» » Trampın Əfqanıstandakı əsl niyyəti ortaya çıxdı

Trampın Əfqanıstandakı əsl niyyəti ortaya çıxdı

23-08-2017, 08:34
Yerləşdirdi: Admin
Çıxartmaq
Trampın Əfqanıstandakı əsl niyyəti ortaya çıxdı
ABŞ Prezindeti Donald Tramp Əfqanıstana dair planını açıqlayıb. O, bu ölkənin terrorçuların yuvası halına gəlməyə imkan verməyəcəklərini bəyan edib.

“Bizim ordumuz orada qalib gəlmək üçün vuruşacaq”, ABŞ prezidenti Virciniyada Fort-Mayer hərbi bazasında çıxışı zamanı söyləyib. Bundan başqa, o, Əfqanıstanda fəaliyyət göstərən hərbi birliklərin səlahiyyətlərinin artırılacağını vurğulayıb. Tramp Əfqanıstana əlavə nə qədər qüvvə göndəriləcəyini açıqlamasa da, mətbuat bunun 4000 əsgər civarında olacağını bildirir. Hazırda Əfqanıstanda ABŞ-ın 8400 nəfərlik hərbi kontingenti fəaliyyət göstərir.

Musavat.com xəbər verir ki, ABŞ mətbuatı Tramp administrasiyasının Əfqanıstana marağının yüksəlməsində terrorçuluğa qarşı mücadilədən başqa niyyətlərinin olduğunu yazıb.

“Bu ilin iyul ayında prezident Donald Tramp ABŞ-ın iri kimyəvi şirəkətlərinin birinin rəhbəri ilə görüşb. Bu görüş onun Əfqanıstanla bağlı mövqeyini kökündən dəyişib”. (Tramp əvvəllər ABŞ-ın Əfqanıstanda hərbi kontingent saxlamasına qarşı çıxış edirdi-red.). Trampa həmin görüşdə Əfqanıstanın təbii sərvətlərinin olduqca fayda və gəlirli olacağı söylənilib”, - ABŞ-ın “Foreign Policy” jurnalı yazır.

Jurnalın yazdığına görə, həmin şəxs “American Element” şirkətinin rəhbəri Maykl Silver olub. Bu firma metal və kimyəvi maddələrin yüksək texnologiyalarla istehsalı üzrə ixtisaslaşıb. Trampa Əfqanıstan torpaqlarının altında dəyəri 1 trilyon dollara qədər ölçülən faydalı qazıntıların olduğu xəbər verilib. Bunlar mis, dəmir, nadir əlvan metallardan ibarətdir.

“Daha öncələr, 16 ildir davam edən, 2400 ABŞ əsgərinin ölümünə yol açan və büdcədən 1 trilyon dolları aparan Əfqan kampaniyasına neqativ münasibət bəsləyən Tramp indi verilən maddi itkilərin əvəzini çıxmaq istəyir”, - məqalədə qeyd olunub.

Jurnal Əfqanıstana dövlətlə bərabər özəl hərbi şirkətlərin də marağının artdığını qeyd edib.

“Tramp üçün Əfqanıstan heç bir təminatı olmayan bərbad ticarət müqaviləsindən başqa bir şey deyil. Lakin artıq aletrnativ variantlar meydana gəlib”, - məqalədə göstərilir.

Bu ilin may ayında ABŞ-ın ən böyük özəl hərbi şirkətinin rəhbəri Erik Prins “The Wall Street Journal”da başçılıq etdiyi əsgərlərin Əfqanıstanda “qayda-qanun yaratmağa” hazır olduğunu bəyan etmişdi. Erik Prinsin təklifi bir vaxtlar, daha doğrusu 18-ci əsrdə Hindistanı işğal edən “Vest-Hind” şirkətinin fəaliyyətini xatrıladır.

Prinsin planı 5500 muzdlu əsgərin Əfqanıstan ordusu ilə birlikdə hərəkət etməsini nəzərdə tutur. Görünür, əfqan torpağının sərvətləri özəl şirkətlərin də həris baxışlarını üzərinə cəmləyib. Artıq iri şirkərtlər bütöv ölkələrin özlərinin birbaşa nəzarətində olmasını istəyir. Prins bu məsələdə də tək deyil və arxasında bu işə milyardlarla pul qoymaq istəyən güclər var. Lakin bu plan ABŞ-ın indiki hərbi doktrinasına ziddir. ABŞ Əl-Qaidə, İŞİD kimi terror təşkilatlarla ilə yalnız əks-terrorçu qüvvələrlə savaşmaq istəmir.

