» » İrəvanda durum pisləşir, Kreml heç nə edə bilmir, Qarabağ…

İrəvanda durum pisləşir, Kreml heç nə edə bilmir, Qarabağ…

25-10-2018, 12:24
Yerləşdirdi: Admin
Çıxartmaq
İrəvanda durum pisləşir, Kreml heç nə edə bilmir, Qarabağ…
Moskva Ermənistanda çətinləşən vəziyyətlə bağlı artıq heç nə edə bilmir, vəziyyət nəzarətdən çıxıb və buna görə də hadisələr öz axarı ilə inkişaf edir.

Rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk Ermənistanda baş verən siyasi proseslər, baş nazirin istefası, növbədənkənar parlament seçkiləri və Moskvanın bu proseslərdəki maraqlarını təhlil edib.

Ekspertin sözlərinə görə, Ermənistanda baş verənlər sadəcə maraqlı hadisələr deyil, erməni amili və ümumilikdə regionun əhəmiyyəti öz-özlüyündə aydın məsələdir. Moskva ehtiyat edir və Ermənistandakı proseslərin axarının hara apardığını açıq-aydın şəkildə başa düşür. Üstəlik, Nikol Paşinyan Rusiyanın iştirakı ilə Avrasiya və digər inteqrasiya strukturları ilə bağlarını kəsmədən, "həm bizim, həm də sizin" prinsipinə uyğun olaraq çox gözəl işləyir.

“Bu cür yanaşma Rusiyanı sakitləşdirir, rus məmurlar isə həmişə olduğu kimi hər şeyin yaxşısına, vəziyyətin öz-özünə düzələcəyinə inanır. Onlar beyinlərini “Ermənistanda hər hansı bir şey yolunda getməsə, bütün Cənubi Qafqaz yenidən formalaşacaq” fikri ilə narahat etmək istəmirlər. Hadisələrə nəzarət etmək üçün tutarlı bir fəaliyyət planı gərəkdir, ancaq hazırda belə bir plan mövcud deyil. Bu cəhətdən rus məmurlarını Ermənistanın Respublikaçılar Partiyasının üzvlərinə bənzətmək olar”, - politoloq bildirib.

Qriqori Trofimçuk növbədənkənar parlament seçkilərindən sonra Rusiya-Ermənistan münasibətlərində baş verə biləcək dəyişikliklərdən danışıb. Onun sözlərinə görə, münasibətlər ən yaxşı halda olduğu kimi qalacaq. Ən pis halda isə münasibətlər dəyişə, korlana bilər. Belə ki, seçkilərdən sonra parlamentə radikal siyasətçilərin, o cümlədən “Sasna Çrer”lə əlaqəli qüvvələrin gəlməsi ehtimalı yüksəkdir və bu şəxslərlə birlikdə yaranacaq vəziyyət hazırda parlamentdə təmsil olunan hansısa korrupsiyaçı millət vəkilləri ətrafındakından daha ağır olacaq:

“Radikallığın artan dərəcəsi ən azı belə bir sadə səbəbdən bizim ikitərəfli münasibətlərimizdə öz əksini tapacaq: Ermənistan əhalisinin həyat tərzi yaxşıya doğru dəyişməyəcək. Bu isə SSRİ-nin süqutundan sonra postsovet məkanında müşahidə olunmuş çoxsaylı nümunələrdə olduğu kimi günahın Rusiyaya atılmasına şərait yaradacaq. Bundan əlavə getdikcə pisləşən və Cənubi Qafqaza da təsir göstərməsi qaçılmaz olan qlobal şərait də nəzərə alınmalıdır. Hətta Ermənistan hökumətinin Qərblə heç bir əlaqəsi olmadığı versiyasını qəbul etsək belə, Qərb özü Ermənistanı sakit buraxmayacaq. Belə ki, Qərb artıq antiiran proqramı adı altında özünün region üçün nəzərdə tutduğu proqramını fəal şəkildə formalaşdırmağa başlayıb. Bütün bunlardan əlavə hətta Tehranı belə gərginliyə salan ABŞ-ın Ermənistandakı bioloji laboratoriyası kimi narahatlıqverici amilləri də unutmaq lazım deyil. Bu problemləri indidən həll etmək lazımdır və Nikol Paşinyan da obyektlərin yoxlanılmasını təklif etməklə məhz bu yolla getdi. Ancaq bunu İran və narahat olan digər tərəflərin iştirakı ilə həyata keçirmək lazımdır”.

