» » Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?

Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?

8-11-2017, 10:10
Yerləşdirdi: Admin
Çıxartmaq
Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?
Elə bir insan tapılmaz ki, nə vaxtsa dişi ilə bağlı problem yaşamasın.

Statistikaya görə, dünya əhalisinin 90%-ə qədəri diş sırasının və dişlərinin düz olmamasından şikayətlənir. Hər üç nəfərdən biri isə ixtisaslaşmış ortodontik müdaxilə tələb edir. Bəzən isə körpə uşaqlarda belə süd dişlərinin əyri çıxması halları müşahidə edilir.

Dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur və bu gün Azərbaycan bu baxımdan inkişaf edib.

Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən stomatoloq Ramil Yusubovun sözlərinə görə, daimi dişlər 12-14 yaşda tam çıxaraq tamamlanır. Bu dövrdən 40-45 yaşa qədər insanlarda breketlərdən istifadə edərək diş əyriliyini bərpa etmək mümkündür: "Ancaq bəzi yaşlı insanların damaqlarında diş əti qaçmış və ya dişin 1/3 hissəsinin sümükdə yerləşməsi kimi paradonit hallar olur ki, belə dişlərə breket tətbiq etmək olmur”.

Mütəxəssisin sözlərinə görə, breket qoymaqda məqsəd diş cərgəsində olan problemləri aradan götürməkdir.

"Bəzən erkən yaşlarda çənə-sümük sisteminə də təsir etmək mümkün olur. Çənə-sümük sistemindəki problemlərə praqmatiya, alt çənənin nisbətən önə çıxması, üst çənənin inkişafdan geri qalması və s. hallar daxildir. Ancaq sümük formalaşdıqdan, yəni 18-20 yaşdan sonra breket çənə-sümük sisteminə çox da effektiv təsir etmir. Ancaq diş cərgəsini düzəltmək mümkün olur”, - deyə R.Yusubov bildirib.

Stomatoloqun sözlərinə görə, hazırda istifadə edilən breketlər daha keyfiyyətli və daha rahatdır: "Öncələr yalnız uşaqların diş forması düzəldilirdi. Bir az yaş artıqdan sonra bu, mümkün olmurdu. Ancaq hazırda 40 yaşlı pasiyentin də diş cərgəsində olan əyrilikləri bərpa etmək mümkündür”.

"Bəzən dişləri düzəldikdən sonra yenidən əyilmə hallarına rast gəlinir, bu nədən irəli gəlir” sualını da cavablandıran stomatoloq hər bir patoloji prosesin yaranma səbəbinin olduğunu vurğulayıb: "Dişin əyriliyini yaradan səbəbi aradan götürmədən düzəltsək, həm nəticəni gec əldə edəcəyik, həm də dişlər yenidən əyilər. Yəni residiv baş verər.

Məsələn, pasientdə hər hansı burun boşluğundakı problemlərdən yaranan rahat tənəffüs etməmək halları çənədə bir sıra qüsurlara səbəb olur. Pasient rahat nəfəs üçün ağızla nəfəs alır, bu zaman ağız boşlugundakı hava axını rahat olsun deyə dili yuxarı damağa söykənir, bunun hesabına əng sümüyü irəli doğru inkişaf edir. Vaxtında valideyn bu vəziyyətə müdaxilə etsə, ağız boşluğundakı problemin də qarşısı alınar”.

Bundan əlavə, stomatoloq uşaqlarda dişlərin əyri çıxmasının səbəblərindən də bəhs edib: "Vaxtında ana südü ilə qidalanmamaq çənənin inkişafına təsir edir. Çənə inkişafdan qalanda dişlər bir cərgədə yerləşmək üçün yer tapa bilmir. Uşaqları bəd vərdişlərdən kənarlaşdırmaq lazımdır, barmaq sovurmaq, əmzikdən çox istifadə etmək diş sırasında qüsurlar yarada bilər.

