» » Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada..

Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada..

22-02-2018, 09:41
Yerləşdirdi: Admin
Çıxartmaq
Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada..
Fevralın 22-də Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçiriləcək. Kitabın müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır.

Təqdimat Sarayevo Beynəlxalq Universitetində baş tutacaq. Tədbirdə ayrı-ayrı ölkələrin Sarayevodakı diplomatik nümayəndəlikləri, elm adamları, ictimai xadimlər iştirak edəcəklər. Azərbaycandan gedən nümayəndə heyətinin rəhbəri Milli Məclisin deputatı, Azərbaycan-Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadədir. Nümayəndə heyətinə həmçinin, kitabın müəllifi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, İctimai televiziyanın əməkdaşı Bəxtiyar Səlimov, Xocalıda hər iki valideynini itirmiş gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova da daxildir.

1000 nüsxə tirajla çap olunan kitab boşnak dilinə tərcümə olunub. Tədbir Azərbaycanın Bosniya- Hersoqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir. Kitab bundan qabaq türk, ingilis, alman, ukrayna, rus dillərinə tərcümə edilib. Daha sonra gürcü və başqa dillərə tərcümə olunacağı gözlənilir.

Qeyd edək ki, “Böyüməyən uşaqlar” kitabında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs olunur. Nəşrin son səhifələrində Xocalı soyqırımının nəinki xalqımıza, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu əks etdirən ağ-qara şəkillər yer alıb. “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunub.

“Böyüməyən uşaqlar”la bağlı layihənin məsləhətçisi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir...

Xatırladaq ki, bu il “Xocalıya Ədalət” kampaniyasının 10 ili tamam olur. Kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
dle 10.5
Xəbər
Bakı metrosunda faciəBakıda daha bir avtobus qəzası: ölən varƏr-Riyad Qaşıqçının ölümünü bu cür elan edəcək: Türkiyə isə...“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi34 yaşlı gəncin öldüyü klinikadan – AçıqlamaABŞ Pompeodan öncə Türkiyəyə onu göndərdiPaşinyan bu gün istefaya gedəcəkİrəvan qatil generalı həbsdə saxladıDolların bugünkü məzənnəsiİspaniya evdə İngiltərəyə təslim olduYuxularınız sizin haqqınızda bunları deyirTürk kəşfiyyatından inanılmaz: Terrorçularla tarixi razılaşma..ABŞ başlıca təhlükəni açıqladıFransanın İrəvana atdığı “xilas kəməri”... – ŞərhSəudiyyədə növbəti inqilabi qərar: Qadına yüksək vəzifəHindistandan müsəlmanlara qarşı şok qərarAğrıyan yerinizə xına çəkin - Bilinməyən faydalarABŞ-dan Türkiyəyə dəstək: müttəfiqimizin yanındayıqErmənilər Qafqazda “İkinci Qarabağ” yaradır – ŞərhOrdu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərəRusiyadan Qarabağ açıqlaması: Ehtiyatsız bəyanatlar...Rusiyada vertolyot qəzası: Karapetyan öldüMer məşhur məmuru işdən çıxartdı: həbs oluna bilər?NATO-dan sərt açıqlama: Rusiya bunu dayandırmalıdır!İndoneziyada ölü sayı hər keçən gün artır - 1558 nəfər"Qarabağ" "Arsenal"a uduzdu - Böyük hesabla“Palmali” bu gəmini suya buraxdı: Ancaq azərbaycanlılar…Çavuşoğlu BMT diplomatı ilə Suriyanı müzakirə etdiBeyin hüceyrələrini məhv edən səbəblər...“Bakı Bus”un qapısı qırıldı: sərnişinlər etiraz etdi - FotoABŞ bizə "üçüncü əllə" hücum edir - RusiyaRus nazir təsdiqlədi: Türkiyə ilə ticarətdə dollardan imtina...Alman nəşrindən inanılmaz: Rusiya Belarusa qoşun yeridə bilərDünyanın gözlədiyi əməliyyat başladı: Rusiya zərbə endirdiTrampdan Moskva və Tehrana çağırışSanksiyalar İrəvanı da vurdu – Boş hay-küyRusiyadan Türkiyəyə jest: Dollar istifadəsi…Bu ölkədə nazirin olduğu lift şaxtaya düşdüRamil Quliyev Avropada ayın ən yaxşısı ola bilərSəhər acqarnına su içməyin 7 faydası“Qayıdış marşı”nda ölənlərin sayı 160-a çatdıLavrovdan Pompeoya: Bircə dəlil də təqdim etmədinizStress və depressiyanı müalicə edən ən yaxşı üsulRuhanidən Ərdoğana: Trampı peşman edəcəyikTrampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdıNaxçıvandan “savaş başladan” ermənidən yeni addım - Videoİrana daha bir zərbə: Dollardan imtinaƏlimizdə ciddi faktlar var, Köçəryan bu gün…Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaqQəzzadan Netanyahuya ciddi zərbə: Kabus başlayıb...