» » Sərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...

Sərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...

14-11-2017, 10:25
Yerləşdirdi: Admin
Çıxartmaq
Sərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...
İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün çağırıb. Məhkəmə istintaqı zamanı Kataloniya parlamentinin spikeri Karme Forkadelin həbsinə qərar verilib. Maraqlıdır, bəs Dağlıq Qarabağda seperatizm törədənləri bu şəkildə axtarışa verib, məhkəmə qarşısına çıxarmaq mümkündürmü?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, Azərbaycan bunu 1988-91-ci illərdə, yəni Dağlıq Qarabağda separatizm dalğası başlayanda etməli idi:

“Lakin həmin dövrlərdə bir sıra məlum səbəblərdən bunu edə bilmədi. Sonradan Qarabağda müharibə başladı və həmin separatçılar artıq separatçılıq həddini də aşıb müharibə cinayətkarlarına çevrildilər ki, onların başında Ermənistanın indiki və keçmiş rəhbərliyi, Dağlıq Qarabağın separatçı rejimi də var. Onlar bu gün də həmin əməllərinə davam edirlər. Təəssüf ki, həmin şəxsləri müdafiə edən qüvvələr də çoxdur - bəzi böyük dövlətlər, konkret olaraq, əvvəllər SSRİ, daha sonra Rusiya, bəzi Qərb ölkələri və s”.

Politoloq qeyd edib ki, ikili standart bu məsələdə daha qabarıq formada özünü göstərdi:

“Kataloniya separatçılarının ayrıca bir dövləti yoxdur, İspaniyanın tərkibində bir muxtariyyət statusu olan ərazidir və İspaniya Avropa Birliyi tərəfindən müdafiə olunur, ona separatizmə qarşı mübarizədə hərtərəfli dəstək nümayiş olunur. Ermənistan isə Azərbaycanın torpağını işğal edərək, Qarabağdakı ermənilərə birbaşa hərbi dəstək göstərir. Yəni, ikili standartlar, gördüyümüz kimi, burada da özünü göstərir. İspaniyadakı separatçılar məsuliyyətə cəlb olunur, onlara qarşı beynəlxalq hüququn bu məsələyə dair müddəaları lazımi şəkildə tətbiq olunur. Lakin, təəssüf ki, hərbi cinayət törətmiş və hətta Avropa Şurasının tribunasından bunu etiraf edən Ermənistan rəhbərliyinə münasibətdə bu məsuliyyətin tətbiqinə imkan verilmir”.

Politoloq vurğulayıb ki, haqq-ədalət tez ya gec öz yerini tapır:

“Vaxt gələcək erməni separatçıları da nəinki separatçı, hətta müharibə cinayətkarları kimi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məsuliyyətə cəlb olunacaqlar. Onları indi toxunulmaz edən havadarlarının mövqeyi zəifləyən kimi həmin şəxslər də törətdikləri cinayətlərin cavabını verməli olacaqlar. Nürnberq, keçmiş Yuqoslaviya üzrə hərbi tribunalar buna misal ola bilər. Rusiyanın Cənubi Qafqazdakı mövqelərindən geri çəkilməsi baş verəcəyi təqdirdə erməni separatçıları artıq tək separatçı kimi yox, həm də müharibə cinayətkarları kimi beynəlxalq hərbi tribunal qarşısına çıxarıla bilər”.
dle 10.5
Xəbər
Bakı metrosunda faciəBakıda daha bir avtobus qəzası: ölən varƏr-Riyad Qaşıqçının ölümünü bu cür elan edəcək: Türkiyə isə...“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi34 yaşlı gəncin öldüyü klinikadan – AçıqlamaABŞ Pompeodan öncə Türkiyəyə onu göndərdiPaşinyan bu gün istefaya gedəcəkİrəvan qatil generalı həbsdə saxladıDolların bugünkü məzənnəsiİspaniya evdə İngiltərəyə təslim olduYuxularınız sizin haqqınızda bunları deyirTürk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..ABŞ başlıca təhlükəni açıqladıFransanın İrəvana atdığı “xilas kəməri”... – ŞərhSəudiyyədə növbəti inqilabi qərar: Qadına yüksək vəzifəHindistandan müsəlmanlara qarşı şok qərarAğrıyan yerinizə xına çəkin - Bilinməyən faydalarABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıqErmənilər Qafqazda “İkinci Qarabağ” yaradır – ŞərhOrdu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərəRusiyadan Qarabağ açıqlaması: Ehtiyatsız bəyanatlar...Rusiyada vertolyot qəzası: Karapetyan öldüMer məşhur məmuru işdən çıxartdı: həbs oluna bilər?NATO-dan sərt açıqlama: Rusiya bunu dayandırmalıdır!İndoneziyada ölü sayı hər keçən gün artır - 1558 nəfər"Qarabağ" "Arsenal"a uduzdu - Böyük hesabla“Palmali” bu gəmini suya buraxdı: Ancaq azərbaycanlılar…Çavuşoğlu BMT diplomatı ilə Suriyanı müzakirə etdiBeyin hüceyrələrini məhv edən səbəblər...“Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - FotoABŞ bizə "üçüncü əllə" hücum edir - RusiyaRus nazir təsdiqlədi: Türkiyə ilə ticarətdə dollardan imtina...Alman nəşrindən inanılmaz: Rusiya Belarusa qoşun yeridə bilərDünyanın gözlədiyi əməliyyat başladı: Rusiya zərbə endirdiTrampdan Moskva və Tehrana çağırışSanksiyalar İrəvanı da vurdu – Boş hay-küyRusiyadan Türkiyəyə jest: Dollar istifadəsi…Bu ölkədə nazirin olduğu lift şaxtaya düşdüRamil Quliyev Avropada ayın ən yaxşısı ola bilərSəhər acqarnına su içməyin 7 faydası“Qayıdış marşı”nda ölənlərin sayı 160-a çatdıLavrovdan Pompeoya: Bircə dəlil də təqdim etmədinizStress və depressiyanı müalicə edən ən yaxşı üsulRuhanidən Ərdoğana: Trampı peşman edəcəyikTrampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdıNaxçıvandan “savaş başladan” ermənidən yeni addım - Videoİrana daha bir zərbə: Dollardan imtinaƏlimizdə ciddi faktlar var, Köçəryan bu gün…Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaqQəzzadan Netanyahuya ciddi zərbə: Kabus başlayıb...