» » İrəvan Moskvanı Qərbə satdı

İrəvan Moskvanı Qərbə satdı

23-08-2017, 08:48
Yerləşdirdi: Admin
Çıxartmaq
İrəvan Moskvanı Qərbə satdı
Ermənistan ilk fürsətdə Rusiyanı Qərbə satacaq və Moskvaya öz xain zərbələrini endirəcək.

Bunu Axar.az-a Gürcüstanda keçirilən NATO təlimlərində Ermənistanın iştirakını və bunun İrəvan-Moskva əlaqələrinə təsirini şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili vurğulayıb ki, Ermənistan bu gün yalançı və işğalçı siyasətini davam etdirmək üçün hər şey etməyə hazırdır:

“İrəvan sona qədər Moskva ilə bir yerdə olmayacaq. Çünki Ermənistanın dövlət siyasəti yalan üstündə qurulub. Rusiya artıq bunu anlamalı və hərəkətə keçməlidir. Çünki Ermənistanın Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun “Noble partner” (“Layiqli tərəfdaş”) hərbi təlimlərində iştirakı və bununla da Qərbə tərəf üz tutması açıq-aşkar Rusiyaya qarşı demarş deməkdir. Ermənistanın çəkinmədən Avropa Birliyinə assosiativ saziş imzalmağa hazır olduqlarını bəyan etməsi isə Moskvaya meydan oxumaqdır. Rusiya Xarici işlər naziri Sergey Lavrovun “Avrasiya İttifaqından olan həmkarlarımızla əlaqələr zamanı demişik ki, məlum “Şərq tərəfdaşlığı” proqramı adıkeçən fokus ölkələrini yanlış seçim qarşısında qoymaq üçün istifadə edilməsin” bəyanatı əslində Moskvanın İrəvana bir xəbərdarlığıdır və etnik zəmindən irəli gələn bir məsələdir. Lavrov bununla İrəvana başqa cür hərəkət edə bilməyəcəyini başa salır. Ancaq Rusiya rəsmiləri dəqiq bilməlidirlər ki, Ermənistan ilk fürsətdə Rusiyanı satacaq və Moskvaya öz xain zərbəsini endirəcək. Gürcüstan və Rumıniyadakı təlimlərdə iştirak edən Ermənistan gələcəkdə də bu yolda öz ikili oyunlarına davam edəcək”.

Millət vəkili hesab edir ki, Moskva artıq İrəvanla bağlı bir qərara gəlməlidir:

“Ermənistan həm Avrasiya İttifaqının üzvüdür, həm də Avropa Birliyi ilə sıx əməkdaşlıq edir, digər tərəfdən - KTMT-nin üzvüdür, ancaq NATO ilə birgə hərbi təlimlərdə iştirak edir. Bütün bunlar Moskvanı bir daha düşünməyə vadar etməlidir. Əslində, Ermənistanda antirusiya siyasətinin baş qaldırması heç də xaotik bir hal deyil və gözlənilən idi. Ancaq təəssüf ki, Moskvanın İrəvana cavabı gecikir. Yəqin ki, bu da Rusiyadakı erməni lobbisinin güclü olması ilə bağlıdır”.
dle 10.5
Xəbər
Millimiz Rusiya və İranla qarşılaşacaqDiqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandırQarabağla bağlı əsas gedişin zamanı yetişir – Sabiq nazirTrampın ruslarla əlaqəsinə dair sübut tapılmadı - SenatPutin bütün gün Lukaşenko ilə görüşəcək – KremlAB-dən Səudiyyə ilə bağlı şok qərarNeft bahalaşdı - Yeni qiymətİstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindiBel yırtığı nədən yaranır? - Səbəblər açıqlandıQadın abort zamanı dünyasını dəyişdi - YeniləndiPsixoloq və psixiatrın fərqini bilməyənlər… - Baş psixiatrBolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdiVəliəhd: Onun arxasınca ova çıxacam – ABŞ kəşfiyyatıZaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - VideoAzərbaycana dəhşətli soyuqlar gəlir? - VideoTarixi dəyişən hücum: ermənilər dəhşət içində - VideoSiz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavabAvropa altıncı nəsil qırıcı hazırlığına başladıPompeo: İran BMT TŞ-yə meydan oxuyurSEPAH İranın ən yeni raketini təqdim etdiSoyuq müharibə geri qayıdır, ancaq tam fərqli formadaMəşhur meyxanaçının ayaqları tutulduAzərbaycanlı müğənni qəzada öldü - VideoHakimdən həyasız cavab: Qorxmayın, cənazəsini verəcəyikŞamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir - VideoDolların bugünkü məzənnəsiFİFA açıqladı: Yenə gerilədikBeyin hüceyrələrini məhv edən səbəblər...Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - NazirlikSabah əhali diqqətli olmalıdır - İfrat təhlükəli hadisəBakıda külək təhlükəsi: ağaclar “yox edilir" - Fotoİslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?Azərbaycanda güclü küləyin ilk fəsadları - FotoAli məktəb gəlirlərinin 40%-i müəllimlərə sərf ediləcəkPensdən Maduroya zərbə: O siyasətçiyə dəstək veriləcəkDüşmən mövqelərimizi atəşə tutduABŞ-da iranlı jurnalist saxlanıldıPutinin mühafizəsiz gəzməsi mümkün deyil - KremlTürkiyə öz "silahı" ilə vurula bilər - ÖzuğurluFərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - FərmanArif Alışanovu əvəz edən gənc kimdir? - DosyeƏrdoğandan şok: Tvitini gördüm, Trampa zəng etdimYazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şokBakıya qar yağacaq, hava 10 dərəcə düşəcək – RəsmiABŞ-ın qorxulu "röyası" - Rusiya silahıDövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi“Azərişığ”ın iki rəisi “Kral”a görə qovuldu? - AçıqlamaNeft qiymətində artımFormula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...“Kapital Bank” 2018-ci ilin nəticələrini elan etdi