» » Ordu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərə

Ordu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərə

5-10-2018, 09:23
Yerləşdirdi: Admin
Çıxartmaq
Ordu Putini üstələdi – Kreml üçün arzulanmaz mənzərə
Rusiya Prezidenti Vladimir Putinə əhalinin etibarı 2017-ci ildən bu yana 17% azalaraq, 58%-ə düşüb.

Bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Maraqlıdır ki, sorğu iştirakçıları prezidentdən çox Rusiya ordusuna güvəndiklərini bildiriblər.

Orduya güvənənlərin sayı əhalinin 66%-ni təşkil edib. Sorğu iştirakçılarının əksər hissəsi 2015-ci ildə Xəzər dənizindən Suriyaya buraxılan raketə və Rusiyanın yeni yüksək texnologiyalı silahlarına baxdıqda qürur duyduqlarını bildirib.

“Levada Çentr” son illər ərzində ilk dəfə olaraq orduya etibarın prezidentdən 8% çox olduğunu bildirib.

Ən maraqlı məqam isə “Putinə heç etibar etmək olmaz” fikrini müdafiə edənlərin sayının keçən illə müqayisədə 4%-dən 13%-ə qədər artmasıdır.

Ordu və prezidentdən sonra əhalinin ən güvəndiyi qurumlar Federal Təhlükəsizlik Xidməti (50%), kilsə (48%) və xeyriyyə təşkilatları (38%) olub. Əhalinin ən az etibar etdiyi institutlar sırasında isə hökumət (27%), Duma (23%), böyük biznes (16%) və siyasi partiyalar (16%) qərarlaşıb.

“Kommersant” qəzetinə açıqlama verən “Levada Çentr”in sosioloqu Denis Volkov Putinin reytinqinin cari ilin əvvəllərindən düşdüyünü bildirib:

“Martdakı prezident seçkisi Putinin reytinqini müəyyən qədər canlandırdı. Seçkidən sonra isə onun tərəfdarlarının səfərbərliyi bitdi. İnsanlar əməkhaqlarının artırılması əvəzində təqaüd yaşının artırılması ilə qarşılaşdılar. Hələlik Putinin reytinqinin artmasına heç bir güman yoxdur”.

Siyasi partiyalar, hökumət və Dumanın reytinqinin aşağı olmasına gəlincə isə, Volkov burada keçən illərə nisbətdə geriləmənin az olduğunu söyləyib:

“Bu strukturların reytinqi prezidentlə müqayisədə daha az geriləyib. Ona görə ki, onların reytinqi əvvəldən çox aşağı idi. İnsanlar onsuz da onlara ümid bəsləmirdilər. Putin qeyri-populyar reformlara görə günahı başqa qurumların üzərinə atmağa cəhd etsə də, bu alınmadı. Çünki baş verən hər yaxşı və pisə görə məsuliyyəti o daşıyır”.
dle 10.5
Xəbər
Mxitaryan Bakıya gəlmədi - Ermənilər onu qınadıİranda ŞOK HADİSƏ: onlarla qadınla kişini bir yerdə yaxaladılar və...Hava şəraiti kəskin dəyişir - “Azərişıq” hərəkətə keçdi"Sarı jiletlilər" yenidən küçələrə çıxdı"Barselona"ya daha bir şok zərbə: Kubok əldən getdiABŞ humanitar yardım qurumunu bombardman etdi"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - SiyahıSünni deputatlardan Xameneiyə: Təhqirlərə son qoyunTrampın planı baş tutmadı: Divar inşası dayandırıldıBakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib…Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdiMəşhur futbolçular Bakıda - FotoABŞ öz helikopterini bombalayıb? - Qəzadan sonraKimyəvi maddə daşıyan gəmi alışdı: 50 yaralı varAzərbaycanda analoqu olmayan idman obyekti tikilir - FotoƏn təhlükəli siqaretlər bunlardırSaxta balın zərərləriHumanitar yardım eroziyaya uğradı - QuterreşRusiya sərhəddəki stansiyanı vura bilərmi?Assancı 175 illlik həbs gözləyirGürcü nazirdən Keşikçidağ çağırışıPirşağı gölündə balıqlar zəhərlənərək öldürülüb - VideoƏrdoğan bunu etsə, imicini itirəcək - Rus ekspertZaxarovadan Türkiyəyə mesaj: Hörmət edilməlidir!Helikopterlərimiz Türkiyə səmasında - Videoİrandan dünyaya çağırış: ABŞ-a qarşı birləşək!Hər gün ilan sancmasından 200 nəfər ölürTəyyarədən atılan tullantılar hesablanacaq - İnanılmaz yenilikYunanıstandan pozitiv Türkiyə açıqlamasıNeymardan Mbappeyə atmaca: Biri PSJ-ni tərk edirTiflis qazın 94,5%-ni Bakıdan alacaqQarabağda 2 erməni öldü, 2-si yaralandıPaşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdıŞok təfərrüat: Fuad Abbasov niyə və necə tutulub? - Özü danışdıDiplomatımız rus agenti çıxdıAzərbaycan hücuma keçərsə... - Erməni təşvişinin səbəbiBoris Conson baş nazir olur? – Meyin varisi...Yunanıstan Avrozonaya saxtakarlıqla daxil olub - YunkerABŞ-la İran arasında görüş başladıSorosun Paşinyandan tələbi budur – MalyanRusiyadan xəbərdarlıq: ABŞ ordusunu göndərsə...Antiperspirantlar bu ağır xəstəlikləri yarada bilərAmerika gəmiləri nəzarətimizdədir - SEPAHAzərbaycanda dəhşətli qəza: 4 ölü, 2 yaralıRuhani: Düşmən bunun üçün çalışırTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlim başladıİmamoğlunun gizli görüntüləri ortaya çıxdı .Şagirdlər üçün yay düşərgəsi neçəyə başa gəlir? - VideoQonşuda 4 futbolçu həbs edildi - Danışılmış oyunlarAnkara Əsədlə barışıbmı? - Rəsmi açıqlama