» » Bakıya xəyanət edəni Belarus təhvil verdi, Türkiyə isə...

Bakıya xəyanət edəni Belarus təhvil verdi, Türkiyə isə...

15-10-2017, 09:11
Yerləşdirdi: Admin
Çıxartmaq
Bakıya xəyanət edəni Belarus təhvil verdi, Türkiyə isə...
Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfəri beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, iki ölkə arasındakı dostluq-qardaşlıq münasibətlərinə məhəl qoyulmamasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında 4 türkiyəli fəalın sentyabrın 22-də Xankəndinə qanunsuz səfərini şərh edən “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. O bildirib ki, Türkiyə bizim üçün Azərbaycan qədər sevdiyimiz, Vətənimizlə yan-yana qoyduğumuz bir ölkədir.

“Türkiyə məhz o ölkədir ki, ona istər dövlətimizin, istərsə də xalqımızın münasibəti tamamilə fərqli səviyyədədir, dövlətlərarası münasibətlərin fövqündədir. Yəni Türkiyə deyəndə biz hər hansı bir məsələyə sadəcə, diplomatik müstəvidə baxa bilmirik. Çünki bu, hansısa qonşu ölkəyə olan münasibət deyil. Canı canımızdan, qanı qanımızdan olan qardaşa, “bir millət iki dövlət” məfhumunun fəlsəfəsinə olan münasibətdir. Bu baxımdan Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Ərol Qatırçıoğlunun sərhədlərimizi qanunsuz şəkildə keçərək Qarabağa səfər etməsinə Türkiyə hökumətinin heç bir tədbir görməməsini təəssüflə, ürək ağrısı ilə müşahidə edirik. Bu 4 şəxs heç bir qınaqla üzləşmədən hazırda Türkiyənin kütləvi informasiya vasitələrinə öz “səfər təəssüratları” haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağdakı erməni separatçılarının pozitiv obrazını yaratmağa cəhd edirlər. Əlbəttə, bu, istər hüquqi, istərsə də mənəvi nöqteyi-nəzərdən yolverilməzdir”, - o deyib.

A.Camalqızının sözlərinə görə, əslində onların bu hərəkətləri təkcə Azərbaycanın deyil, Türkiyənin də milli mənafeyinə zərbə vurur. Qondarma “erməni soyqırımı” “Domokl qılıncı” kimi Türkiyənin də başı üzərində qalmaqdadır:

“Ermənistan həmçinin Türkiyəyə qarşı da torpaq iddialarıyla çıxış edir, vaxtaşırı Türkiyənin müəyyən əraziləri qondarma “Böyük Ermənistan xəritəsinə” daxil edilir. Ortada bunca düşmənçilik əhval-ruhiyyəsi sərgiləndiyi halda ikinci vətən saydığımız Türkiyənin vətəndaşlığını daşıyan şəxslərin erməni yandaşlığı nümayiş etdirməsi, suveren bir dövlətin ərazilərini işğal etmiş separatçılara açıq-aşkar dəstək ifadə etməsi hiddət doğurur. Biz Türkiyə hökumətindən XİN və ölkəmizdəki səfirlik səviyyəsində yumşaq bəyanatlar vermək yerinə, Lapşin məsələsində Belarus hakimiyyətinin göstərdiyi qətiyyəti gözləyirik. İki qardaş ölkə arasındakı münasibətlərin arzuolunmaz məcraya yönəlməsinə xidmət edən bu səfərin xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalı və bununla gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni, ziyanlı, təhlükəli addımlardan çəkindirməlidir”.

Qeyd edək ki, bu il sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Ermənistan ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilsə də, bu vaxta qədər qardaş ölkədən reaksiya verilməyib.
dle 10.5
Xəbər
Millimiz Rusiya və İranla qarşılaşacaqDiqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandırQarabağla bağlı əsas gedişin zamanı yetişir – Sabiq nazirTrampın ruslarla əlaqəsinə dair sübut tapılmadı - SenatPutin bütün gün Lukaşenko ilə görüşəcək – KremlAB-dən Səudiyyə ilə bağlı şok qərarNeft bahalaşdı - Yeni qiymətİstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindiBel yırtığı nədən yaranır? - Səbəblər açıqlandıQadın abort zamanı dünyasını dəyişdi - YeniləndiPsixoloq və psixiatrın fərqini bilməyənlər… - Baş psixiatrBolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdiVəliəhd: Onun arxasınca ova çıxacam – ABŞ kəşfiyyatıZaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - VideoAzərbaycana dəhşətli soyuqlar gəlir? - VideoTarixi dəyişən hücum: ermənilər dəhşət içində - VideoSiz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavabAvropa altıncı nəsil qırıcı hazırlığına başladıPompeo: İran BMT TŞ-yə meydan oxuyurSEPAH İranın ən yeni raketini təqdim etdiSoyuq müharibə geri qayıdır, ancaq tam fərqli formadaMəşhur meyxanaçının ayaqları tutulduAzərbaycanlı müğənni qəzada öldü - VideoHakimdən həyasız cavab: Qorxmayın, cənazəsini verəcəyikŞamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir - VideoDolların bugünkü məzənnəsiFİFA açıqladı: Yenə gerilədikBeyin hüceyrələrini məhv edən səbəblər...Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - NazirlikSabah əhali diqqətli olmalıdır - İfrat təhlükəli hadisəBakıda külək təhlükəsi: ağaclar “yox edilir" - Fotoİslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?Azərbaycanda güclü küləyin ilk fəsadları - FotoAli məktəb gəlirlərinin 40%-i müəllimlərə sərf ediləcəkPensdən Maduroya zərbə: O siyasətçiyə dəstək veriləcəkDüşmən mövqelərimizi atəşə tutduABŞ-da iranlı jurnalist saxlanıldıPutinin mühafizəsiz gəzməsi mümkün deyil - KremlTürkiyə öz "silahı" ilə vurula bilər - ÖzuğurluFərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - FərmanArif Alışanovu əvəz edən gənc kimdir? - DosyeƏrdoğandan şok: Tvitini gördüm, Trampa zəng etdimYazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şokBakıya qar yağacaq, hava 10 dərəcə düşəcək – RəsmiABŞ-ın qorxulu "röyası" - Rusiya silahıDövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi“Azərişığ”ın iki rəisi “Kral”a görə qovuldu? - AçıqlamaNeft qiymətində artımFormula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...“Kapital Bank” 2018-ci ilin nəticələrini elan etdi