» » Bu səhifələr gənclərin əxlaqını pozur – Xəbərdarlıq

Bu səhifələr gənclərin əxlaqını pozur – Xəbərdarlıq

14-04-2018, 17:17
Yerləşdirdi: Admin
Çıxartmaq
Bu səhifələr gənclərin əxlaqını pozur – Xəbərdarlıq
Son illər sosial şəbəkələrdə fenomenə çevrilən vaynerlərin hazırladığı videolar müzakirələrə səbəb olur. Onların toxunduğu mövzular bəzən istifadəçilər tərəfindən maraqla qarşılansa da, əksər hallarda seçdikləri üslublar cəmiyyəti yanlış yönləndirmək baxımından narahatlıq doğurur. Buna misal olaraq, vaynerlərin müxtəlif zərərli vərdişləri təbliğ edən videolar çəkməsini göstərmək olar. Bunların arasında içki, siqaret, qəlyan, içkili halda maşın sürmək və s. formasında hərəkətləri əks etdirən videolar var. Belə səhifələrin izləyicilərinin isə əksəriyyəti azyaşlı uşaqlar, yeniyetmələr və gənclərdir. Bu cür videoların cəmiyyətə, yeniyetmələrə, azyaşlılara necə mənfi təsirləri ola bilər?

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov bildirib ki, bu hallar uşaqların psixologiyasına çox pis təsir edir:

“Məsələ burasındadır ki, bu tək Azərbaycanla bağlı deyil. Hazırda bütün dünyada bu proses gedir. Belə insanlara qoşulan, onları dəstəkləyən, onları təqlid edən yeniyetmə və gənclərimizin sayı kifayət qədər çoxdur. Elə bir qlobal dünyada yaşayırıq ki, bunun qarşısını almaq üçün konkret olaraq hər hansı bir inzibati tədbirin görülməsi qeyri-mümkündür. Ona görə də məsələ sırf ona bağlıdır ki, bu kimi halların təsirinə yeniyetmələr düşməsin. Bunun mənfi fəsadları olur. Burada ən mühüm məqam ondan ibarətdir ki, hazırda cəmiyyətdə insanın insandan uzaqlaşması prosesi gedir. Bu baş verdikdə isə dəyərlər arxa planda qalır”.

Psixoloqun sözlərinə görə, hazırda yeniyetmələr arasında “cool”, fərqli görünmək istiqamətində müəyyən təbliğat işləri gedir:

“Amma unutmamalıyıq ki, bu bizdən başlamayıb. Bizə qədər var idi və indi bizə də gəlib çatıb. Tutaq ki, illər əvvəl bu cür şeylərin gəlib bizə çatması üçün 3-5 il lazım idisə, hazırda bu müddət saniyələrlə ölçülür. Çünki biz informasiya əsrində yaşayırıq. Ancaq gənclərimizi təhsilə, elmə yönəltməklə müəyyən qədər bu şeylərdən uzaq saxlamaq olar”.

Psixoloq vurğulayıb ki, cəmiyyətdə belə mənfi halları yalnız vaynerlər təbliğ etmir:

“Sosial şəbəkələrin özündə müəyyən yeniyetmələr qrupu, onların yaratdığı müxtəlif səhifələr var ki, azyaşlıları, yeniyetmələri, gəncləri ora cəlb etməyə çalışırlar. Bunun üçün bu cür səhifələrin geniş təbliğat işləri aparılır. Bu cür hallar bəzən valideyn-övlad arasında problemlərin yaranmasına səbəb olur. Əgər diqqət yetirsəniz, yeniyetmə gənclər arasında intihar halları da məhz informasiya əsrinə qədəm qoyduqdan sonra artmağa başladı”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə qeyd edib ki, istər KİV-də, istər çap vasitəsində, istərsə də sosial şəbəkədə yayılması qadağan olunan vasitələrin təbliği yolverilməzdir:

“Azərbaycan Respublikasının qanunvericiliyinə görə, KİV və internet eyniləşdirilib. Yəni KİV-lə bağlı olan qanunvericilik internetə, o cümlədən sosial mediaya da şamil olunur. Əgər belə xoşagəlməz faktlar varsa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bununla bağlı tədbir görməlidir. Yəni bu qurumun səlahiyyəti çatır ki, bu istiqamətdə işlər görsün”.