Lakin administrasiyadan gələn xəbərlər Trampıın Erik Prinsin planında daha çox maraqlı olduğunu göstərir. Bu planla ABŞ ordusunun bölgədəki sayını xeyli azatlmaq, həmçinin xərcləri 3-4 dəfə qısaltmaq mümkündür. Hər halda, hər şeyə cümə günü Kemp-Deviddə keçiriləcək iclasda aydınlıq gətiriləcək.

Hansı hərbi təklifin üstünlük təşkil edəcəyindən asılı olmayaraq Donald Tramp üçün əsas prioritet yenə də Əfqanıstanın təbii sərvətləri olacaq.

ABŞ mətbuatının yazdığına görə, ticarət naziri Uilbur Ross hazırda Əfqanıstandakı sərvətlərin ümumi qiymətləndirilməsi, dövlət katibi Reks Tillerson isə ölkənin uzunmüddətli investisiyalar üçün kifayət qədər sabit olub-olmamasını araşdırmaqla məşğuldur.
dle 10.5
Xəbər
Şəkidə Xan Çinar qırıldı: Bu yaralılar Bakıya gətirildi - Videoİsveçdə dəhşətli təyyarə qəzası: 9 nəfər öldü"Huavey" ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaqGüləşçilərimiz 4 medal qazandılarRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaGürcü deputat Moskvaya getdi - SəbəbBritaniyada növbədənkənar parlament seçkiləri keçirilir?Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - ŞokRusiyadan S-400 açıqlaması: Daha müasir silahlar gələcək30 hərbçi dağıntı altında qaldıRusiya Türkiyəni tələyə saldı? - Sensasion şərhABŞ və İngiltərə kəşfiyyatından Putinə şok: saxta məlumat...S-400-lə bağlı daha bir təyyarə Türkiyəyə endiRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaSeyxin arvadı ilə eşq yaşayan şəxsin kimliyi bəlli oldu - Videoİdarə rəisinin ailəsində faciə: atası və oğlu eyni gündə öldüRusiya adaların Yaponiyaya verilməsindən imtina etdiNeftin son qiymətiSon anda ələ keçən 557 FETÖ-çu - Böyük əməliyyatƏrdoğan rus raketi ilə Qərbi vurdu - Alman KİV-iBöyrək daşlarını tökən 3 təbii reseptTürkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!Almanların qorxusu: Əhali islamı təhdid sayırTürkiyəyə icazə versək, məlumat ruslara gedəcək - Milleyİnanılmaz iddia: Ərdoğan Yıldırıma elə bir vəzifə verir ki...Türkiyə PKK-nı darmadağın etdi: 679 ölüTürk donanması Kipri mühasirəyə aldıTusk Paşinyanı pərt etdi – Badalyandan gülünc təsəlliZelenskinin görüş təklifinə Putinin cavabıBu ölkədə hərbi çevrilişə yenə cəhd edildiTəyyarə hava boşluğuna düşdü: Sərnişinlər ölümdən döndüTarixi razılıq: Maduro və Quaido barışdıQaxariyadan şok: Zor tətbiqinə mən izn vermişəmPutin sanksiya tətbiq etsə, Tiflis nə qədər itirər? - NazirBayden Rusiyaya söz verdi: Prezident olsam...Pompeo Zərifə sanksiya tətbiqinə imkan vermədiKonqres Rusiyaya ağır zərbəyə hazırlaşırDonald Tramp öldü? - İlginc açıqlamalarRusiya sürətlə əhalisini itirir: 4 ayda 150 min azaldıSuriyadan İsrailin raket hücumuna: İkiqat...Bakıda müştəri satıcını belə aldatdı - Video10 ildə neçə ölkəyə vizasız getmək hüququ əldə etmişik?İran arxivini ələ keçirən MOSSAD-çılar təltif edildiKralın ailəsinin qaldığı otel qarət edildi: 100 min avro..Avstraliya sahillərində güclü zəlzələAlbalı bu xəstəlikləri müalicə edirRusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdıPrezidentdən ilginc bəyanat: Ordunu ləğv edərdim...Bu dövlətlər mövcud olmamalıdır - JirinovskiLukaşenkodan Sərkisyana şok sözlər: Bir şərtim var..