» » ABŞ-ın Suriyada şok planı: “İncirliy”ə alternativ baza

ABŞ-ın Suriyada şok planı: “İncirliy”ə alternativ baza

29-08-2017, 09:02
Yerləşdirdi: Admin
Çıxartmaq
ABŞ-ın Suriyada şok planı: “İncirliy”ə alternativ baza
Suriyada və İraqda İŞİD-ə qarşı əməliyyatlar uğurla davam etdirilir. Burada bir-birilə vuruşan bir çox tərəf olsa da, hər kəsi özünə düşmən etməyi bacaran yeganə təşkilat İŞİD-dir. Xarici mediada ABŞ rəhbərliyinin İŞİD-in məhv edilməsindən sonra kürdlərin hesabına bölgədə uzun illər boyunca qalmaq planları barədə analitik yazı və rəylər dərc olunur.

“ABŞ-ın Suriyada on illəri əhatə edən planı mövcuddur. Gələcək perspektivdə bununla bağlı Suriyanın şimal rayonlarına nəzarət edən qüvvələrlə ABŞ arasında hərbi, siyasi və iqtisadi sazişlərin imzalanması tamamilə mümkün görünür”, - Bəşər Əsədə müxalif olmaqla bərabər İŞİD-ə qarşı vuruşan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəsmi nümayəndəsi Tələl Silo “Röyter” agentliyinə bildirib.

Hazırkı anda əsasən kürd dəstələrindən təşkil olunan SDQ ABŞ-ın bölgədə əsas müttəfiqi sayılır. Silonun söylədiyinə əsasən, amerikalıların bölgədə hərbi aerodrom tikmək planları var:

“Bu, sadəcə başlanğıcdır. Amerika bütün bu yardımları sonradan çıxıb getmək üçün etmir”.

“Röyter”in müsahibi Suriyanın ABŞ gücləri üçün Yaxın Şərqdə yeni baza rolunu oynaya biləcəyindən söhbət açıb: “Ola bilsin ki, burada “İncirlik” hərbi bazasına alternativ dayaq nöqtəsi yaradılsın”.

Ümumiyyətlə Suriyanı indiki məqamda “bazalar ölkəsi” adlandırmaq olar. Rusiya uzun müddətdir Suriya hökumətinin razılığı ilə Hmeymim aviabazasında öz hərbi qulluqçularını və texnikasını saxlayır. Bundan başqa, İran hərbçilərinin fəaliyyəti üçün ölkədə xüsusi yerlər ayrılıb. Vaxtaşırı bu bazalarda İranın məşhur generalı Qasım Süleymaninin öz tabeçiliyindəki şəxsləri ilə fotolarını görmək olar. Bəşər Əsədin digər yaxın müttəfəqi Hizbullah əsasən İsraillə sərhədə yaxın bölgələrdə möhkəmlənib.

Suriyanın şimalında, Əl-Bab şəhərinə isə Türkiyə ordusunun hərbi hissələri nəzarət edir. Bu gün Əl Bab Türkiyə ordusunun Suriyadakı əsas dayaq məntəqəsidir. Ankara, Tehran və Moskva arasındakı sazişə görə, İdlibdə də türk əsgərləri yerləşdirilməlidir. Lakin şəhər hələ ki, Türkiyə silahlı qüvvələrinin nəzarəti altına keçməyib. Burada Əhrar əş-Şam və radikal dinçi Nüsrə Cəbhəsi qrupları arasında amansız döyüşlər gedir.

“Anadolu” agentliyinin məlumatına əsasən, Suriyada ABŞ-ın 10 hərbi bazası fəalyyət göstərir. Bütün bu bazalar əsasən kürdlərin məskunlaşdığı və SDQ-nin nəzarəti altında olan bölgələrə cəmləşdirilib. İndi bu bölgə Şimali Suriya federasiyası adlandırılır. Kürdlər burada Dəməşq tərəfindən tanınmayan muxtariyyat elan ediblər. Bölgədə Rumeylan və Kobani şəhərlərində hərbi aerodromlar vastəsilə ABŞ SDQ-yə hərbi dəstək verir. Kürd birlikləri İŞİD-in qeyri-rəsmi paytaxtı Rakkaya hücumun da özəyini təşkil edirlər. Belə görünür ki, ABŞ bölgədə Türkiyənin dərin etirazlarına rəğmən ən yaxın müttəfiqi olaraq məhz kürdləri seçib.

