» » Ölkədə uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq

Ölkədə uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq

16-11-2017, 16:03
Yerləşdirdi: Admin
Çıxartmaq
Ölkədə uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq
Ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə bənzəyən koksaki virusu yayılıb.

Bu barədə Axar.az-a açıqlama verən pediatr Altay Abdullaoğlu bildirib ki, koksaki virusu əsasən uşaqlarda olsa da, böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır.

Həkim xəstəliyin ilkin olaraq qrip kimi başladığını deyib:

“Əvvəlcə qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq yaranır və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpgilər əmələ gəlir. Səpgilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpgilərinə görə suçiçəyinə bənzəyən bu virus əslində suçiçəyi deyil. Valideynlər adətən bunu suçiçəyi ilə səhv salırlar. Bir qədər diqqətli olmaq lazımdır”.

Pediatr virusun keçici olduğunu, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürüldüyünü bildirib:

“Valideynlər körpələrdə yaranan səpgilərə görə narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyimiz kimi virus infeksiyalarının köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir”.

Həkimin sözlərinə görə, koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər:

“Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir”.
dle 10.5
Xəbər
Türk dövləti Kremlə uduzdu: UzatmayacağıqQüds məsələsini Putinlə danışacam, çünki... - ƏrdoğanRusiya İrəvana hansı silahları verəcək? – Savaş hazırlığıBakıdan Trampın Qüds qərarına – MünasibətTrampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma - VideoLavrovdan Qarabağ açıqlamasıSaakaşvili belə azad edildi - Video“Qarabağ”ın ÇL-dəki qazancı müəyyənləşdiNazirlikdən yoluxucu virusla bağlı ciddi xəbərdarlıqİlham Əliyev Ağcabədidə açılışlar etdi - FotoAŞ Rusiyaya sanksiyanı ləğv edir?Puqaçovanın bu görüntüsü heyrət doğurdu - FotoƏrdoğanın oğlu İtaliyada həbs edildi? - FotoŞarapova matçda evlilik təklifi aldı, cavabı... - VideoMüsəlmanlar insan deyil - DeputatTramp Ərdoğana söz verdi: Gülənin taleyi...Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçirİslamabad qarışdı: Ordu paytaxta yeridildiTürkiyə, İran və Qətər arasında – Mühüm müqavilə80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - FotoTürkiyə istəyinə çatdı: kürdlər uzaqlaşdırıldıAzərbaycanla Rusiyadan birgə əməliyyat: 100-dən çox həbsVulkan təhlükəsi: 24 min insan təxliyyə olunduBitkoin rekord qırır – 9026 dollarAni ölümə bu tip insanlar meyillidirYeni ili harada qeyd etmək sərfəlidir? – QiymətlərNATO Cənubi Qafqazda Rusiyaya qarşı... - PolitoloqTramp siyasəti: nə vəd edirdi, nə etdi... – ŞərhƏrdoğan Trampla danışdı, Kreml geri çəkildiSərkisyandan Brüssel hiyləsi: Çıxışını düşməninə ötürdüBatumidə oteldə yanğın: 11 ölü, 21 yaralıƏrdoğan Putin və Ruhaniyə söz verdi – Şok iddiaSərkisyan bu gün Qarabağ etirafı edəcək? - İrəvan şokdaİrəvanı Bakının zərbəsindən bu silahlar qoruyur - Şevçenkoİsraildən Gürcüstan vətəndaşlarına ağır zərbəErməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandıMisirdə səhər namazı qana boyandı - Video/YeniləndiRusiyadan İŞİD-ə növbəti zərbəMisir prezidentinə zəng edib, deyəcəm ki... - TrampMənə Azərbaycanda oynamaq xoşdur – OzobiçDollar bu gün neçəyədir? - MəzənnəKişilərə müjdə: keçəlləşmənin dərmanı tapıldıBakının nefti yaxşıdır, özü isə pis? – Efreym SnehAzərbaycanda meşə massivi yandıMoskva-İrəvan məkri: 5 rayon vədinin - PərdəarxasıDünyanın diqqəti Soçidə: Ərdoğan və Ruhani...Afrində döyüş başladı: Türk ordusu vuruldu - TəciliRazılaşmalar masa üzərindədir - LavrovPutin iki gün sonra yeni Qarabağ planını təqdim edirFransaya qaçdığı deyilən AST Telman danışdı – Video