» » Rüstəm İbrahimbəyov bütün bunları bilmirdimi? - Deputat

Rüstəm İbrahimbəyov bütün bunları bilmirdimi? - Deputat

23-05-2018, 21:35
Yerləşdirdi: Admin
Çıxartmaq
Rüstəm İbrahimbəyov bütün bunları bilmirdimi? - Deputat
2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun tarixi saxtalaşdırmaq, Azərbaycan xalqı haqqında dünya ictimaiyyətində yalnış fikir formalaşdırmaq cəhdidir. Dəfələrlə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə qarşı “yaradıcılıq” adı altında hücumlar etmiş Rüstəm İbrahimbəyovun əməlləri Azərbaycan xalqına nifrətinin göstəricisidir.

Kult.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycan xalqı daim vətənpərvər, sülhsevər və mehriban xalq kimi tanınıb. Lakin ermənilər Cənubi Qafqaza köçürüləndən bu günə qədər türklərə, müsəlmanlara, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirib, torpaqlarımıza iddia edib, hətta, ərazilərimizi işğal ediblər. “Hərçənd, Rüstəm İbrahimbəyov bilməmiş olmaz ki, Azərbaycanın tarixi torpaqlarında özünə yer etmiş ermənilər XX əsr boyunca 2 milyondan çox azərbaycanlını soyqırımına, 1 milyondan çox soydaşımızı deportasiyaya məruz qoyub, tarixi yaşayış məskənlərindən didərgin salıb. Məgər, Rüstəm İbrahimbəyov bu filmi çəkərkən ermənilərin Ağdabanda, Xocalıda törətdiyi soyqırımıları da bilmirdimi? Yaxud, Bakıda, Sumqayıtda, Qubada, Şamaxıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Qarabağda demək olar ki, Azərbaycanın bütün bölgələrində ermənilərin qanlı əlinin izlərinin olması haqqında bilgisi yoxdurmu? Əlbəttə ki, var. Sadəcə olaraq görünür erməni lobbisinin maliyyəsi, hədiyyələri Rüstəm İbrahimbəyov üçün milli-mənəvi dəyərlərdən, tarixi-milli mentalitetimizdən daha vacibdir, üstündür”,- deyə Milli Məclisin deputatı vurğulayıb.

“Filmdə rejissorun azərbaycanlıları qəddar, erməniləri isə məzlum göstərmək cəhdi çox incə bir məqamdan xəbər verir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Rüstəm İbrahimbəyovun bu filmi illərdir ermənilərin dünyada özləri haqqında məzlum obrazı yaratmaq siyasətinə bir dəstəkdir. Özünü azərbaycanlı kimi təqdim edən, əslində isə erməniləmiş Rüstəm İbrahimbəyov bu filmi ilə erməni lobbisinə, dünya erməniliyinə hədiyyə vermiş olub. Əkrəm Naibov kimi Rüstəm İbrahimbəyov da Azərbaycan xalqına, Azərbaycan dövlətinə xəyanət edib. Bu məqamda 2013-cü ildə Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd kimi görən Milli Şuradakılar, xüsusilə də, Cəmil Həsənli, Əli Kərimli kimi anti-milli ünsürlərin də erməni lobbisinin maraqlarına xidmət etdikləri sübut olunur. Bu cür reallıqların ortada olduğu bir zamanda bu anti-milli ünsürlər hansı üzlə insanların qarşısına çıxıb millilikdən, vətənpərvərlikdən danışa bilirlər? Düşünürəm ki, Rüstəm İbrahimbəyovun, Əli Kərimlinin, Cəmil Həsənlinin və digər anti-milli ünsürlərin cavabı ən azından Əkrəm Naibovun xəyanətinə verilən cavab qədər olmalıdır.
dle 10.5
Xəbər
Poroşenko Ərdoğandan yardım istədi: Onları azad edək...ABŞ-Çin iqtisadi savaşı: qalib kim olacaq? - EkspertBu ölkənin adı dəyişdirilir - AB-yə üzv olacaqQızdırmanı salmaq üçün bundan istifadə etməyin"Son zəng" üçün konkret vaxt qoyuldu - Video“Polonez”in gücü: “yandırılmış torpaq” taktikası... – PolkovnikF-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovduTrampla Kim Çenin imzaladığı sənədin detalları - VideoErmənistanın kabusu olan silahlar Ordumuzda - Video"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - VideoSəudiyyədən islam dünyasını şoka salan addım - FotoBakıda gənc qız gecə saat 4-də relslərin arasında... - VideoBakıda “ölüm maddəsi”: Bundan istifadə etməyinİrandan Kim Çenə xəbərdarlıq: Tramp geri dönən kimi...S-400-ləri anbara yığmaq üçün almırıq - ƏrdoğanNATO-dan Tramp-Kim Çen görüşünə münasibətABŞ PKK-ya qarşı üsyan edən kəndliləri bombaladı - VideoMəğlub edilən rəqibimiz: Azərbaycan problem yaşayırdı...Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkimBayram günləri hava necə olacaq? - AçıqlamaMərkəzi Bank yeni məzənnəni açıqladı“Rus NATO-su” toplandı: Belarus qatılmadıPaşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - BəyanatBu qurum nazirlikdən ayrıldı, 2 müavin təyin edildiRusiyadan oğurlanan 800 milyard haradadır? - PiontkovskiBu 3 ölkə hər an ABŞ-ı məhv edə bilər - İddiaPutin Rusiyanı bu ölkəyə icarəyə verir - ŞərhBu ölkədə “Maydan” başlayır: Rəsmilər qorxudaIII Dünya savaşı: Türkiyə üçün ən pis ssenariPaşinyan buna görə Moskvaya gedir - Təfərrüatİsraildən İrana yardım - Tarixi hadisəErməni yazarın müraciəti İrəvanı silkələdi: Qarabağ... - VideoAzərbaycan Rusiyadan “Terminator” alır? – KİVPutin nəhəngləri lağa qoydu: ŞƏT G7-dən güclüdürƏrdoğandan Avropaya xəbərdarlıq: Savaş...Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - FotoUkrayna kəşfiyyatı açıqladı: Əksəriyyət Rusiyanı istəyirYaşlı kişi dünya çempionatına traktorla gedirGüləşçimizdən Avropada böyük uğurBu məhsul xərçəngi məhv edir - VideoAğır xəstəlikləri müalicə edən – Möcüzəli reseptFHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcəkÇin qonşu ölkələri qorxudur - MettisF-35-lər Türkiyəyə verilir: Rəsmi dəvətİrəvan Moskvaya təsir edir: Tiflis sıxışdırılırƏrdoğan üçün ən ağır sınaq: iki cəbhədə mübarizə gedirGöyçayda sel körpünü dağıtdı - VideoPaşinyanın Rusiya əleyhinə siyasəti üzə çıxdı – ŞərhPutin şahzadənin yanında Kadırova: Pis işləyirsiniz - VideoSərkisyan Putini xəbərdar etdi: Paşinyanı devirin, yoxsa...