» » İrəvanda məxfi razılaşmalar: Aprel üsyanı və..

İrəvanda məxfi razılaşmalar: Aprel üsyanı və..

29-03-2018, 08:54
Yerləşdirdi: Admin
Çıxartmaq
İrəvanda məxfi razılaşmalar: Aprel üsyanı və..
Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir. Bu gün bizdə qanuni hökumət və prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın “Birinci informasiya” xəbər saytının müxbiri ilə söhbətində Avropanın Erməni İttifaqlarının Forumunun sədri Aşot Qriqoryan bildirib.

Onun sözlərinə görə, ölkədə rus və qərbmeylli qüvvələr arasında çox ciddi toqquşma var. Qriqoryan qeyd edir ki, toqquşmanın əsas səbəbi ondan ibarətdir ki, “ölkənin prezidenti adlandırılan şəxs” daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib.

“Anqlosakslar Ermənistana öz nümayəndəsini (Ermənistanın yeni prezidenti seçilən Armen Sərkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri olub – red.) göndərdilər və bizim daxili həyatımıza yalnız Birləşmiş Ştatlar deyil, həm də Böyük Britaniya qarışmağa başladı. Baş nazir Karen Karapetyan Moskvanı təmsil edir. Ermənistanın daxili siyasi həyatının zirvəsində oturan insanlar çıxış yollarını görə bilmir. Əgər belə davam edəcəksə, bizim gələcəyimiz çox təhlükəlidir. Parlamentdə baş verənlərdə böyük təhlükələri görürəm. Dəqiqdir ki, Karen Karapetyan vəziyyətdən çıxa bilməyəcək, amma problem Karen Karapetyan deyil, hədəfi yalnız baş nazir postu olan Serj Sərkisyandır. Bu hədəfin yalnız bir izahı var: ona baş nazir olmaq imkanlarını, özü və ailəsini xilas etmək üçün lazımdır. Bütün dünyanın erməni cəmiyyəti bu haqda qəzəblə danışır. Serj Sərkisyan öz sözünün sahibi olardısa, bu qəzəb və gərginlik bir qədər yumşala bilərdi”, - o bildirib.

Aşot Qriqoryan qeyd edir ki, hakimiyyət daxilində çox ciddi mübarizə gedir. O, Ermənistanın ətrafında qərbyönümlü güclərlə deyil, qərbyönümlü güclər arasında mübarizənin getdiyini bildirib.

Forumun rəhbəri Ermənistanda anti-rus əhval-ruhiyyələrin heç vaxt belə səviyyədə olmadığını vurğulayıb: “Bu gün hətta Rusiya və rusiyayönlü xadimlərə qarşı bizim siyasətçilərimizin analizi məntiqsizlik həddinə çatır. Mütləq razılıq yoxdur və əgər belə davam edəcəksə, ciddi üsyanlar mümkündür”.

Erməni müxalif, siyasi məhbus Jirayr Sefilyanın çağırışı ilə forlamalaşdırılmış “Vətəndaş müqaviləsi” cəbhəsinin Serj Sərkisyanın baş nazir olmasına imkan verməyəcəyi barədə bəyantına gəlincə, onun sözlərinə görə, bu güclər böyük işlər görmək vəziyyətində deyillər. Amma, Aşot Qriqoryan qeyd edir ki, ölkənin daxilində partlayış təhlükəsi olan vəziyyətə əsaslanaraq, hamını öz çətiri altına toplaya biləcək üçüncü gücün ortaya çıxacağını əminliklə söyləmək olar.

“Ola bilər, Sərkisyan baş nazir olmaq niyyətindən imtina edəcək. Amma bu hansı güclər olacaq? Təəssüf ki, bu, xarici güclər olacaq. Ermənistan xarici güclər üçün şəxsi maraqlarının reallaşdırması üçün səhnə olub. Düşünürəm ki, indi məxfi razılaşmalar var və bütün tərəflər toqquşmalar nəticəsində Ermənistanda qələbəyə hazırlaşır. Mən dərindən əminəm ki, baş nazir seçkilərində böyük toqquşmalar baş verəcək”.

