» » 13 yaşlı şagird tövlədə...

13 yaşlı şagird tövlədə...

13-02-2018, 21:19
Yerləşdirdi: Admin
Çıxartmaq
 13 yaşlı şagird tövlədə...
Son aylarda intihar xəbərləri bir-birini əvəz etməkdədir:

“80 yaşlı kişi ov tüfəngiylə...”

“62 yaşlı qadın yaşadığı evdə...”

“13 yaşlı şagird tövlədə...”

Burada çox qorxulu bir nüans var. Təcrübəsiz, zəif insanları bir kənara qoyaq, bəs həyatda bütün çətinlikləri görmüş, yaşı əsrin astanasında olan yaşlı adamlar niyə intihar edirlər?

Əlinin qabarıyla gələcəyə təkan verən, alnındakı qırışlardan nəvəsinə nağıl-nağıl yol düzəldən yaşlıların intihar yoluna əl atması azyaşlıları da bu işdə cəsarətləndirir. Axı, istər-istəməz onlar bir çox şeyi böyüklərdən öyrənirlər.

Təəssüf ki, baxanda mənəvi rahatlıq tapdığımız ağsaqqallarımız, ağbirçəklərimiz nağıl-nağıl azalır...

Məsələnin mahiyyətini dərindən götür-qoy etdikdə fərqli mətləblər ortaya çıxır. Bəyəm, az olub ki, bir anlıq özümüzə qapanmışıq, intihar haqda düşünmüşük? Əminəm ki, bu barədə bir çox insan dəfələrlə düşünüb və daha sonra bu yolun necə mənasız olduğunu anlayıb.

“Bəlkə, sabah intihar edim?”, “Görəsən, özümü öldürsəm, məni paralel dünyada nələr gözləyir?”, “Valideynlərimin, həyat yoldaşımın, övladlarımın, yaxınlarımın münasibəti necə olacaq mənə?” və s. bu kimi cavabı bəlli olmayan suallar səni boğmağa başlayır, amma bir neçə dəqiqədən sonra intihar əhval-ruhiyyəsi yox olub gedir.

İntihara meyillilik istər yaşlılar, istərsə də cavanlar arasında rast gəlinən haldır. Dözümlü olmağın da faydası qalmır. Çünki “intihar qüvvələri” ilə baş-başa qalmısan və onların qarşısında müdafiəsizsən. Tutunmağa sanki bir budaq, bir əl axtarırsan, çapalayırsan, lakin alınmır.

Əsas olan budur: “İntihar qüvvələri” – fikirləri ilə mübarizə apara biləcəksənmi?

Bax, insanı məhv etməyə çalışan bu fövqəlgücə sahib baryeri keçə bildinsə, artıq öz üzərində tam hakimiyyətə maliksən. O bir anlıq hissin sənin üzərində hökmranlıq etməsinə icazə vermə! Əlində olanlardan zövq almağı bacar. Axı sənin canın təkcə sənə aid deyil. O, həm də bütöv bir ailənin, nəslin gələcəyidir.

İnsan orqanizmi elə bir mexanizmdir ki, onun sükanı da, sürəti də daim fərdin öz əlindən olmalıdır. İstər məişət proseslərində, istərsə də həyati əhəmiyyətli məsələlərdə.

Bir şeyi unutmayaq: intihar etmək sənin əlindədirsə, yaşamı, yaşamağı seçmək ikiqat sənin əlindədir. Həyat sənə heç vaxt intihar yolunu təklif etmir, sən özün bu zərəli yolu yaradırsan. Və itirirsən... Yaşayacağın gözəl günləri, anları, doğmalarını, sevincləri, xatirələri...

Yaşamaq bizdən öz üzərimizdə hakimiyyət qurmağı tələb edir. Çalışaq öz üzərimizdə hakimiyyəti itirməyək.
dle 10.5
Xəbər
Çindən Trampa sərt cavab: Şantaja dözməyəcəyikBolton: ABŞ-ın müqaviləni tərk etməsi…Türkiyədə şiddətli atışma: şəhid və yaralılar vaKraldan Qaşıqçı açıqlaması: Kim olur olsun…TV-lərə qarşı kampaniya başladı – Ekspertlərin cavabıDəhşətli qatar qəzası belə baş verdi - VideoƏrdoğandan Qaşıqçının qətli ilə bağlı şok açıqlama - VideoPaşinyan vaxt istədi: Qarabağla bağlı qərar veriləcəkABŞ dəhşətli silahını Türkiyəyə gətirirQaşıqçının cəsədi tapıldı – TəciliTramp ağır zərbəyə hazırlaşır: Rusiya dözməyəcək - YavlinskiABŞ raketlərini Qafqaza yerləşdirə bilər? – SensasiyaBakı metrosunda faciəBakıda daha bir avtobus qəzası: ölən varƏr-Riyad Qaşıqçının ölümünü bu cür elan edəcək: Türkiyə isə...“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi34 yaşlı gəncin öldüyü klinikadan – AçıqlamaABŞ Pompeodan öncə Türkiyəyə onu göndərdiPaşinyan bu gün istefaya gedəcəkİrəvan qatil generalı həbsdə saxladıDolların bugünkü məzənnəsiİspaniya evdə İngiltərəyə təslim olduYuxularınız sizin haqqınızda bunları deyirTürk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..ABŞ başlıca təhlükəni açıqladıFransanın İrəvana atdığı “xilas kəməri”... – ŞərhSəudiyyədə növbəti inqilabi qərar: Qadına yüksək vəzifəHindistandan müsəlmanlara qarşı şok qərarAğrıyan yerinizə xına çəkin - Bilinməyən faydalarABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıqErmənilər Qafqazda “İkinci Qarabağ” yaradır – ŞərhOrdu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərəRusiyadan Qarabağ açıqlaması: Ehtiyatsız bəyanatlar...Rusiyada vertolyot qəzası: Karapetyan öldüMer məşhur məmuru işdən çıxartdı: həbs oluna bilər?NATO-dan sərt açıqlama: Rusiya bunu dayandırmalıdır!İndoneziyada ölü sayı hər keçən gün artır - 1558 nəfər"Qarabağ" "Arsenal"a uduzdu - Böyük hesabla“Palmali” bu gəmini suya buraxdı: Ancaq azərbaycanlılar…Çavuşoğlu BMT diplomatı ilə Suriyanı müzakirə etdiBeyin hüceyrələrini məhv edən səbəblər...“Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - FotoABŞ bizə "üçüncü əllə" hücum edir - RusiyaRus nazir təsdiqlədi: Türkiyə ilə ticarətdə dollardan imtina...Alman nəşrindən inanılmaz: Rusiya Belarusa qoşun yeridə bilərDünyanın gözlədiyi əməliyyat başladı: Rusiya zərbə endirdiTrampdan Moskva və Tehrana çağırışSanksiyalar İrəvanı da vurdu – Boş hay-küyRusiyadan Türkiyəyə jest: Dollar istifadəsi…Bu ölkədə nazirin olduğu lift şaxtaya düşdü