» » “Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...

“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...

14-12-2017, 09:22
Yerləşdirdi: Admin
Çıxartmaq
“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...
Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistanın nümayəndəsi, Ermənistan parlamentinin deputatı Gevorq Kostanyan Məhkəmənin “Çiraqov və başqaları Ermənistana qarşı” və “Sərkisyan Azərbaycana qarşı” iddiaları üzrə çıxardığı qərarları Ermənistan İctimai Televiziyasının efirində şərh edərək elə bir bəyanat səsləndirib ki, bunu erməni məntiqindən başqa heç bir məntiqlə izah etmək olmaz. Məsələn, o deyib ki, hər iki iddiada tərəflər “hökmən Artsax Respublikası ilə üzləşəcəklər”.

Q.Kostanyan beynəlxalq hüququ və “yurisdiksiya” terminini necə “anlaması” ilə hamını heyrətləndirərək deyib: “Bizim halda (“Çiraqov və başqaları Ermənistana qarşı” işində - V.S) söhbət təkcə Azərbaycan qaçqınlarından və Ermənistan hökumətindən getmir. Biz hökmən (!) üçüncü subyektlə - “Artsax Respublikası” ilə (burada və sonrakı mətndə dırnaq işarələri bizimdir – V.S.) ilə üzləşəcəyik. Bu iki iş arasında ən mühüm fərq məhz bundan ibarətdir və bu, Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) də qeyd olunub. Hətta bu respublika beynəlxalq hüquq baxımından tanınmamış olsa da, o, öz dövlətçiliyi ərazisində, öz yurisdiksiyası ərazisində hüquqların bərpa olunması məsələlərinə cəlb edilməyə bilməz”.

Təbii ki, Kostanyanın dedikləri daxili auditoriyanı sakitləşdirmək üçün nəzərdə tutulan növbəti sərsəmlikdir. Əgər təbiətdə “Artsax Respublikasının dövlət ərazisi” və ya bundan daha absurd olan həmin qurumun “yurisdiksiya ərazisi” kimi anlayışlar mövcud olsaydı, onda AİHM iddiaçının ərizəsini lap əvvəldən qəbul etməz və ondan xahiş edərdi ki, öz şikayətini təzədən köçürüb Laçın rayonunun ərazisi üzərində real yurisdiksiyanı həyata keçirən subyekt göstərilsin. Lakin Məhkəmə iddianı qəbul edib və məhz çıxarmalı olduğu qərarı çıxarıb və bu qərar iki faktı: “Artsax Respublikasının yurisdiksiya ərazisi” deyilən anlayışın olmaması faktını və eyni zamanda həmin əraziyə məhz Ermənistan Respublikası tərəfindən səmərəli nəzarət edilməsi faktını tam əks etdirir.

Bununla hər şey deyilib. Məhkəmə təkcə iddianı qəbul etməklə və sonradan qərar çıxarmaqla “Artsax” sözünü və onun mövcud olmayan yurisdiksiyası anlayışına əsla əhəmiyyət verməyib və subyektlər qismində yalnız iddiaçını və yeganə cavabdeh olan Ermənistan Respublikasını saxlayıb.

Kostanyan qaranlıq otağa heç vaxt ayağı dəyməyən qara pişiyi orada tutmaq üçün nə qədər çalışsa da, Məhkəmənin qərarında heç bir Artsax yoxdur, olmayıb və olmayacaq.

Ermənistanın cavabdeh tərəf kimi kompensasiyanı hansı şəkildə - birbaşa öz xəzinəsindən, yoxsa özünün bic doğulmuş və heç kəs tərəfindən tanınmamış oyuncaq qurumunu bu prosesə cəlb etməklə ödəyəcəyinə gəldikdə, bu, ermənilərin daxili araşdırma məsələsidir və heç kəs üçün, xüsusən bizim üçün maraqlı deyil. Bizim üçün əhəmiyyətli fakt odur ki, Çıraqov və başqaları kompensasiyanı qulyandan, saakyandan, babayandan və ya mirzəyandan deyil, AİHM tərəfindən de-yure Azərbaycan Respublikasının yurisdiksiyasında olan, lakin de-fakto onun effektiv nəzarətindən kənarda olan ərazi üzərində effektiv (yəni de-fakto) nəzarəti həyata keçirən beynəlxalq hüququn yeganə subyekti kimi tanınmış rəsmi İrəvandan almalı olacaqlar. Bu sxemdə “artsax” ləqəbli “qara pişiyi” yalnız erməni görə bilərdi. Əslində isə o burada yoxdur və olmayıb.