16 -25 yaş ərəfəsində ağıl dişi çıxarkən diş cərgəsində ağıl dişinə yer olmadıqda 16 yaşına qədər pasientin diş cərgəsi ideal olsa da, sonradan ağıl dişinin təsiri nəticəsində əyilmə baş verir”.

Ramil Yusubov diş əyriliyinin səbəbinin genetik faktorlardan da asılı ola biləcəyini qeyd edərək, uşaqları vaxtında diş müayinəsinə aparmağı tövsiyə edib.
dle 10.5
Xəbər
Bakının nefti yaxşıdır, özü isə pis? – Efreym SnehAzərbaycanda meşə massivi yandıMoskva-İrəvan məkri: 5 rayon vədinin - PərdəarxasıDünyanın diqqəti Soçidə: Ərdoğan və Ruhani...Afrində döyüş başladı: Türk ordusu vuruldu - TəciliRazılaşmalar masa üzərindədir - LavrovPutin iki gün sonra yeni Qarabağ planını təqdim edirFransaya qaçdığı deyilən AST Telman danışdı – VideoƏrdoğan NATO-nun üzrünü o halda qəbul edər ki... - ŞərtEv telefonlarına görə müqavilə ləğv edildiBakıda zavod partladı: ölən və yaralanan varÇempionumuzu öldürənə hökm oxundu - VideoDiplomatik mənbə: Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır...Güclü zəlzələ Bakının bu ərazisini dağıda bilərDGK büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirdiƏrdoğan yenə Putinlə görüşə gedirRusiyanın Qarabağ təklifi: hansı paket müzakirə edilir?Rusiya qaçaq baş nazirlə danışıqlara başladıİrəvanı AŞPA-da nasist təmsil edirmiş: “Zənci reyslər...”Növbəti zəlzələ: dünya titrəməkdə davam edir - 5.9 balAğdamda güclü zəlzələ: 130-dan artıq ev...Azərbaycanda növbəti zəlzələBin Salman məşhur misirlini özünə müavin təyin etdiKremlin İrəvan planı: Sərkisyana təsir vasitələri...Dollar ucuzlaşacaqBu ölkə DÇ-yə vəsiqə qazanmadığı üçün 1 milyard itirdi"Qarabağ"ın rəqibinin oyunçusu “Barselona” ilə razılaşdıÖlkədə uşaqlar arasında yeni virus yayılıb – XəbərdarlıqUzun ömürlülüyün sirri bu iki yağdadır...Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü – Ölənlər varŞimali Qafqaz Rusiyadan ayrıla bilər - Bu şərtlərləLavrov Bakıya hansı təkliflərlə gəlir? – ŞərhQida Təhlükəsizliyi Agentliyinin önəmi - EkspertErmənistan ordusu öz hərbi hissələrini bombaladı - VideoOrdu çevriliş üçün yola çıxdı: tanklar paytaxta doğuDünya belə məhv olur – Fizikdən şok faktlarBill Qeyts özünün "ağıllı" şəhərini inşa edəcəkİsrail bu ölkəni susuz qoymaqla hədələdiPentaqon qəribə açıqlamalar verir - QatilovAzərbaycanda bu sahədə maaşlar daha yüksəkdirhttps://www.youtube.com/watch?v=02jr3LEe8ssJirinovskidən şok: Rusiyada yeni türk dövləti yaranacaq - VideoSoçidə mətbuat konfransı: Putin bizə müjdə verdi - VideoƏrdoğan Rusiyaya "ordunu geri çək" deməklə... - ÇavuşoğluƏrdoğan açıqladı: Putinlə Qarabağı…İran Bakıya razılıq verdi, Ankaraya yoxPutin Ərdoğandan sonra separatçı liderlə görüşəcəkNazir şöbə rəisini işdən çıxardıMühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...İranda dəhşətli zəlzələ silahla törədilib? - Ekoloq