» » İsrailin bazaya mükəmməl zərbəsi: İran bunu gözləmirdi

İsrailin bazaya mükəmməl zərbəsi: İran bunu gözləmirdi

11-02-2018, 19:27
Yerləşdirdi: Admin
Çıxartmaq
İsrailin bazaya mükəmməl zərbəsi: İran bunu gözləmirdi
İsrail mediası fevralın 10-na keçən gecə və səhər saatlarında Suriya ərazisinə edilmiş irimiqyaslı hava hücumlarının bəzi təfərrüatlarını yayıb.

Virtualaz.org xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin 113-cü eskadrilyasının komandiri, polkovnik-leytenant L. Fevralın 10-da səhər saatlarında “Apaçi” vertolyotunun şturvalı arxasında idi və mərkəzdən gələn komanda əsasında ölkənin hava sahəsinə daxil olmuş İran pilotsuz təyyarəsini “hava-hava” tipli raketlə vurub. Bundan əvvəl təyyarənin “Barak-8” zenit-raket sistemi ilə vurulduğuna dair xəbərlər yayılmışdı.

“Biz uçan aparatı İran pilotsuz təyyarəsi kimi identifikasiya etdik və sərhədi keçəndə onu vurduq”, - polkovnik-leytenant İsrail TV-lərinə bildirib.

İsrail müdafiə ordusunun mətbuat xidməti tərəfindən yayılmış məlumatda mərkəzdən gələn əmrə uyğun olaraq pilotun hədəfi müəyyən edib ona dəqiq zərbə endirdiyinə dair səs yazısı əks olunur. “Eskadrilya qarşıya qoyulmuş istənilən vəzifənin yerinə yetirilməsinə hazırdır”,- polkovnik-leytenant bildirib.

İran dronunun ölkənin hava sahəsinə daxil olmasına cavab oaraq İsrail aviasiyası 8 F-16 qırıcısının iştirakı ilə Suriya ərazisinin dərinliklərində, Palmira yaxınlığında yerləşən T-4 aviabazasına güclü zərbələr endirib. Hava hücumu zamanı Suriya Hərbi Hava Qüvvələri böyük ehtimalla “Buk” raketi ilə İsrail təyyarələrini vurmağa çalışıb. Bu zaman raketlərdən biri F-16 qırıcısının yaxınlığında partlayıb və qəlpələr təyyarəni zədələyib. Pilotlar təyyarəni İsrail ərazisinə qədər geri qaytarmağa nail olub və katapult ediblər.

Hava hücumu zamanı T-4 aviabazasında mənzillənmiş İran pilotsuz təyyarələri, “Hizbullah”ın istifadə etdiyi bir neçə bina və personal sıradan çıxarılıb. Bazada habelə Rusiya hərbi texnikası da vurulub. T-4 müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bildirilir ki, İran üçün Suriya ərazisinin dərinliklərində yerləşən T-4 bazasının vurulması gözlənilməz olub.

Ötən gün axşam Rusiya Prezidenti Vladimir Putin İsrail baş naziri Benyamin Netanyahuya zəng vuraraq onu regionda “onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməməyə” çağırıb. Netanyahu cavab verib ki, İsrailin özünümüdafiə hüququ var və bundan sonra da Suriyadan edilən hücumlara qarşı sərt tədbirlər görüləcək. Tərəflər gələcəkdə yarana biləcək belə situasiyalar zamanı koordinasiya içərisində hərəkət etməyə anlaşıblar.
dle 10.5
Xəbər
Millimiz Rusiya və İranla qarşılaşacaqDiqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandırQarabağla bağlı əsas gedişin zamanı yetişir – Sabiq nazirTrampın ruslarla əlaqəsinə dair sübut tapılmadı - SenatPutin bütün gün Lukaşenko ilə görüşəcək – KremlAB-dən Səudiyyə ilə bağlı şok qərarNeft bahalaşdı - Yeni qiymətİstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindiBel yırtığı nədən yaranır? - Səbəblər açıqlandıQadın abort zamanı dünyasını dəyişdi - YeniləndiPsixoloq və psixiatrın fərqini bilməyənlər… - Baş psixiatrBolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdiVəliəhd: Onun arxasınca ova çıxacam – ABŞ kəşfiyyatıZaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - VideoAzərbaycana dəhşətli soyuqlar gəlir? - VideoTarixi dəyişən hücum: ermənilər dəhşət içində - VideoSiz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavabAvropa altıncı nəsil qırıcı hazırlığına başladıPompeo: İran BMT TŞ-yə meydan oxuyurSEPAH İranın ən yeni raketini təqdim etdiSoyuq müharibə geri qayıdır, ancaq tam fərqli formadaMəşhur meyxanaçının ayaqları tutulduAzərbaycanlı müğənni qəzada öldü - VideoHakimdən həyasız cavab: Qorxmayın, cənazəsini verəcəyikŞamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir - VideoDolların bugünkü məzənnəsiFİFA açıqladı: Yenə gerilədikBeyin hüceyrələrini məhv edən səbəblər...Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - NazirlikSabah əhali diqqətli olmalıdır - İfrat təhlükəli hadisəBakıda külək təhlükəsi: ağaclar “yox edilir" - Fotoİslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?Azərbaycanda güclü küləyin ilk fəsadları - FotoAli məktəb gəlirlərinin 40%-i müəllimlərə sərf ediləcəkPensdən Maduroya zərbə: O siyasətçiyə dəstək veriləcəkDüşmən mövqelərimizi atəşə tutduABŞ-da iranlı jurnalist saxlanıldıPutinin mühafizəsiz gəzməsi mümkün deyil - KremlTürkiyə öz "silahı" ilə vurula bilər - ÖzuğurluFərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - FərmanArif Alışanovu əvəz edən gənc kimdir? - DosyeƏrdoğandan şok: Tvitini gördüm, Trampa zəng etdimYazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şokBakıya qar yağacaq, hava 10 dərəcə düşəcək – RəsmiABŞ-ın qorxulu "röyası" - Rusiya silahıDövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi“Azərişığ”ın iki rəisi “Kral”a görə qovuldu? - AçıqlamaNeft qiymətində artımFormula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...“Kapital Bank” 2018-ci ilin nəticələrini elan etdi