» » Paşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - Bəyanat

Paşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - Bəyanat

11-06-2018, 10:46
Yerləşdirdi: Admin
Çıxartmaq
Paşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - Bəyanat
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Ermənistanın baş naziri Nikol Paşinyanın 2018-ci il iyunun 7-də Ermənistan Respublikasının Milli Məclisində çıxışı ilə əlaqədar bəyanat verib.

Bəyanatda qeyd olunub ki, 2018-ci il iyunun 7-də Ermənistan Milli Məclisində hökumətin proqramını təqdim edərkən, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanda potensialın olmasına şübhə etdiyini bildirib.

“Xalqlarımız arasında ədalətli sülh və barışığın davamlı təmin olunması və dəstəklənməsi məqsədilə 2016-cı ildə Azərbaycan və erməni xalqlarının nümayəndələrinin təşəbbüsü ilə yaradılan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, təəssüflə qeyd edir ki, cənab baş nazirin bu sözləri xalqlarımız arasında düşmənçiliyin alovlanmasına səbəb ola və sülhməramlı potensialın inkişafına maneələr yarada bilər. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması fəaliyyəti dövründə münaqişə nəticəsində Azərbaycanı tərk etmiş onlarca erməni millətindən olan şəxslərə doğma və əziz yerlərini ziyarət etmək, qohumları və dostları ilə görüşmək imkanlarını yaradıb və yaratmaqdadır. Onların Azərbaycana səfərləri və sülh yolu ilə keçmiş əlaqələrini bərpa etmək istəyi, eləcədə Azərbaycan cəmiyyətində onlara göstərilmiş səmimi qarşılama xalqlarımızın sülhməramlı potensialının mövcudluğunun və bu tükənməz resursdan istifadə edilməsinin zəruriliyinin ən yüksək sübutudur.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının iki qonşu xalq arasında inamın bərpasına yönələn fəaliyyətləri müxtəlif ölkələrin vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar arasında geniş dəstək qazanıb. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu gün əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin, tərəflərin arasında gərginliyin azaldılmasının və qarşılıqlı etimad yaratma mexanizmlərinin inkişaf etdirilməsinin əsas təşəbbüskarıdır.

Biz baş nazir cənab Nikol Paşinyanın bəyanatlarının erməni xalqının sülhməramlı təşəbbüslərinə qarşı çıxmaq cəhdi olduğuna inanmaq istəmirik. Biz əminik ki, nə Azərbaycan, nə Ermənistan cəmiyyətlərində etnik və dini zəmində nifrət və düşmənçilik mövcud deyil. Və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun olaraq tezliklə sülh və ədalətlə həll olunmalıdır.

Ermənistanda siyasi proseslər və hökumətdəki dəyişikliklər müsbət yeniliklərə ümid verir. Həm ölkənin yeni rəhbərliyi, həm də Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı anlaşmaya nail olmaq, danışıqları bərpa etmək və Ermənistan və Azərbaycan arasında sülh və əmin-amanlığın bərqərar olmasına dair bütün səylərini səfərbər etməlidirlər”, - bəyanatda bildirilib.
dle 10.5
Xəbər
Poroşenko Ərdoğandan yardım istədi: Onları azad edək...ABŞ-Çin iqtisadi savaşı: qalib kim olacaq? - EkspertBu ölkənin adı dəyişdirilir - AB-yə üzv olacaqQızdırmanı salmaq üçün bundan istifadə etməyin"Son zəng" üçün konkret vaxt qoyuldu - Video“Polonez”in gücü: “yandırılmış torpaq” taktikası... – PolkovnikF-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovduTrampla Kim Çenin imzaladığı sənədin detalları - VideoErmənistanın kabusu olan silahlar Ordumuzda - Video"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - VideoSəudiyyədən islam dünyasını şoka salan addım - FotoBakıda gənc qız gecə saat 4-də relslərin arasında... - VideoBakıda “ölüm maddəsi”: Bundan istifadə etməyinİrandan Kim Çenə xəbərdarlıq: Tramp geri dönən kimi...S-400-ləri anbara yığmaq üçün almırıq - ƏrdoğanNATO-dan Tramp-Kim Çen görüşünə münasibətABŞ PKK-ya qarşı üsyan edən kəndliləri bombaladı - VideoMəğlub edilən rəqibimiz: Azərbaycan problem yaşayırdı...Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkimBayram günləri hava necə olacaq? - AçıqlamaMərkəzi Bank yeni məzənnəni açıqladı“Rus NATO-su” toplandı: Belarus qatılmadıPaşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - BəyanatBu qurum nazirlikdən ayrıldı, 2 müavin təyin edildiRusiyadan oğurlanan 800 milyard haradadır? - PiontkovskiBu 3 ölkə hər an ABŞ-ı məhv edə bilər - İddiaPutin Rusiyanı bu ölkəyə icarəyə verir - ŞərhBu ölkədə “Maydan” başlayır: Rəsmilər qorxudaIII Dünya savaşı: Türkiyə üçün ən pis ssenariPaşinyan buna görə Moskvaya gedir - Təfərrüatİsraildən İrana yardım - Tarixi hadisəErməni yazarın müraciəti İrəvanı silkələdi: Qarabağ... - VideoAzərbaycan Rusiyadan “Terminator” alır? – KİVPutin nəhəngləri lağa qoydu: ŞƏT G7-dən güclüdürƏrdoğandan Avropaya xəbərdarlıq: Savaş...Sinqapurda Kim Çenə xüsusi mühafizə: 20 motosiklet... - FotoUkrayna kəşfiyyatı açıqladı: Əksəriyyət Rusiyanı istəyirYaşlı kişi dünya çempionatına traktorla gedirGüləşçimizdən Avropada böyük uğurBu məhsul xərçəngi məhv edir - VideoAğır xəstəlikləri müalicə edən – Möcüzəli reseptFHN-dən uçan körpü ilə bağlı açıqlama: Qərar veriləcəkÇin qonşu ölkələri qorxudur - MettisF-35-lər Türkiyəyə verilir: Rəsmi dəvətİrəvan Moskvaya təsir edir: Tiflis sıxışdırılırƏrdoğan üçün ən ağır sınaq: iki cəbhədə mübarizə gedirGöyçayda sel körpünü dağıtdı - VideoPaşinyanın Rusiya əleyhinə siyasəti üzə çıxdı – ŞərhPutin şahzadənin yanında Kadırova: Pis işləyirsiniz - VideoSərkisyan Putini xəbərdar etdi: Paşinyanı devirin, yoxsa...