» » Qarabağı istəyirlər? Onda Dərbənd, Borçalı, Təbrizi...

Qarabağı istəyirlər? Onda Dərbənd, Borçalı, Təbrizi...

14-10-2017, 16:54
Yerləşdirdi: Admin
Çıxartmaq
Qarabağı istəyirlər? Onda Dərbənd, Borçalı, Təbrizi...
Aparıcı dövlətlər o qərara gəlsələr ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyündən üstündür, onda Azərbaycan Avropada Almaniya, Böyük Britaniya, Fransa, İtaliyadan sonra ən böyük dövlətə çevrilə bilər.

Bu sözləri Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov Musavat.com-a geniş açıqlamasında bildirib. Politoloqun fikrincə, hazırda dünyada parçalanmış millətlər sırasında birinci yerdə məhz Azərbaycandır.

E.Namazov qeyd edib ki, bölgədə 40 milyonluq Azərbaycan xalqı yaşayır və bunun ancaq 10 milyonu öz dövlətində məskunlaşıb:

“Azərbaycanın sərhədlərində, həm Cənubi Azərbaycanda, həm Gürcüstanda, həm Dağıstanda milyonlarla azərbaycanlı kompakt yaşayır. 40 milyonluq azərbaycanlının 30 milyonu bizim sərhədlərimizdə kompakt yaşayır. Əgər dünya ictimaiyyəti, aparıcı dövlətlər o qərara gəlsələr ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyündən üstündür, onda Azərbaycan Avropada Almaniya, Böyük Britaniya, Fransa, İtaliyadan sonra ən böyük dövlətə çevrilə bilər. Ona görə bu prinsiplə bizə heç kim hədə-qorxu gəlməsin!”

E.Namazovun sözlərinə görə, Azərbaycan sadəcə olaraq istəyir ki, beynəlxalq hüquq normaları dəqiq olsun və buna hamı riayət eləsin:

“Biz ərazi bütövlüyü prinsipini dəstəkləyirik, ona görə ki, bu, beynəlxalq hüquq normasının prinsipidir. Ancaq referendumlara qalsa, elə Ermənistandan deportasiya olunmuş azərbaycanlılara da həmin hüquq şamil olunmalıdır, Azərbaycanın sərhədlərində kompakt yaşayan 30 milyona yaxın azərbaycanlıya da. Ona görə də bizim həm Qarabağla bağlı aparılan danışıqlarda mövqeyimiz sərt olmalıdır, həm də beynəlxalq təşkilatlarla apardığımız müzakirələrdə bu məsələdə biz daha ardıcıl olmalıyıq. Necə ki, vaxtilə Bağırov “biz etiraz etmirik, gəlin, bu məsələyə də baxaq, digərinə də” deməklə bu məsələni gündəmdən çıxartdı. Biz o cür sərt, eyni zamanda beynəlxalq hüquqa söykənən mövqeyi ortaya qoymalıyıq”.
dle 10.5
Xəbər
Miqren əleyhinə 5 effektli metodMaaşı 130 manatdır, amma 10 min alır - DirektorUşağın üstünə qışqıranda, nə baş verir? – TəhlükəNövbəti mərhələyə bu komandalar yüksəldi - ÇLİraqda əməliyyat: Türkiyədən ABŞ-a mesaj..Ər-Riyadın başa düşdüyü yeganə yol gücdür - SenatorZaxarovadan ermənilərə şok cavab: Təbrik niyə yoxdur?Türkiyə "Cənub hərəkatı"na başlayır - Rus mediasıVaşinqtonun görüş şərtinin səbəbi - PuşkovMakron ölkəyə fövqəladə vəziyyət və xaos gətirdi - DeputatABŞ Rusiyaya sanksiyaların növbəti dalğasına başlayırKələmin qızıldan qiymətli faydaları...Təcavüzə görə axundu öldürən Hüseyn edam edildiRusiya daha 2 şəhəri ələ keçirir? - ZaxarovaSaakaşvili xalqı kəskin mübarizəyə səslədi - YeniləndiABŞ bombaladı: Taliban onun ölümünü təsdiqlədiRusiya "Qrad" və T-90-ları işə saldı - VideoGürcüstan hərbi yolu bağlandı: Rusiyadan xəbərdarlıqÇin ağ bayraq qaldırır: Ticarət savaşını Tramp qazanırTürkiyə hərbi texnikalarını Suriyaya yeritdiBuşun son sözləri: Səni sevirəm...Türkiyə bu rekordunu yenilədi: 168 milyard dollar…KTMT gələn ilə qədər başsız qalır - QasparyanPutin G20-də son nöqtəni qoydu: Müharibə davam edəcəkAzərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - SərkisyanPutin Ərdoğanı buna görə tələsdirir – İsti şərhƏrdoğanla Trampın görüşü başa çatdı - FotoKerç böhranı mübahisəyə səbəb oldu: “Axmaq...” - VideoPutin Trampla görüşündən danışdı: Ona iki söz dedim..MKİ-dən şok: Salman Qaşıqçının ölüm əmrini...Rusiyada qatar relsdən çıxdı, tanklar yerə töküldü – VideoPutindən Ərdoğana: Türkiyə bunu bir daha təsdiqlədiRusiya "Skif"in ilk uçuşunu reallaşdırdı - VideoƏməliyyatdan sonra komaya düşən xəstədən yeni xəbər"Qarabağ" Bakıda 6 qol buraxdı - YeniləndiQoşqar Hacıyev komaya düşdüİrəvanda durum pisləşir, Kreml heç nə edə bilmir, Qarabağ…Bakıda beynəlxalq forum: Prezident iştirak edirRusiya “Admiral Kuznetsov”dan daha böyüyünü tikirBakıda tozun miqdarı 3 dəfə artdı – SəbəbSerj Sərkisyanın köməkçisi ABŞ-a səfir göndərildiPutin açıq şəkildə Avropanı təhdid etdiŞoyqu Türkiyəyə niyə gedir? – Mühüm görüşİlham Əliyev sərəncam imzaladıMoskva-Gəncə reysi ilə uçan təyyarədə faciəPaşinyan baş nazir seçilmədiİstanbulda yanğın sürətlə yayılır: partlayışlar... - VideoAltın Qurd Mauqlini döyüşə çağırdıƏrdoğan olduğu müddətcə buna nail ola bilməyəcəklər - VəliəhdAkar açıqladı: S-400-lər bu tarixdən Türkiyəni qoruyacaq