» » İranda inqilab hazırlığı: Şah təbliğat aparır – Türklər aldadılır?

İranda inqilab hazırlığı: Şah təbliğat aparır – Türklər aldadılır?

30-06-2018, 07:56
Yerləşdirdi: Admin
Çıxartmaq
İranda inqilab hazırlığı: Şah təbliğat aparır – Türklər aldadılır?
Son günlərdə İranda vəziyyət ağırlaşıb. Ölkədə iqtisadi böhran getdikcə dərinləşir və ölkənin xarici valyuta ehtiyatları kəskin şəkildə azalıb. Bir çox banklar iflasa uğrayıb və bir çoxu isə iflasın bir addımlığındadır. Tehran və digər böyük şəhərlərdə bazar işçiləri işə çıxmaqdan imtina ediblər, iş adamları isə dolların bahalaşmasından ciddi narazılıqlarını dilə gətirməyə başlayıblar.

ABŞ sanksiyalarından sonra başlayan durum iqtisadiyyatın demək olar ki, bütün sahələrində xaosa start verilməsi üçün zəmin hazırlamağa başlayıb. Hakimiyyətin valyutanın məzənnəsinə nəzarətlə bağlı bütün tədbirləri iflasa uğrayıb. Özünü sanksiyaların təsirindən sığortalamağı bacarmayan hökumət işsizliyin pik həddə çatmasına mane ola bilməyib.

ABŞ-ın bununla kifayətlənməyəcəyi şübhəsizdir. ABŞ İrana qarşı sanksiyalara Avropa Birliyini israrla cəlb etməyə çalışır. Son olaraq dünyaya, özəlliklə AB-yə BMT Təhlükəsizlik Şurasında müraciət edərək, İrana sanksiyalarda onu dəstəkləmələrini istəyib. Üstəlik, ABŞ beynəlxalq aləmdə İran probleminin Şimali Koreya ilə eyniləşdirilməsi prosesinə başlayıb.

Hər bir halda ABŞ-ın AB-ni İrana qarşı sanksiyalara qoşması Tehrana qarşı təzyiq məsələsində xüsusi önəm daşımağa başlayıb. Əgər Vaşinqton istəyinə çatsa, bu, Tehranda böyük xaosun başlanması üçün yaşıl işığın yandırılması demək olacaq.

Xaosa hazırlığın başlanması İrandakı mövcud rejimə qarşı olan qüvvələrin də fəallaşmasına səbəb olub. Bu istiqamətdə xüsusilə “şahçılar” fəallaşıblar. Müxtəlif qüvvələrdən maliyyə dəstəyi alan bu qrup Rza Pəhləvi lehinə təbliğatı artırıb. Son şahın varisi və adamlarının xüsusilə İran məsələsində aktivliyi sosial şəbəkələrdə sürətləndirilib. Qərbin əsas KİV orqanları Pəhləvilərin liderinin təbliğatını artırıb. Aktiv siyasi təbliğat, İran daxilində mövcud sosial, iqtisadi və siyasi narazılıq əhali arasında nə qədər qəribə görünsə də, şahın ideyaları ilə yaxınlaşmaq istəyənlərin sayının artmasına şərait yaradıb.

Rza Pəhləvinin təbliğatı xüsusilə İranda yenidənqurma işlərinə başlayacağına, xalqın rifahını təmin edəcəyinə, sosial təminatı gücləndirəcəyinə, etniklərin haqlarının qorunacağına yönəlib. İranın müxtəlif yerlərində yaşayan etnik qrupların problemlərini gözəl anlayan Pəhləvi xüsusilə onların haqlarının qorunması məsələsinə diqqət etməyə başlayıb. Hər bir halda geniş təbliğat imkanları olan şahın varisi etnik məsələni irançılıq amili üzərində qurmağa başlayıb. Şaha görə xalqların problemləri həll edilməli, amma istənilən halda fars dilinin hökmran olduğu mərkəzi hakimiyyət, o cümlədən dövlətin ərazi bütövlüyü qorunub saxlanılmalıdır.

Şah xüsusilə Azərbaycan türklərinin İranda uzun sürən hakimiyyət məsələsini nəzərə alaraq, irançılıq məsələsinə xüsusi diqqət yetirir. Belə ki, millətçi gənclərin mövqelərini türklərin idarə edəcəyi vahid İran fikrinə transformasiya etməyə çalışan Pəhləvi bununla ölkənin ən aparıcı etnik qrupunu öz yanından buraxmamağa çalışır. Əslində, şahın varisi İranın bütün rejimlərinin istifadə etdiyi siyasətdən yenidən yararlanmağa çalışır. Ölkənin əsas döyünən ürəyi olan Güney Azərbaycanı itirməyin nəyə gətirib çıxaracağını anlayan Pəhləvi bütün inqilablarda istifadə olunan metoddan istifadə edir.

Hadisələrin indiki vəziyyəti həm də İranın 1979-ci il inqilabından əvvəlki durumu xatırladır. Məhəmmədrza Pəhləvi uzun müddət yüksək qiymətə satılan neft pulları hesabına ölkədə bir sıra reformlar həyata keçirərək əhalinin tələblərinin artmasına imkan yaratdı, ölkə faktiki olaraq neft pullarından asılı vəziyyətə düşdü, insanlar daha çox gəlirlər əldə etmək və rifah halında yaşamağa adət etdi. Neftin qiyməti aşağa düşən kimi insanlar rejimin əleyhinə üsyanlar qaldırmağa və inqilabi fikirlər yürütməyə başladılar. Bu və bir çox daxili və xarici başqa səbəblərdən inqilab bütün İranı bürüdü və şah ölkədən qaçmaq məcburiyyətində qaldı. Bununla da İran teokratik rejimin idarə etdiyi məkana çevrildi.