Gevorq, Məhkəməyə məlum olmayan “artsax” sözündən yox, bu cür hüquqi anlayışlardan istifadə etmək lazımdır. Avropa Şurasının Nazirlər Kabinetinin iclasında statusu Avropa Şurasının özünə də məlum olmayan birisinin çıxış etməsinə və həmin “birisinin” qarşısında hansı lövhə qoyulmasına, bu çıxışın işğal olunmuş Dağlıq Qarabağda oyuncaq xuntanın legitimləşdirilməsi xeyrinə 1933-cü il Montevideo Konvensiyasını irəli çəkməsinə gəldikdə isə, ermənilərin bütün bu hoqqaları beynəlxalq yurisdiksiya üçün deyil, yalnız rusdilli vikipediya və ya levonun voskanapatı üçün yarayar. Biz belə hoqqaları 1994-cü ildə ATƏT-in Budapeşt sammitində qəbul edilmiş bəyannaməni Yerevan Qarabağdakı marionetlərinin “münaqişə tərəfi” qismində tanınması kimi şərh etməyə cəhd göstərdikləri vaxtda da, Azərbaycanın müstəqillik haqqında bəyannaməsinin voskanapat.info saytının təsisçisi, bədnam Levon Melik-Şahnazaryan Azərbaycanın guya 1918-1920-ci illərdə Birinci Respublikanın tərkibinə “daxil olmayan” Dağlıq Qarabağdan “əl çəkməsi” kimi yozanda müşahidə etmişik. Ermənistanın təbliğat-təşviqat maşını əvvəlcə sərsəm bir batut yaradır, sonra isə həmin batutun üzərində tullanmağa başlayır.

Bu dəfə də belə oldu. Strasburqda kimsə çıxış edib, vəssalam – “artsax legitimləşdirilib”. Buyurun, bu da Montevideo “JEK”inin arayışı.

Ey qonşular, Ermənistan təbliğat-təşviqat batutu sayəsində uydurduğunuz bu psevdopolitoloji hoqqabazlıqlar sizin özünüzdən başqa heç kəs üçün maraqlı deyil və beynəlxalq münasibətlərdə onların heç bir təsiri yoxdur. Gördüyümüz kimi, AİHM sizə növbəti dəfə hər şeyi izah edib, başa salıb ki, emil babayanların Strasburqdakı çıxışları Məhkəmənin qərarına heç bir təsir göstərməyib. Yekun belədir: heç bir “artsax” yoxdur – istər öz yurisdiksiyası ilə bərabər, istərsə də onsuz. Məhkəmənin verdiktinə görə de-yure Azərbaycanın yurisdiksiyasında olan ərazi üzərində effektiv (yəni de-fakto) nəzarəti həyata keçirən Ermənistan var. Kostanyan, siz öz yöndəmsiz tezislərinizlə öz vətəndaşlarınızın başını ağrıtmayın.

Nəhayət sonuncu. Kostanyan öz şərhində deyib ki, Ermənistan verdiktin icrasından imtina etmir, o yalnız “barışıq rejiminin tez-tez pozulması” kimi obyektiv çətinliklərə görə həmin verdiktin icra edilməsinin mümkün olmadığını göstərir. O, özü də başa düşmədən özünün əvvəlki tezisini heçə endirərək açıq-aşkar etiraf edib ki, Ermənistan bu verdikti icra etməyə şad olardı, amma barışıq rejiminin pozulması bunu etməkdə ona mane olur. Belə çıxır ki, Kostanyan Məhkəmənin cavabdeh qismində hansısa “artsaxı” deyil, məhz Ermənistanı təyin etməsinin düzgün olmasını etiraf edir. Axı o belə deməyib: “bu sözlər bizə yox, qarabağlılara aiddir”. O, səmimi etiraf edib ki, məsələ belədir, bu “obyektiv” maneələr olmasa, Ermənistan verdikti yerinə yetirəcək, lakin təqsir Azərbaycandadır ki, o hərdənbir atəş açır. Bu bir. Lakin daha maraqlı olan ikinci məsələ var: Kostanyan “hər gün atəş açılan, hərbi qulluqçuların və dinc sakinlərin həlak olduğu ölkənin ərazisində verdikti icra etmək məntiqə uyğun deyil” deməklə Azərbaycanın Laçın üzərində rəsmi yurisdiksiyasını açıq etiraf etmiş olur. Axı əgər Ermənistan iddiaçıların Laçında pozulmuş hüquqlarının bərpa edilməsi barədə Məhkəmənin verdiktini icra etməyə şad olarsa, lakin Azərbaycan ərazisində “hər gün atəş açıldığına, hərbi qulluqçular və dinc sakinlər həlak olduğuna görə” bu verdikti icra edə bilmirsə, bu, Kostanyanın ehtiyatsızlıq edərək “quş buraxması” deyilmi, bu “quşa” görə Ermənistanda onun başını tumarlamayacaqlar.

