» » Qarabağda savaş ehtimalı: Nikolun hədəfi nədir? - De Vaal

Qarabağda savaş ehtimalı: Nikolun hədəfi nədir? - De Vaal

30-06-2018, 08:04
Yerləşdirdi: Admin
Çıxartmaq
Qarabağda savaş ehtimalı: Nikolun hədəfi nədir? - De Vaal
Axar.az britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal ilə eksklüziv müsahibəni təqdim edir:

– Müdafiə Nazirliyi 11 iyunda Azərbaycanın “Polonez” raket sistemləri aldığını elan etdi. Bunun Ermənistanın Rusiyadan aldığı “İsgəndər” raketlərinə cavab addımı olduğu söylənilir. Rusiya mediası İrəvana Su-30, Bakıya Su-35 satılmasının mümkünlüyünü yazıb. Azərbaycan və Ermənistanın son zamanlarda belə sürətlə silahlanması Qarabağ istiqamətində hərbi fəallığa gətirib çıxara bilərmi?

– Bu günə qədər beynəlxalq silah satışları həm Ermənistan, həm də Azərbaycan üçün həssas bir hərbi balansı qoruyub saxlayıb. Tərəflər öz vətəndaşlarının sosial problemlərini həll etməyə sərf edə biləcəyi pulu, təəssüf ki, Belarus, İsrail, Rusiya və digər bu kimi silah istehsalçılarından sursat almağa məcbur qalır.

Yeni silahlar əldə etmək yeni münaqişəyə səbəb olmur, lakin ehtimalı çoxaldır. Eləcə də gələcəkdə baş verə biləcək qarşıdurmanın ciddiyyət və böyüklüyünü artırır. 2016-cı ilin Dördgünlük müharibədə yeni güclü silahların tətbiqinin nəyə gətirib çıxardığını gördük. Hər iki tərəfin silahlı qüvvələrinin dağıdıcı gücü indi bir qədər də artıb.

– Qarabağın erməni əhalisi Xankəndidə etirazlar etdi və separatçı qurumda bəzi dəyişikliklər oldu. Azərbaycan gələcəkdə bu imkandan öz faydası üçün istifadə edə bilərmi?

– Dağlıq Qarabağdakı dəyişikliklərə Ermənistandakı yerli daxili siyasət səbəb oldu. Yerli ermənilər orada qeyri-rəsmi şəxslərin istefasını tələb edirlər. Bu münaqişənin dinamikasını və Qarabağ ermənilərinin Azərbaycana münasibətini dəyişmir. Onlar hələ də Azərbaycanı onları məhv etmək istəyən düşmən kimi görürlər.

– Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra oliqarxlarla mübarizəyə başladı. Hakim partiyanın bir çox üzvü və oliqarxlar, o cümlədən, Paşinyana səs verən insanlar da hədəfə çevrildi. Paşinyanın öz dəstəkçilərinə qarşı çıxmasına səbəb nədir? Bu addım oliqarxların ona qarşı birləşməsinə gətirib çıxara bilərmi?

– Paşinyan oliqarxların və Respublikaçılar Partiyasının düşmənidir. Onlar yalnız onun baş nazir postu üçün namizədliyini taktiki mülahizələrlə, özlərini qorumaq üçün dəstəklədilər. Ancaq Paşinyan köhnə rejimin bəzi aparıcı xadimlərinə, o cümlədən ordu komandiri Manvel Qriqoryana və köhnə prezident Serj Sərkisyanın qardaşına qarşı artıq hərəkətə keçib. Bununla belə, Paşinyanın bütün sistemi dəyişməsi çətin olacaq. Böyük iş adamı Gagik Çarukyan kimi güclü maraqları olan şəxslər özlərini müxalifətin üzvləri kimi görürlər.

– Paşinyan hakimiyyətə gəlməzdən öncə Rusiya əleyhinə odlu çıxışlar edirdi. Lakin hakimiyyətə gəldikdən sonra Rusiya Federasiyası ilə bağlı xoş fikirlər səsləndirməyə başladı. Bu siyasətin hədəfi nədir? Paşinyan ermənilərin Saakaşvilisi ola bilərmi?

