» » İrəvanda siyasi parçalanma: nələr baş verir? – Şok gəlişmə

İrəvanda siyasi parçalanma: nələr baş verir? – Şok gəlişmə

25-04-2018, 08:44
Yerləşdirdi: Admin
Çıxartmaq
İrəvanda siyasi parçalanma: nələr baş verir? – Şok gəlişmə
Serj Sərkisyanın istefaya getməsindən sonra Ermənistanda müvəqqəti hakimiyyət formalaşdırılacaq.

İrəvandakı etirazların lideri olan Nikol Paşinyan aprelin 25-də buna görə Ermənistan Baş nazirinin müavini Karen Karapetyanla görüşəcək. “Mariot” oteldə keçiriləcək görüş 11:00-da baş tutacaq.

Paşinyan dünənki mitinqdə artıq hakimiyyətdən nələr istəyəcəyini bəyan edib. O, parlametin əvvəlcə baş nazir seçərək müvəqqəti hökumət formalaşdırması gərəkdiyini, daha sonra isə qısa zaman çərçivəsində növbədənkənar parlament seçkisi keçirilməsi lazım olduğunu bəyan edib.

Hələlik hökumətdən Paşinyanın açıqlamalarına reaksiya verilməyib. Erməni ekspertlər isə artıq hakim Respublika Partiyası üçün arzulanmaz şəraitin yarandığını bildiriblər. Buna səbəb kimi isə erməni iş adamı və parlamentdəki ikinci ən böyük fraksiya olan Çarukyan Blokunun rəhbəri Qaqik Çarukyanın Serj Sərkisyanın istefasından öncə yaydığı bəyanat göstərilib. Ekspertlər Çarukyan Blokunun növbəti seçkidə Respublika Partiyasından imtina edəcəyi və bir namizədə dəstək verəcəyini proqnozlaşdırır.

“Qraparak” qəzeti Respublika Partiyası ilə bağlı önəmli məlumat yayıb. Qəzet partiyanın daxilində parçalanmaların artıq başladığını deyib. Bu parçalanmaların hətta partiyanı məhvə aparacağı da vurğulanıb.

Sərkisyanın istefasından sonra yaranan daha bir maraqlı məqam Paşinyanın qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyana neytrallığını qoruduğuna təşəkkür etməsi olub. Bununla bərabər Saakyanın Sərkisyanın istefasından öncə İrəvanda olması və Qarabağ klanının üzvü ola-ola Sərkisyana dəstək verməməsi bəzi ekspertlərdə çaşqınlıq yaradıb. Üstəlik, Saakyan Ermənistanda təkcə Robert Köçəryanla görüşməyib, onun həm də Ermənistanın digər eks-prezidenti Levon Ter-Petrosyanla da görüşü olub.

Qeyd edək ki, dünən Ermənistan Baş naziri Serj Sərkisyan 11 günlük etiraz aksiyaları nəticəsində istefaya gedib. Nəticədə hakimiyyətə Baş nazirin birinci müavini Karen Karapetyana verilib.

Ölkədə başlayan etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan isə Sərkisyanın istefasını xalqın qələbəsi adlandırıb. O, Ermənistanda məxməri inqilabın həyata keçirildiyini bildirsə də, ölkənin hansı xarici siyasət kursu götürəcəyini açıqlamayıb.
dle 10.5
Xəbər
Ruhani Ankarada: Kritik zirvə başladıTramp nöqtə qoydu: Şərtsiz görüş olmayacaq!İran Britaniya tankerini buraxacağını açıqladıPutini gizli “Siyasi Büro” idarə edir? - ÇemezovRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıDollar bu gün neçəyədir?Turşu məhsullarını hansı halda yemək olmaz? - VideoÖzbəkistanın bu qərarı... - Bakı alqışladıMənsimovun “vurulan” gəmisi delfinlərlə yarışır - Videoİslam aləmi bu ölkəyə qarşı birləşdi - Bəyanatİndoneziyalılar “Torqovı”da belə rəqs etdi – VideoRusiya açıqladı: neft erasının sonu başladı - AnalizÇavuşoğludan nazirə: Yaxşı uşaqsan, həddini aşma!Bərzani soyqırımla bağlı qanunu təsdiqlədiOrdumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video“Təqsirkar hədəfdədir, silahlarımız hazırdır” - ABŞ PrezidentiTürk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəbƏrdoğan Trampla "Patriot" məsələsində anlaşır? - İsrail nəşrindən şok iddiaİrana hücum üçün bu ölkədən cavab gözləyirlər - Trampdan DƏHŞƏTLİ MÜHARİBƏ ANONSUBakıda yol polisləri dəhşətli qəzaya düşdü – VideoRusiya S-500-lərin istehsal ediləcəyi tarixi açıqladıRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıTramp söz verdi: Cavab zərbəsi...Toy zalında partlayış: yaralılar varİsrailə 3 raket atıldıABŞ-a məxsus PUA Rusiya sərhədindəFHN batmaqda olan 3 nəfəri xilas etdiRusiyada ağır qəza: Avtobus divara çırpıldıUkraynada dəhşətli yanğın: 9 nəfər öldüAsfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübəHusilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıqOktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert"Qəbələ" öz meydanında "Sumqayıt"a məğlub olduDolların bugünkü məzənnəsiOnkoloji xəstəliklərlə “vuruşan” ərzaqların - SiyahısıYanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsullarıMəğlubiyyətdə özümü günahlandırıram - BordinDavada oğul səhvən atasına atəş açdı - TəfərrüatQol buraxmayan komandanı yendik - AbuksisMarkov: Dağlıq Qarabağ Azərbaycanındır - VideoVilayət Eyvazov rəisi işdən çıxardıİsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - QərarEtirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - VideoAxşam yeməyi zamanı buna diqqət edinTapılan bomba Putinin işinə təsir etməyib - PeskovBakı Metropoliteninin səlahiyyətləri artırıldıPaşinyan əlindən gələni edir ki, Putin... - BədəlyanHəbsxanada yanğın: 3 nəfər öldüİran-Azərbaycan əlaqələri qardaşlığa əsaslanır - VaeziNəzarət xəttində atışma: azı 8 hərbçi öldü