, Trampa zəng etdimYazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şokBakıya qar yağacaq, hava 10 dərəcə düşəcək – RəsmiABŞ-ın qorxulu "röyası" - Rusiya silahıDövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi“Azərişığ”ın iki rəisi “Kral”a görə qovuldu? - AçıqlamaNeft qiymətində artımFormula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...“Kapital Bank” 2018-ci ilin nəticələrini elan etdi