O.Gündüzün sözlərinə görə, bu gün ölkəmizdə vayn çəkən şəxsləri əsas maraqlandıran populyarlıqdır:

“Çünki belə olduqda onlara reklam verənlərin sayı da çox olur. Bu şəxslərin gəlirləri reklamlar vasitəsi ilə təmin olunur. Amma onlar bu populyarlığı aşağı səviyyəli informasiya yaymaqla qazanırlarsa, bu, yolverilməzdir”.

O.Gündüz bildirib ki, ölkəmizdə uşaqlar, gənclər üçün faydalı kanalların, səhifələrin yaradılması istiqamətində stimullaşdırma işlərinin görülməsinə ehtiyac var:

“Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi yeniyetmələrə, azyaşlılara, gənclərə faydası olan səhifələr, sosial çarxlar yaradılmasına yardımçı olmalıdır. Çünki bu cür səhifələrin sosial media resurslarında inkişaf etdirilməsinə aidiyyəti qurumlar tərəfindən dəstək verilməsinə ehtiyac var”.
dle 10.5
Xəbər
Əsəddən Trampın Suriya hücumuna - İlk reaksiyaABŞ Suriyanı İncirlikdən vurdu? – AçıqlamaSuriyaya zərbə ilə bağlı Türkiyədən dünyaya çağırış Tramp Putinin imicini darmadağın etdiSuriya itkilərini açıqladı – VideoYıldırımdan Suriya açıqlaması: Doğrudur, amma azdır...Suriyaya hücumu izlədim: məsuliyyət daşıyırıq - QuterreşSuriyada vurulan ərazilər: hücum hədəfinə niyə çatmadı? – XəritəDünya birjalarında neftin qiymətiİspaniyalılar “Qarabağ”dan "qaçır"Mərkəzi Bankdan 350 milyonluq hərrac...Bu səhifələr gənclərin əxlaqını pozur – XəbərdarlıqElm sübut etdi: Tənbəllik yüksək şüurun əlamətidirRusiyadan Skripalla bağlı bəyanat: Kəşfiyyat edib...Biz hazırıq: Putinlə Trampın razılaşdığı kimi... - KremlRusiyaya qarşı çoxistiqamətli savaş: Putin təslim olmur...Xərçəngi öldürən giləmeyvəQarabağ müharibəsinə hazır olmalıyıq - GerasimovŞoyqu açıqladı: Rusiya ilk dəfə Şimali Amerikaya...Vəliəhddən sensasiya: ABŞ-ın istəyi ilə vəhhabiliyi yaydıqİrəvanda məxfi razılaşmalar: Aprel üsyanı və..Özümüzü aldatmayaq, hər şey əla deyil - ƏrdoğanTürk ordusu Tel-Rıfatı necə azad etdi? - Rusiya dəstəyiPutin Medvedyevə tapşırıq verdi: Hər şeyi edin!İrəvan rəsmən bəyan etdi: Sərkisyanın yeni vəzifəsi...Moskvada banka hücum: 100 min oğurlandıTürkiyədə tələbələr arasında kütləvi zəhərlənmə..Dollar bu gün neçəyədir? - MəzənnəƏhali ayağa qalxdı: Türk ordusu bura da girsin - FotoSkripalın Putinə məktubu - Detallar açıqlandıƏrdoğan Əsədə "qatil" deməsin, çünki... - Skandal açıqlamaPKK-dan Türkiyəyə qarşı hiylə: Sincar oyunu...İtkin düşən Türkiyə əsgərlərinin cəsədi tapıldıUkraynada 17 terror aktının qarşısı alındı - Poroşenkoİngilis səfir XİN-ə gəlmir... – PeskovQızıl nə qədər bahalaşıb?Bakı nefti bahalaşdıAllergik rinitin yaranma səbəbi nədir?Qoz-fındıq yeməkdən qorxmayın – KardioloqLerikdə ağır qəza: ölən və yaralananlar varİran səfirliyinə hücum: Bayraq endirildiAbşeronda polis mayorunu maşın vurduƏsəd Türkiyəni vursa, ABŞ nə edəcək? – Noyert susdu...Türk lider 18 ildən sonra bu ölkəyə getdi – Yeni gəlişməABŞ-la müharibə deyil, müqavilə istəyirik - Merkelİrəvan çalxalanır: Sərkisyanın çirkli biznesi ortaya çıxdı – FotoGecə növbəsində işləyən kişilərə bəd xəbərOğlan uşaqlarının saçını uzatmayın - XəbərdarlıqPYD lideri Rusiyanı satdı: Moskva vasitəçilik edir...Putin özünü Allahın müavini sayır - Qorbaçov