» » Rusiyanın ABŞ hücumuna Ceyhun Aslanov rəhbərlik edib

Rusiyanın ABŞ hücumuna Ceyhun Aslanov rəhbərlik edib

17-10-2017, 18:57
Yerləşdirdi: Admin
Çıxartmaq
Rusiyanın ABŞ hücumuna Ceyhun Aslanov rəhbərlik edib
RBK jurnalı apardığı genişmiqyaslı araşdırmadan sonra Feysbuk, Tvitter və İnstaqramda ABŞ-dakı seçkiyə müdaxilə edən 118 hesabı müəyyən edə bilib.

Bu akkauntlərin hər biri avqust-sentyabr aylarında qapadılıb. Jurnal bu hesabların Sankt-Peterburqun Savuşkina küçəsində yerləşən 55 nömrəli evdən idarə olunduğunu bildirib. Bundan başqa, Tvitterdə yaradılan 50 hesabdan 36-sı +7 (Rusiyanın telefon kodu – red.) prefiksi ilə qeydiyyatdan keçib.

Maraqlı məqam odur ki, bu hesabları ümumilikdə 6 milyon insan izləyib. Bunların yarısı Feysbuk, üçdə biri isə İnstaqram istifadəçiləri olub. Üstəlik, reklam və digər paylaşımlar sayəsində bu hesablar 20-30 milyon nəfərə çatır.

ABŞ-da “Trol Fabriki” adlandırılan hesabların yaradıcılarının böyük hissəsi sosial şəbəkələrdə daha çox ABŞ-dakı irqi problemləri gündəmə gətiriblər. Belə ki, onların tabeliyi altında olan qaradərililərin hüquqlarından bəhs edən 16 qrupun 1,2 milyon izləyicisi olub. Bu hesabların müəllifləri həmçinin qeyri-leqal miqrasiya, Texasın suverenliyi, silah saxlanmasına izn verən qanun məsələlərinə toxunan paylaşımlar ediblər.

“Trol Fabriki” qrupu ABŞ-dakı prezident seçkisinə 2015-ci ilin yazından hazırlaşıb. İlkin olaraq “Fabrikdə” 30 nəfər çalışsa da, 2016-cı ilin yazında ştat 80-90 nəfərə qalxıb. Burada çalışan şəxslərin maaşı 55 min rubl təşkil edib. Hesabları işlədən “trol”ların administratorlarına 80-90 min rubl maaş verilib.

RBK-nın araşdırmasında ən maraqlı məqam “Trol Fabriki”in ABŞ-dakı bölməsinə 27 yaşlı azərbaycanlı Ceyhun Aslanov rəhbərlik etməsi ilə bağlıdır. Sankt-Peterburqdan olan azərbaycanlı Hidrometerologiya Universitetində iqtisadiyyat sahəsində təhsil alıb. Təhsil aldığı dönəmdə isə bir neçə aylıq ABŞ-da yaşayıb. Üstəlik, Aslanov Londona da gedib. Aslanovun özü “Trol Fabriki” ilə əlaqələrinin hamısını inkar edib.

“Fabrik”in ümumi maaş fondu illik 1 milyon dollar olub. Sosial şəbəkələrdə fəaliyyət üçün isə ümumi büdcə aylıq 5 min dollar təşkil edib.

“Trol Fabriki” ilə həmçinin 100 amerikalı aktivist də əməşdaşlıq edib. Məhz “Fabrik”in sayəsində 2016-2017-ci illərdə ABŞ-da 40 mitinq keçirilib. Mitinqlərə insanların toplanması Feysbuk vasitəsilə təşkil edilib. Belə ki, təkcə 10 aksiya “BlackMattersUS” qrupunun adından istifadə edilərək keçirilib. Tvitterdə bu qrup +7 prefiksi ilə qeydiyyatdan keçib. Belə ki, qrup yerli aktivistləri özünə cəlb edərək, aksya haqqında informasiyaları yayıb. Bu aksiyalardan biri isə 2016-cı ilin oktyabrında Şarlotta şəhərində polis zorakılığına qarşı etiraz aksiyası olub.