Aydındır ki, AİHM-nin qərarından sonra Ermənistan damage control üçün arqumentlər axtarır, lakin yəqin ki, bu məsələdə Kostanyana ümid etməyə dəyməz, çünki o, öz şərhi ilə Yerevanı daha da biabır edib.

Azərtac
dle 10.5
Xəbər
Futbol tarixinin ikinci ən bahalı transferi artıq odurTrampdan Kim Çenə yaşıl işıqBakıda dəhşətli qəza: 15 yaralı – VideoAlmaniyadan şok qərar: İsraili tanımayan...Cavad Zərif yazdı: Təcili xəbər...İŞİD-in qalasında SSRİ bayrağı - Tarix təkrarlandıTürk ordusundan PKK-ya ağır zərbə - ƏməliyyatGürcülər Ukrayna ordusunu tərk etdi – Gərginlikİran müxalifətinin "liderləri" kimdir?İrana müdaxilə edilməsinə göz yummarıq - TürkiyəBakı nefti ucuzlaşdıDaha bir ana doğuş zamanı öldüGerasimov təsdiqlədi: ABŞ yeni terorçular hazırlayırPentaqon rəsmi rəqəmləri açıqladı – Suriya və İraqda...İsraildən ABŞ-a sərt tələb: Bu ifadəni işlətməyin!"Qarabağ"ın vurduğu bütün qollar - VideoHəkimdən xəbərdarlıq: bayram vaxtı bunları almayınƏrəbistan rəhbərliyi İstanbul Zirvəsinə niyə qatılmadı?Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... - VideoBu qərarlar İsraili məhv edə bilər - SiyahıAzərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qururABŞ təyyarədə Qüdsü anons edən pilotu saxladıYəhudi deputatdan Ərdoğanla bağlı çağırışYəhudilər, BMT-yə əhəmiyyət verməyin - Qalmaqallı çağırış“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...Rusiya XİN-dən Qüds açıqlaması: MümkündürYol xətti səhv çəkilib, sürücülər cərimələnir - VideoSaakaşvilini bunda ittiham etmirik - Kiyev geri çəkildiTürk dövləti Kremlə uduzdu: UzatmayacağıqQüds məsələsini Putinlə danışacam, çünki... - ƏrdoğanRusiya İrəvana hansı silahları verəcək? – Savaş hazırlığıBakıdan Trampın Qüds qərarına – MünasibətTrampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma - VideoLavrovdan Qarabağ açıqlamasıSaakaşvili belə azad edildi - Video“Qarabağ”ın ÇL-dəki qazancı müəyyənləşdiNazirlikdən yoluxucu virusla bağlı ciddi xəbərdarlıqİlham Əliyev Ağcabədidə açılışlar etdi - FotoAŞ Rusiyaya sanksiyanı ləğv edir?Puqaçovanın bu görüntüsü heyrət doğurdu - FotoƏrdoğanın oğlu İtaliyada həbs edildi? - FotoŞarapova matçda evlilik təklifi aldı, cavabı... - VideoMüsəlmanlar insan deyil - DeputatTramp Ərdoğana söz verdi: Gülənin taleyi...Sərkisyan Qarabağdan əlini çəkdi: NATO hərəkətə keçirİslamabad qarışdı: Ordu paytaxta yeridildiTürkiyə, İran və Qətər arasında – Mühüm müqavilə80 yaşlı qadın 300 milyonluq şirkəti idarə edir - FotoTürkiyə istəyinə çatdı: kürdlər uzaqlaşdırıldıAzərbaycanla Rusiyadan birgə əməliyyat: 100-dən çox həbs