» » FHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcək

FHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcək

3-06-2018, 17:06
Yerləşdirdi: Admin
Çıxartmaq
FHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcək
Fövqəladə Hallar Nazirliyi və Azəravtoyol ASC-nin mütəxəssisləri Göyçay çayında gursululuğun artması nəticəsində qəzalı vəziyyətə düşən körpüyə ilkin baxış keçiriblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“01 və 02 iyun 2018-ci il tarixlərində Respublikanın bəzi dağlıq ərazilərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artmışdır. Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılmışdır.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və "Azəravtoyol" ASC-nin mütəxəssisləri körpüyə visual texniki baxış keçirmişlər. İlkin baxış zamanı müəyyən olunmuşdur ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaq üçün tikilən su tənzimləyici qurğu yuyularaq dağılmış, sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulmuşdur. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına səbəb olmuşdur.

Mütəxəssislərin fikrinə görə körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmamışdır. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilmişdir. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcək”, - məlumatda qeyd olunub.

Bildirilib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin, Azəravtoyol ASC-nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən çay üzərindən alternative körpünün salınması üçün təkliflər hazırlanır:

“Hələlik Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından istifadə etmək tövsiyə olunur”.
dle 10.5
Xəbər
Poroşenko Ərdoğandan yardım istədi: Onları azad edək...ABŞ-Çin iqtisadi savaşı: qalib kim olacaq? - EkspertBu ölkənin adı dəyişdirilir - AB-yə üzv olacaqQızdırmanı salmaq üçün bundan istifadə etməyin"Son zəng" üçün konkret vaxt qoyuldu - Video“Polonez”in gücü: “yandırılmış torpaq” taktikası... – PolkovnikF-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovduTrampla Kim Çenin imzaladığı sənədin detalları - VideoErmənistanın kabusu olan silahlar Ordumuzda - Video"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - VideoSəudiyyədən islam dünyasını şoka salan addım - FotoBakıda gənc qız gecə saat 4-də relslərin arasında... - VideoBakıda “ölüm maddəsi”: Bundan istifadə etməyinİrandan Kim Çenə xəbərdarlıq: Tramp geri dönən kimi...S-400-ləri anbara yığmaq üçün almırıq - ƏrdoğanNATO-dan Tramp-Kim Çen görüşünə münasibətABŞ PKK-ya qarşı üsyan edən kəndliləri bombaladı - VideoMəğlub edilən rəqibimiz: Azərbaycan problem yaşayırdı...Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkimBayram günləri hava necə olacaq? - AçıqlamaMərkəzi Bank yeni məzənnəni açıqladı“Rus NATO-su” toplandı: Belarus qatılmadıPaşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - BəyanatBu qurum nazirlikdən ayrıldı, 2 müavin təyin edildiRusiyadan oğurlanan 800 milyard haradadır? - PiontkovskiBu 3 ölkə hər an ABŞ-ı məhv edə bilər - İddiaPutin Rusiyanı bu ölkəyə icarəyə verir - ŞərhBu ölkədə “Maydan” başlayır: Rəsmilər qorxudaIII Dünya savaşı: Türkiyə üçün ən pis ssenariPaşinyan buna görə Moskvaya gedir - Təfərrüatİsraildən İrana yardım - Tarixi hadisəErməni yazarın müraciəti İrəvanı silkələdi: Qarabağ... - VideoAzərbaycan Rusiyadan “Terminator” alır? – KİVPutin nəhəngləri lağa qoydu: ŞƏT G7-dən güclüdürƏrdoğandan Avropaya xəbərdarlıq: Savaş...Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - FotoUkrayna kəşfiyyatı açıqladı: Əksəriyyət Rusiyanı istəyirYaşlı kişi dünya çempionatına traktorla gedirGüləşçimizdən Avropada böyük uğurBu məhsul xərçəngi məhv edir - VideoAğır xəstəlikləri müalicə edən – Möcüzəli reseptFHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcəkÇin qonşu ölkələri qorxudur - MettisF-35-lər Türkiyəyə verilir: Rəsmi dəvətİrəvan Moskvaya təsir edir: Tiflis sıxışdırılırƏrdoğan üçün ən ağır sınaq: iki cəbhədə mübarizə gedirGöyçayda sel körpünü dağıtdı - VideoPaşinyanın Rusiya əleyhinə siyasəti üzə çıxdı – ŞərhPutin şahzadənin yanında Kadırova: Pis işləyirsiniz - VideoSərkisyan Putini xəbərdar etdi: Paşinyanı devirin, yoxsa...