Ən önəmli olan məsələ baş verə biləcək istənilən hərəkata azərbaycanlıların necə cəlb ediləcəyidir. 1979-cu ildə Məhəmməd Kazım Şəriətmədarinin rəhbərliyi ilə Müsəlman Xalq Respublikası Partiyası Xomeyninin hakimiyyətə gəlməsinə dəstək verməklə sonradan tələb edəcəyi Azərbaycan üçün muxtariyyət imkanlarından məhrum oldu. Nəticədə İran inqilabının aparıcı qüvvəsi olan azərbaycanlıların bütün imkanları əllərindən alındı, Şəriətmədari ömürlük ev dustağı oldu, Güneyin muxtariyyət və ya dil hüququ almaq imkanları məhv edildi. Hər bir halda Güney 1979-cu ildə Şəriətmədari və ya digər liderlərin inqilab zamanı buraxdığı səhvini təkrarlamamalıdır.

Tarix yenidən təkrarlanır. İranda iqtisadi durum günü-gündən ağırlaşır, xarici düşmənlərinin sayı çoxalır, bir çox qonşularla münasibətlər pisləşir. Üstəlik, İranın yerləşdiyi regionda həm də İranla mənafelər uğrunda ciddi rəqabətlər aparılır. Maraqlı məqam isə İranın mənafelərinin nə qonşuları, nə də ABŞ-la üst-üstə düşməsidir. Bu səbəbdən də İranda inqilabın baş verməsinə və hakimiyyətin dəyişməsinə maraqlı olan qüvvələrin sayı getdikcə artır.
dle 10.5
Xəbər
Gəncədə iğtişaş: iki polis əməkdaşı şəhid oldu - RəsmiQərbi azərbaycanlılara çağırış: Erməniləri sevindirməyin!Bu ölkə ilə bağlı əsas hədəfimiz... - ƏrdoğanƏrdoğanın andiçməsinə qatıldı, baş nazir əsəbiləşdiDuqin erməni KİV-ə: Bütün Qarabağ Azərbaycan ərazisidirİnanılmaz: Ermənilər Patruşevin Qarabağ bəyanatını dəyişdirdiGəncə olayının arxasında kim durur? - Komitə sədrisürüldü Qadın, oğlu və qardaşı oğlu boğularaq öldü - Masallıda dəhşətKöçəryan generalları güdaza verir: Qərarı o verdi.Gəncədə baş verənlər bunun nəticəsidir - ŞərhTürkiyə hərbçiləri əməliyyata başladı: "Türk Tarık" axtarılırPiterdə azərbaycanlı faciəvi şəkildə öldüZal Yusifov 81 nəfərin milyonlarını qaytarmır - Şok qərarLüt gəzən, yeni təriqətçi Əli: İnsan gücü o qədərdir ki...MTRŞ aşıq olayına görə ATV-yə xəbərdarlıq etdiƏli qandallı şəkildə döyülüb, dişi qırılıb – ŞahidlərDünyanın ən innovativ ölkəsi bəlli olduBu, manatla bağlı qəti fikir deməyə əsas verir – Sabiq nazirSürücülərə şad xəbər: qərar dərhal verilmədisə… - YenilikRoza Əlinin qarşısında buna görə diz çökdü - VideoRəhim Əliyev nazir müavini təyin edildi - SərəncamPediatrdan uşaqlar üçün yay məsləhətiAlpinistlərin ölüm səbəbi məlum oldu – Yekun rəyİrandan imtina etdi, azərbaycanlılar ayağa qalxdıAzərbaycanda pul kütləsi artdıŞagirdlərin diqqətinə: imtahanların nəticələri açıqlandıLavrov: Onlara güvəndik, ancaq çox təhlükəlidirQubada azyaşlı babanın gözü qarşısında qaçırıldıBelə qazan və tavaları dərhal atın - Ölümcül təhlükəSabiq prezident açıqladı: Krımda subyekt tatarlar olacaqQarabağda savaş ehtimalı: Nikolun hədəfi nədir? - De VaalƏrdoğanın açıqlaması PKK-da qalmaqal yaratdı – Şok dialoqİncə seçki gecəsi qaçırılmasından danışdı - Videoİranda inqilab hazırlığı: Şah təbliğat aparır – Türklər aldadılır?Bakıda dayanacaqda yanğın: 51 avtomobil yandı - RəsmiSərkisyan Vaşinqtonda: Pompeo ilə görüşGeneraldan şok açıqlama: Çin və Rusiya bizi vuracaqHizbullah lideri bəyan etdi: Böyük zəfər yaxındadırPoroşenko Ərdoğandan yardım istədi: Onları azad edək...ABŞ-Çin iqtisadi savaşı: qalib kim olacaq? - EkspertBu ölkənin adı dəyişdirilir - AB-yə üzv olacaqQızdırmanı salmaq üçün bundan istifadə etməyin"Son zəng" üçün konkret vaxt qoyuldu - Video“Polonez”in gücü: “yandırılmış torpaq” taktikası... – PolkovnikF-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovduTrampla Kim Çenin imzaladığı sənədin detalları - VideoErmənistanın kabusu olan silahlar Ordumuzda - Video"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - VideoSəudiyyədən islam dünyasını şoka salan addım - FotoBakıda gənc qız gecə saat 4-də relslərin arasında... - Video