» » Putin respublikaları ləğv edir – Türklərdən başladı...

Putin respublikaları ləğv edir – Türklərdən başladı...

13-02-2018, 21:14
Yerləşdirdi: Admin
Çıxartmaq
Putin respublikaları ləğv edir – Türklərdən başladı...
Kremldən gələn siqnallardan belə nəticə çıxarmaq olar ki, tezliklə, bir sıra milli respublikalar öz mövcudluğunu itirəcək.

Axar.az xəbər verir ki, bunu “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində rusiyalı politoloq Yuliya Verbitskaya söyləyib.

“Planetdə yalnız Rusiyada mövcud olan milli respublikalardakı atavizm tez-tez bolşeviklər tərəfindən Rusiya dövlətçiliyinə qoyulmuş mina adlandırılır. Hər kəs 1991-ci ilin dəhşətini xatırlayır. O zaman Rusiyadan Britaniya və Yunanıstanın birgə ərazisi boyda torpaq ayrıldı. Yəni Rusiyanın onda bir hissəsi ondan qopdu. SSRİ parçalananda bu ərazinin böyük hissəsində, daha dəqiq desək, Qazaxıstanda əhalinin böyük hissəsini ruslar, ukraynalılar və almanlar təşkil edirdi.

Son günlər Kremldən gələn siqnallardan belə nəticə çıxarmaq olar ki, tezliklə, bir sıra milli respublikalar öz mövcudluğunu itirəcək. Məsələ sadəcə ondadır ki, bu necə ediləcək? Bunun üçün Rusiya Konstitusiyası yenidən yazılacaq və ya administrativ rıçaqlardan istifadə ediləcək. Dağıstandakı kimi, milli elita sadəcə idarəetmədən uzaqlaşdırılacaq və ya iqtisadi rıçaqlar Moskvaya veriləcək. Bu yöndə ilk addım Tatarıstan oldu. Moskva sərt şəkildə Kazanla arasında olan razılaşmanın uzadılmasından imtina etdi.

Rusiya Prezident Administrasiyasının Tatarıstandakı bütün milli narahatlıqlar haqqında məlumatlı olmamasını düşünmək sadəlövhlük olardı. Tatarıstanda tatar dili məcburi öyrədilir, hər yerdə tatar milli klanları hökmranlıq edirdi. Hətta indi də Tatarıstanda rusların 40% olmasına rəğmən, hökumətdəki 30 nazirdən yalnız 7-si rusdur. Tatar elitasının yeni razılaşma imzalanması ilə bağlı davamlı cəhdləri rusdilli əhalinin məcburi şəkildə tatarca öyrədilməsinə qarşı çıxmalarına səbəb oldu. Nəticədə buna Vladimir Putin müdaxilə etdi və tədris müəssisələrində kütləvi şəkildə yoxlamalar aparıldı. Milli klanlar artıq anladılar ki, mərkəzlə bərabər səviyyədə danışıqların aparıldığı dövr sona yetib və artıq bütün regionlar üçün yeni konfiqurasiya formalaşacaq”, – deyə o bildirib.

Verbitskayanın sözlərinə görə, hazırda Dağıstanda baş verən olaylar sadəcə təcrübə xarakteri daşıyır:

“Tatar elitasının Tatarıstan haqqında yaratdığı iqtisadi uğur mifi kart evi kimi dağılmağa başladı. Əvvəla, Tatarıstan dərin bank böhranına girdi, sonradan müəyyən olundu ki, bu uğurlu respublikanın borcu 90 milyard rubldur. Bu göstərici ilə Kazan ən çox borcu olan subyektlər arasında 4-cü yerə qalxdı. Üstəlik, bu borcların böyük hissəsi Rüstəm Minnixanovun rəhbərlik etdiyi dövrdə yaranıb.

Başqırdıstana Moskvadan nümayəndələrin təyin edilməsi, “Başneft”lə bağlı məcburi razılaşma, tatar elitasının sakitləşdirilməsi, Dağıstan klanının dağıdılması kimi məsələlərin hamısı siqnal deyilmi? Əgər əvvəllər bunun Yeltsin dövründən qalmış irsin ləğvi üçün Kreml strategiyası olduğu şübhəsi var idisə, Dağıstan olaylarından sonra bu şübhənin yeni reallıq tutdu.

Əslində, Dağıstandakı olaylar sadəcə eksperimentdir. Bu eksperiment digər milli respublikaların rəhbərləri üçün siqnal xarakteri daşıyır. Yəni deyilir ki, mərkəzin yerli mafioz klanlarla uşaq oyunları bitib, yeni həyat başlayır”.
dle 10.5
Xəbər
Bakı metrosunda faciəBakıda daha bir avtobus qəzası: ölən varƏr-Riyad Qaşıqçının ölümünü bu cür elan edəcək: Türkiyə isə...“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi34 yaşlı gəncin öldüyü klinikadan – AçıqlamaABŞ Pompeodan öncə Türkiyəyə onu göndərdiPaşinyan bu gün istefaya gedəcəkİrəvan qatil generalı həbsdə saxladıDolların bugünkü məzənnəsiİspaniya evdə İngiltərəyə təslim olduYuxularınız sizin haqqınızda bunları deyirTürk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..ABŞ başlıca təhlükəni açıqladıFransanın İrəvana atdığı “xilas kəməri”... – ŞərhSəudiyyədə növbəti inqilabi qərar: Qadına yüksək vəzifəHindistandan müsəlmanlara qarşı şok qərarAğrıyan yerinizə xına çəkin - Bilinməyən faydalarABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıqErmənilər Qafqazda “İkinci Qarabağ” yaradır – ŞərhOrdu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərəRusiyadan Qarabağ açıqlaması: Ehtiyatsız bəyanatlar...Rusiyada vertolyot qəzası: Karapetyan öldüMer məşhur məmuru işdən çıxartdı: həbs oluna bilər?NATO-dan sərt açıqlama: Rusiya bunu dayandırmalıdır!İndoneziyada ölü sayı hər keçən gün artır - 1558 nəfər"Qarabağ" "Arsenal"a uduzdu - Böyük hesabla“Palmali” bu gəmini suya buraxdı: Ancaq azərbaycanlılar…Çavuşoğlu BMT diplomatı ilə Suriyanı müzakirə etdiBeyin hüceyrələrini məhv edən səbəblər...“Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - FotoABŞ bizə "üçüncü əllə" hücum edir - RusiyaRus nazir təsdiqlədi: Türkiyə ilə ticarətdə dollardan imtina...Alman nəşrindən inanılmaz: Rusiya Belarusa qoşun yeridə bilərDünyanın gözlədiyi əməliyyat başladı: Rusiya zərbə endirdiTrampdan Moskva və Tehrana çağırışSanksiyalar İrəvanı da vurdu – Boş hay-küyRusiyadan Türkiyəyə jest: Dollar istifadəsi…Bu ölkədə nazirin olduğu lift şaxtaya düşdüRamil Quliyev Avropada ayın ən yaxşısı ola bilərSəhər acqarnına su içməyin 7 faydası“Qayıdış marşı”nda ölənlərin sayı 160-a çatdıLavrovdan Pompeoya: Bircə dəlil də təqdim etmədinizStress və depressiyanı müalicə edən ən yaxşı üsulRuhanidən Ərdoğana: Trampı peşman edəcəyikTrampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdıNaxçıvandan “savaş başladan” ermənidən yeni addım - Videoİrana daha bir zərbə: Dollardan imtinaƏlimizdə ciddi faktlar var, Köçəryan bu gün…Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaqQəzzadan Netanyahuya ciddi zərbə: Kabus başlayıb...