» » 2000 ev söküləcək: Yeni başçı danışdı

2000 ev söküləcək: Yeni başçı danışdı

13-02-2018, 21:09
Yerləşdirdi: Admin
Çıxartmaq
2000 ev söküləcək: Yeni başçı danışdı
2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə “Sovetski”də 2010 yaşayış və qeyri-yaşayış obyektinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir.

Trend-in məlumatına görə, bunu Yasamal Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda çıxış edən İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib.

Onun sözlərinə görə, artıq bu məqsədlə vəsait ayrılmış, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdiilməsi məqsədilə tenderlər keçirilib. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir.

İcra başçısı əlavə edib ki, Bakı şəhərinin hələ SSRİ dövründə bir-neçə dəfə təsdiq olunmuş Baş Planında paytaxtın ən böyük problemlərindən biri “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi olmuş, lakin çox böyük vəsait tələb olunduğundan bu məsələ öz müsbət həllini tapmayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən irimiqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq reallaşdırılıb. 26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilmiş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq və Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə müasir yeni yol infrastrukturu istismara verilib, ərazidə böyük həcmdə abadlıq-quruculuq işləri həyata keçirilməyə başlanılıb. Hazırda Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar işlər davam etdirilir. Burada 9814 ünvanda ölçü işləri aparılıb.

Ə.Əzizov bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Sovetski” adlanan ərazidəki istifadəyə yararsız evlərin satınalınması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci ildə “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib: “”Sovetski” ərazisində Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar söküntüyə məruz qalmış Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında, görünüş etibarilə göz oxşayan məscidin yeni binası inşa olunur. Tikinti işləri artıq başa çatdırılıb. Hazırda tərtibat işləri icra olunur, məscidin yaxın zamanda dindarların istifadəsinə verilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi xətti ilə rayonda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır, yaxın gələcəkdə paytaxtımızı daha bir dini tarixi memarlıq abidəsi bəzəyəcək”.
dle 10.5
Xəbər
Goranboyda rəis işçisini döydüBünyadovu öldürməkdə məqsəd bu idi – Qatilin şok etirafıABŞ İrəvanın əl-qolunu bağlayır: Bakı üçün mühüm şansPeyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçiİsrail onlarla insanı belə xilas etdi - “Diviziya-8200”Kiprdə gərginlik son həddə: Adanın sərvəti mənimsənilirABŞ Türkiyədən qorxdu, hərbi sazişə mane oldu - ŞokTürk ordusundan qəfil hücum: 90 məntəqə azad edildiGərginlik artır: NATO qırıcıları Afrinə girəcəkmi?Volodin Bakı ilə əlaqələri elə bir müavininə tapşırdı ki...Qərb mediasından rəzalət: Əsəd və YPG Türkiyəni qovacaq..Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...Türkiyəyə qarşı çağırış: Əsəd ordusu Afrinə çatdı - Yeni iddiaAzərbaycanlının zarafatı polisi ayağa qaldırdı - VideoXocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada..Qorxudan dəhşətə gələn bu "barıqa"... - SaakaşviliStokholm qatili: İsveçi cəzalandırmaq istədim...Neft ucuzlaşdıAzərbaycanda nəzarət gücləndirildi - Qripə görəRusiya açıqladı: Əsəd ordusu Afrinə girsə, Türkiyə...Türkiyə Afrini Əsədə verəcək?ABŞ-ın ittiham elan etdiyi Ceyhun Aslanov kimdir?BTR-82A Ordumuzun silahlanmasına daxil edildiABŞ və Türkiyə anlaşır: Kreml kürd kartını işə salırTürkiyə NATO-dan çıxsa, Rusiya bu dənizi ələ keçirəcək - EkspertHollandiyadan qərar: Qondarma soyqırım tanındı..Avropadan tarixi etiraf: Türkiyəsiz bacarmarıq...Ukraynanın parçalanması üçün əsas faktor... - SaakaşviliKlimkin Lavrovla görüşdən danışdı: Razılaşmadıq...Həftənin ən gözəl qol ötürmələri - VideoBiz öz işimizi görmüşük, qalanı Brüssellikdir – ŞərhYuyucu vasitələr qadınlar üçün təhlükəlidirQonşu ölkə dəhşətli xəstəliklə qarşı-qarşıyadırDMX-dan qanunsuz miqrantlarla bağlı açıqlama13 yaşlı şagird tövlədə...An-148-in qəzaya uğrama səbəbi açıqlandıPKK-çılar Türkiyəni vurdu: ordu cavabı gecikdirdi və... - VideoTürk ordusundan gecə darmadağını: 1439 meyit...Putin respublikaları ləğv edir – Türklərdən başladı...Netanyahu: Bu, tarixi həmlədir, o torpaqlar artıq bizimdir...400 İŞİD-çi girov götürüldü - Heyrətamiz əməliyyatGenerallar Putinə qarşı birləşir: çevriliş... - OreşkinBakının 12 rayonunun bu qurumu birləşir – Gözlənti2000 ev söküləcək: Yeni başçı danışdıErmənilərin qətlə yetirdiyi Zəhra… - FotolarSaakaşvili Polşaya kimin təyyarəsilə aparılıb?Jirinovski: Saakaşvili müasir LenindirŞad xəbər: pulsuz müayinələrə start verildi – 3 ay...Pulsuz internet dövrü başlayır - Bütün dünyadaPKK-dan xain plan: 9 türk əsgəri belə öldürüldü