– Müstəqillik dövründən bəri hər bir erməni lider "çox vektorlu" xarici siyasət yeridib və ya "tamamlayıcılıq" məqsədi ilə Rusiya, Qərb və İranla yaxşı münasibətlər qurub. Aydındır ki, Rusiya həmişə "Ermənistan üçün böyük hərbi müdafiəçi və böyük iqtisadi maraqlar" siyahısına rəhbərlik edir. Ermənistan Gürcüstan deyil, orda antirusiya gücləri o qədər də güclü deyil. Ancaq Paşinyan Rusiyanın təsirini azaltmağa və digər xarici aktorların, xüsusən də diasporların təsirini artırmağa çalışacaq. O, bunu müəyyən həddə qədər edəcək, çünki Azərbaycanla münaqişəni və yaxınlıqdakı Türkiyəni nəzərə alacaq.
dle 10.5
Xəbər
Gəncədə iğtişaş: iki polis əməkdaşı şəhid oldu - RəsmiQərbi azərbaycanlılara çağırış: Erməniləri sevindirməyin!Bu ölkə ilə bağlı əsas hədəfimiz... - ƏrdoğanƏrdoğanın andiçməsinə qatıldı, baş nazir əsəbiləşdiDuqin erməni KİV-ə: Bütün Qarabağ Azərbaycan ərazisidirİnanılmaz: Ermənilər Patruşevin Qarabağ bəyanatını dəyişdirdiGəncə olayının arxasında kim durur? - Komitə sədrisürüldü Qadın, oğlu və qardaşı oğlu boğularaq öldü - Masallıda dəhşətKöçəryan generalları güdaza verir: Qərarı o verdi.Gəncədə baş verənlər bunun nəticəsidir - ŞərhTürkiyə hərbçiləri əməliyyata başladı: "Türk Tarık" axtarılırPiterdə azərbaycanlı faciəvi şəkildə öldüZal Yusifov 81 nəfərin milyonlarını qaytarmır - Şok qərarLüt gəzən, yeni təriqətçi Əli: İnsan gücü o qədərdir ki...MTRŞ aşıq olayına görə ATV-yə xəbərdarlıq etdiƏli qandallı şəkildə döyülüb, dişi qırılıb – ŞahidlərDünyanın ən innovativ ölkəsi bəlli olduBu, manatla bağlı qəti fikir deməyə əsas verir – Sabiq nazirSürücülərə şad xəbər: qərar dərhal verilmədisə… - YenilikRoza Əlinin qarşısında buna görə diz çökdü - VideoRəhim Əliyev nazir müavini təyin edildi - SərəncamPediatrdan uşaqlar üçün yay məsləhətiAlpinistlərin ölüm səbəbi məlum oldu – Yekun rəyİrandan imtina etdi, azərbaycanlılar ayağa qalxdıAzərbaycanda pul kütləsi artdıŞagirdlərin diqqətinə: imtahanların nəticələri açıqlandıLavrov: Onlara güvəndik, ancaq çox təhlükəlidirQubada azyaşlı babanın gözü qarşısında qaçırıldıBelə qazan və tavaları dərhal atın - Ölümcül təhlükəSabiq prezident açıqladı: Krımda subyekt tatarlar olacaqQarabağda savaş ehtimalı: Nikolun hədəfi nədir? - De VaalƏrdoğanın açıqlaması PKK-da qalmaqal yaratdı – Şok dialoqİncə seçki gecəsi qaçırılmasından danışdı - Videoİranda inqilab hazırlığı: Şah təbliğat aparır – Türklər aldadılır?Bakıda dayanacaqda yanğın: 51 avtomobil yandı - RəsmiSərkisyan Vaşinqtonda: Pompeo ilə görüşGeneraldan şok açıqlama: Çin və Rusiya bizi vuracaqHizbullah lideri bəyan etdi: Böyük zəfər yaxındadırPoroşenko Ərdoğandan yardım istədi: Onları azad edək...ABŞ-Çin iqtisadi savaşı: qalib kim olacaq? - EkspertBu ölkənin adı dəyişdirilir - AB-yə üzv olacaqQızdırmanı salmaq üçün bundan istifadə etməyin"Son zəng" üçün konkret vaxt qoyuldu - Video“Polonez”in gücü: “yandırılmış torpaq” taktikası... – PolkovnikF-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovduTrampla Kim Çenin imzaladığı sənədin detalları - VideoErmənistanın kabusu olan silahlar Ordumuzda - Video"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - VideoSəudiyyədən islam dünyasını şoka salan addım - FotoBakıda gənc qız gecə saat 4-də relslərin arasında... - Video