» » Almaniyada Nizami irsinə böyük maraq

Almaniyada Nizami irsinə böyük maraq

16-10-2017, 09:41
Yerləşdirdi: Admin
Çıxartmaq
Almaniyada Nizami irsinə böyük maraq
Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində hər il olduğu kimi, bu il də Azərbaycanın təmsil olunduğu, sərgidə Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşrin alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim edildiyi bildirilib.

Sərginin ilk günündə Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyənin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri nümayəndə heyəti ilə birgə Azərbaycan pavilyonunu ziyarət edib, həmçinin Azərbaycan nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib.

Sərginin növbəti günündə isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir baş tutub. Tədbirdə uzun illərdir Almaniyada yaşayan Nizami irsinin tədqiqatçısı Sevil Fuks "XVIII-XXI əsrlərdə alman dilli nizamişünasların elmi tədqiqatlarının nəticələri" mövzusunda çıxış edib. S.Fuks 15 il ərzində apardığı araşdırmalara əsaslanaraq Almaniyada hər zaman Nizami irsinə böyük maraq olduğunu və “Xəmsə”nin əcnəbi dillər arasında tam formada yalnız alman dilinə tərcümə edildiyini diqqətə çatdırıb.

Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuper isə böyük şairin “Xəmsə”sinə daxil olan “Yeddi gözəl” poemasından çevirdiyi “Fitnə” hekayəsini almanca səsləndirib.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə Berlin Dövlət Kitabxanasındakı 21 ədəd "Xəmsə" poemalar toplusu, Drezden kitabxanasında olan “Kitabi Dədə Qorqud” dastanı və 1751-1817-ci illərdə yaşamış görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditsin kolleksiyasında qorunan qədim əlyazmalara çəkilmiş miniatür nümunələrinin tədqiqi ilə bağlı ingilis dilində çıxış edib.
dle 10.5
Xəbər
ABŞ-dan inanılmaz: Rusiya bununla razılaşmalı olacaqTürkiyə ilə bu plan üzərində çalışırıq - ABŞNATO bölgədə güclənir - Rusiya bəyanat verdiFuad Abbasov çağırış etdi: Deportasiya olunacağamBabayandan Qarabağla bağlı inanılmaz – Təklifİran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyatBakıda avtobus dəhşətli qəza törətdi - VideoNATO-dan Moskvaya cavab: Provokasiya...Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...Bu gün İlaxır çərşənbədirAntalya istiqamətində birbaşa uçuşlar başlayırTürkiyədən Utrext hücumu ilə bağlı - BəyanatMəscidə hücumun anbaan - Videosu/18+Bakıda öz adını düzgün yaza bilməyən icra hakimiyyətiİsrailin 5 raketə cavabı: Yüz hədəfi məhv etdiZurabişvilidən İrəvana mesaj: Separatçılarınızı geri çəkinSumqayıtda ağır qəza: 2 ölü, 3 yaralıTürkiyənin S-400 alması NATO üçün təhlükəsizlik məsələsidirƏrdoğandan terrorçunun onu öldürməklə bağlı planına - ReaksiyaAzərbaycan qədim xəritələrdə - Rus alimdən sensasion videoNovruz tonqallarında 9 nəfər yandı – RəsmiABB-də “Qazprombank” nümayəndələri ilə görüşQuş qripi monitorinqi keçirildi - AQTAQohum olmayan şəxs də donor ola bilər - Qanun hazırlanırBakıda dərmansız müalicə üsulu – NevroloqDünyanı qorxuya salan Boinq-737 haqda - FaktlarABŞ Maduroya görə Rusiyaya sanksiya tətbiq edəcəkYaxşı bitki yağını necə seçək?Sabiq icra başçısı 7 aylıq maaşını tələb edirQoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarışZurabişvili Ermənistanda azərbaycanlılardan danışdıNikol istəyir ki, Bakı Xankəndini vursun – Professordan şokTürk hərbçilər bu sistemi öyrənmək üçün Bakıya gəlirHamı təngə gəlib: Bakı hücum etsə, Kreml susacaq - Mixaylovİrəvan təşvişdə: 10 minlik Azərbaycan Ordusu...Qarabağ separatçı qurum deyil… – Kuznetsovdan sensasiyaNazirdən pensiyalarla bağlı - Şad xəbərZurabişvili İrəvanda: Qondarma abidəyə ziyarət – VideoBu ölkələr Rusiyadan ərazi tələb edə bilər - BorovoyBəs, Avropa ölkələrində edam qadağan idi? - ƏrdoğanTrampdan "Boinq"lə bağlı qərarAzərbaycanda qeyri-adi ev - VideoSahibkarların yumurta fırıldağı: AQTA xəbərdarlıq etdiBayram tonqalına görə ölən gəncin - FotolarıZabit Səmədov Ərdoğanla görüşdü - VideoHindistan-Pakistan konflikti şok məqamı üzə çıxardı - TarasovErməni ordusu 7 əsgər itirdi – MN-dən gülməli cavabBakıda yataqxanada yanğın: ölü və yaralılar var -VideoProblemli krediti olanların nəzərinə: Sabah saat 11:00-da...Bakı müharibəyə hazırlaşırsa, biz nə edək? - Tonoyan