“Fabrik” təkcə siyasi etiraz aksiyaları təşkil etməyib. “BlackFist” qrupu vasitəsilə onlar gündəlik pulsuz müdafiə kursları təşkil ediblər. Maraqlı məqam odur ki, bu kurslar qaradərili əhali üçün nəzərdə tutulub. 4 şəhərdə təşkil olunan kursun məşqçilərindən biri “PayPal” və “Quql” vasitəsilə 300 min dollar alıb.

Donald Trampın qələbəsindən sonra “Trol Fabriki” fəaliyyətini dayandırmayıb və yeni səhifələr yaratmağa başlayıb. Savuşkin küçəsindəki 55 nömrəli evdən idarə edilən hesablar vasitəsilə “trollar” anti-tramp kampaniyasına başlayıblar. Onlar həmçinin “BlackMattersUS” səhifəsi vasitəsilə Şarlotta şəhərində Tramp əleyhinə marş da keçiriblər.
dle 10.5
Xəbər
Türk dövləti Kremlə uduzdu: UzatmayacağıqQüds məsələsini Putinlə danışacam, çünki... - ƏrdoğanRusiya İrəvana hansı silahları verəcək? – Savaş hazırlığıBakıdan Trampın Qüds qərarına – MünasibətTrampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma - VideoLavrovdan Qarabağ açıqlamasıSaakaşvili belə azad edildi - Video“Qarabağ”ın ÇL-dəki qazancı müəyyənləşdiNazirlikdən yoluxucu virusla bağlı ciddi xəbərdarlıqİlham Əliyev Ağcabədidə açılışlar etdi - FotoAŞ Rusiyaya sanksiyanı ləğv edir?Puqaçovanın bu görüntüsü heyrət doğurdu - FotoƏrdoğanın oğlu İtaliyada həbs edildi? - FotoŞarapova matçda evlilik təklifi aldı, cavabı... - VideoMüsəlmanlar insan deyil - DeputatTramp Ərdoğana söz verdi: Gülənin taleyi...Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçirİslamabad qarışdı: Ordu paytaxta yeridildiTürkiyə, İran və Qətər arasında – Mühüm müqavilə80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - FotoTürkiyə istəyinə çatdı: kürdlər uzaqlaşdırıldıAzərbaycanla Rusiyadan birgə əməliyyat: 100-dən çox həbsVulkan təhlükəsi: 24 min insan təxliyyə olunduBitkoin rekord qırır – 9026 dollarAni ölümə bu tip insanlar meyillidirYeni ili harada qeyd etmək sərfəlidir? – QiymətlərNATO Cənubi Qafqazda Rusiyaya qarşı... - PolitoloqTramp siyasəti: nə vəd edirdi, nə etdi... – ŞərhƏrdoğan Trampla danışdı, Kreml geri çəkildiSərkisyandan Brüssel hiyləsi: Çıxışını düşməninə ötürdüBatumidə oteldə yanğın: 11 ölü, 21 yaralıƏrdoğan Putin və Ruhaniyə söz verdi – Şok iddiaSərkisyan bu gün Qarabağ etirafı edəcək? - İrəvan şokdaİrəvanı Bakının zərbəsindən bu silahlar qoruyur - Şevçenkoİsraildən Gürcüstan vətəndaşlarına ağır zərbəErməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandıMisirdə səhər namazı qana boyandı - Video/YeniləndiRusiyadan İŞİD-ə növbəti zərbəMisir prezidentinə zəng edib, deyəcəm ki... - TrampMənə Azərbaycanda oynamaq xoşdur – OzobiçDollar bu gün neçəyədir? - MəzənnəKişilərə müjdə: keçəlləşmənin dərmanı tapıldıBakının nefti yaxşıdır, özü isə pis? – Efreym SnehAzərbaycanda meşə massivi yandıMoskva-İrəvan məkri: 5 rayon vədinin - PərdəarxasıDünyanın diqqəti Soçidə: Ərdoğan və Ruhani...Afrində döyüş başladı: Türk ordusu vuruldu - TəciliRazılaşmalar masa üzərindədir - LavrovPutin iki gün sonra yeni Qarabağ planını təqdim edirFransaya qaçdığı deyilən AST Telman danışdı – Video