Buna rəğmən, kürdlər arasında məsələyə olduqca ehtiyatla və fərqli yanaşanlar var. “Yezidi-press” qəzetinin redaktoru Rüstəm Rzqoyan Rusiya mətbuatına verdiyi müsahibədə bütün bu prosesin kürdlər üçün xeyirlə nəticələnməyəcəyini söyləyib: “Kürdlər Suriyada ABŞ-ın siyasətini gerçəkləşdirməkdən ötrü sadəcə bir alətdir. Burada Suriyada böhranın başlandığı ilkin dövrləri yada salmaq çox vacibdur. Həmin vaxtlar hamı Bəşər Əsədlə savaşmaq üçün birləşmişdi. Elə indinin özündə də ABŞ kürdləri məhz Əsədə qarşı vuruşan qüvvə olaraq nəzərdən keçirir”.

Rüstəm Rzqoyanın fikrincə, İŞİD üzərində qələbə Suriya böhranının bitməsi demək olmayacaq: “Tam əksnə, bu, ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri ilə Rusiyanın tutduğu Əsəd rejimi arasında amansız müharibənin başlanğıcına çevriləcək. Kürdlər bu qazanın içinə girməməlidirlər. İkincisi, Vaşinqtona güvənmək də doğru deyil. Amerikanın hələ ki, NATO-dakı müttəfəqi Türkiyədən əl çəkmək fikri yoxdur”.

Musavat.com
dle 10.5
Xəbər
Ərəbistan rəhbərliyi İstanbul Zirvəsinə niyə qatılmadı?Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... - VideoBu qərarlar İsraili məhv edə bilər - SiyahıAzərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qururABŞ təyyarədə Qüdsü anons edən pilotu saxladıYəhudi deputatdan Ərdoğanla bağlı çağırışYəhudilər, BMT-yə əhəmiyyət verməyin - Qalmaqallı çağırış“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...Rusiya XİN-dən Qüds açıqlaması: MümkündürYol xətti səhv çəkilib, sürücülər cərimələnir - VideoSaakaşvilini bunda ittiham etmirik - Kiyev geri çəkildiTürk dövləti Kremlə uduzdu: UzatmayacağıqQüds məsələsini Putinlə danışacam, çünki... - ƏrdoğanRusiya İrəvana hansı silahları verəcək? – Savaş hazırlığıBakıdan Trampın Qüds qərarına – MünasibətTrampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma - VideoLavrovdan Qarabağ açıqlamasıSaakaşvili belə azad edildi - Video“Qarabağ”ın ÇL-dəki qazancı müəyyənləşdiNazirlikdən yoluxucu virusla bağlı ciddi xəbərdarlıqİlham Əliyev Ağcabədidə açılışlar etdi - FotoAŞ Rusiyaya sanksiyanı ləğv edir?Puqaçovanın bu görüntüsü heyrət doğurdu - FotoƏrdoğanın oğlu İtaliyada həbs edildi? - FotoŞarapova matçda evlilik təklifi aldı, cavabı... - VideoMüsəlmanlar insan deyil - DeputatTramp Ərdoğana söz verdi: Gülənin taleyi...Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçirİslamabad qarışdı: Ordu paytaxta yeridildiTürkiyə, İran və Qətər arasında – Mühüm müqavilə80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - FotoTürkiyə istəyinə çatdı: kürdlər uzaqlaşdırıldıAzərbaycanla Rusiyadan birgə əməliyyat: 100-dən çox həbsVulkan təhlükəsi: 24 min insan təxliyyə olunduBitkoin rekord qırır – 9026 dollarAni ölümə bu tip insanlar meyillidirYeni ili harada qeyd etmək sərfəlidir? – QiymətlərNATO Cənubi Qafqazda Rusiyaya qarşı... - PolitoloqTramp siyasəti: nə vəd edirdi, nə etdi... – ŞərhƏrdoğan Trampla danışdı, Kreml geri çəkildiSərkisyandan Brüssel hiyləsi: Çıxışını düşməninə ötürdüBatumidə oteldə yanğın: 11 ölü, 21 yaralıƏrdoğan Putin və Ruhaniyə söz verdi – Şok iddiaSərkisyan bu gün Qarabağ etirafı edəcək? - İrəvan şokdaİrəvanı Bakının zərbəsindən bu silahlar qoruyur - Şevçenkoİsraildən Gürcüstan vətəndaşlarına ağır zərbəErməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandıMisirdə səhər namazı qana boyandı - Video/YeniləndiRusiyadan İŞİD-ə növbəti zərbəMisir prezidentinə zəng edib, deyəcəm ki... - Tramp