Qeyd edək ki, Ermənistanın yeni prezidenti aprelin 9-da səlahiyyətlərin icrasına başlayacaq. Həmin gün hökumət istefaya gedəcək və hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti başa çatacaq.

Serj Sarkisyan və Karen Karapetyan yeni baş nazir postuna əsas namizədlər hesab edilir.
dle 10.5
Xəbər
Əsəddən Trampın Suriya hücumuna - İlk reaksiyaABŞ Suriyanı İncirlikdən vurdu? – AçıqlamaSuriyaya zərbə ilə bağlı Türkiyədən dünyaya çağırış Tramp Putinin imicini darmadağın etdiSuriya itkilərini açıqladı – VideoYıldırımdan Suriya açıqlaması: Doğrudur, amma azdır...Suriyaya hücumu izlədim: məsuliyyət daşıyırıq - QuterreşSuriyada vurulan ərazilər: hücum hədəfinə niyə çatmadı? – XəritəDünya birjalarında neftin qiymətiİspaniyalılar “Qarabağ”dan "qaçır"Mərkəzi Bankdan 350 milyonluq hərrac...Bu səhifələr gənclərin əxlaqını pozur – XəbərdarlıqElm sübut etdi: Tənbəllik yüksək şüurun əlamətidirRusiyadan Skripalla bağlı bəyanat: Kəşfiyyat edib...Biz hazırıq: Putinlə Trampın razılaşdığı kimi... - KremlRusiyaya qarşı çoxistiqamətli savaş: Putin təslim olmur...Xərçəngi öldürən giləmeyvəQarabağ müharibəsinə hazır olmalıyıq - GerasimovŞoyqu açıqladı: Rusiya ilk dəfə Şimali Amerikaya...Vəliəhddən sensasiya: ABŞ-ın istəyi ilə vəhhabiliyi yaydıqİrəvanda məxfi razılaşmalar: Aprel üsyanı və..Özümüzü aldatmayaq, hər şey əla deyil - ƏrdoğanTürk ordusu Tel-Rıfatı necə azad etdi? - Rusiya dəstəyiPutin Medvedyevə tapşırıq verdi: Hər şeyi edin!İrəvan rəsmən bəyan etdi: Sərkisyanın yeni vəzifəsi...Moskvada banka hücum: 100 min oğurlandıTürkiyədə tələbələr arasında kütləvi zəhərlənmə..Dollar bu gün neçəyədir? - MəzənnəƏhali ayağa qalxdı: Türk ordusu bura da girsin - FotoSkripalın Putinə məktubu - Detallar açıqlandıƏrdoğan Əsədə "qatil" deməsin, çünki... - Skandal açıqlamaPKK-dan Türkiyəyə qarşı hiylə: Sincar oyunu...İtkin düşən Türkiyə əsgərlərinin cəsədi tapıldıUkraynada 17 terror aktının qarşısı alındı - Poroşenkoİngilis səfir XİN-ə gəlmir... – PeskovQızıl nə qədər bahalaşıb?Bakı nefti bahalaşdıAllergik rinitin yaranma səbəbi nədir?Qoz-fındıq yeməkdən qorxmayın – KardioloqLerikdə ağır qəza: ölən və yaralananlar varİran səfirliyinə hücum: Bayraq endirildiAbşeronda polis mayorunu maşın vurduƏsəd Türkiyəni vursa, ABŞ nə edəcək? – Noyert susdu...Türk lider 18 ildən sonra bu ölkəyə getdi – Yeni gəlişməABŞ-la müharibə deyil, müqavilə istəyirik - Merkelİrəvan çalxalanır: Sərkisyanın çirkli biznesi ortaya çıxdı – FotoGecə növbəsində işləyən kişilərə bəd xəbərOğlan uşaqlarının saçını uzatmayın - XəbərdarlıqPYD lideri Rusiyanı satdı: Moskva vasitəçilik edir...Putin özünü Allahın müavini sayır - Qorbaçov