Ekspert bu seçkilərdə Moskvanın hər hansı bir siyasi qüvvəyə dəstək olacağına inanmadığını bildirib. Onsuz da hazırda İrəvanda belə bir qüvvənin olmadığını qeyd edən ekspert Moskvanın İrəvana seçkilərə müdaxilə ilə bağlı ittihamlar səsləndirmək üçün bəhanə vermək istəmədiyini vurğulayıb:

“Moskvanın mütəmadi olaraq ABŞ seçkilərinə müdaxilədə ittiham olunması ona kifayət edir. Burada yalnız ikitərəfli münasibətlərin pisləşməsinə bəhanə ola biləcək hər hansı bir müdaxilə faktı artıq olardı”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə hər hansı qırılmaların yaşanması və öz legitimliyini əldə edən liderin Qarabağ probleminin həllinə getmək ehtimalını qiymətləndirən ekspert Ermənistanın özünün də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər hansı bir qırılma istəmədiyini, status-kvonu saxlayaraq təhlükəsizliyinə beynəlxalq zəmanətlər fonunda danışıqların “tələsmədən” aparılmasının İrəvanı tamamilə qane etdiyini qeyd edib.
dle 10.5
Xəbər
Makron ölkəyə fövqəladə vəziyyət və xaos gətirdi - DeputatABŞ Rusiyaya sanksiyaların növbəti dalğasına başlayırKələmin qızıldan qiymətli faydaları...Təcavüzə görə axundu öldürən Hüseyn edam edildiRusiya daha 2 şəhəri ələ keçirir? - ZaxarovaSaakaşvili xalqı kəskin mübarizəyə səslədi - YeniləndiABŞ bombaladı: Taliban onun ölümünü təsdiqlədiRusiya "Qrad" və T-90-ları işə saldı - VideoGürcüstan hərbi yolu bağlandı: Rusiyadan xəbərdarlıqÇin ağ bayraq qaldırır: Ticarət savaşını Tramp qazanırTürkiyə hərbi texnikalarını Suriyaya yeritdiBuşun son sözləri: Səni sevirəm...Türkiyə bu rekordunu yenilədi: 168 milyard dollar…KTMT gələn ilə qədər başsız qalır - QasparyanPutin G20-də son nöqtəni qoydu: Müharibə davam edəcəkAzərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - SərkisyanPutin Ərdoğanı buna görə tələsdirir – İsti şərhƏrdoğanla Trampın görüşü başa çatdı - FotoKerç böhranı mübahisəyə səbəb oldu: “Axmaq...” - VideoPutin Trampla görüşündən danışdı: Ona iki söz dedim..MKİ-dən şok: Salman Qaşıqçının ölüm əmrini...Rusiyada qatar relsdən çıxdı, tanklar yerə töküldü – VideoPutindən Ərdoğana: Türkiyə bunu bir daha təsdiqlədiRusiya "Skif"in ilk uçuşunu reallaşdırdı - VideoƏməliyyatdan sonra komaya düşən xəstədən yeni xəbər"Qarabağ" Bakıda 6 qol buraxdı - YeniləndiQoşqar Hacıyev komaya düşdüİrəvanda durum pisləşir, Kreml heç nə edə bilmir, Qarabağ…Bakıda beynəlxalq forum: Prezident iştirak edirRusiya “Admiral Kuznetsov”dan daha böyüyünü tikirBakıda tozun miqdarı 3 dəfə artdı – SəbəbSerj Sərkisyanın köməkçisi ABŞ-a səfir göndərildiPutin açıq şəkildə Avropanı təhdid etdiŞoyqu Türkiyəyə niyə gedir? – Mühüm görüşİlham Əliyev sərəncam imzaladıMoskva-Gəncə reysi ilə uçan təyyarədə faciəPaşinyan baş nazir seçilmədiİstanbulda yanğın sürətlə yayılır: partlayışlar... - VideoAltın Qurd Mauqlini döyüşə çağırdıƏrdoğan olduğu müddətcə buna nail ola bilməyəcəklər - VəliəhdAkar açıqladı: S-400-lər bu tarixdən Türkiyəni qoruyacaqSiyasəti Trampdan təmizləmək lazımdır – SorosBu halda ordumuz hər şeyi edəcək – Çindən savaş hədəsiABŞ generalı: ABŞ-Çin müharibəsi başlayacaq"Barselona"dan qələbə, PSJ və "Qalatasaray"dan bərabərlikHəbibdən Konora təklif: Onu bizə gətir, sonra döyüşəkÇindən Trampa sərt cavab: Şantaja dözməyəcəyikBolton: ABŞ-ın müqaviləni tərk etməsi…Türkiyədə şiddətli atışma: şəhid və yaralılar vaKraldan Qaşıqçı açıqlaması: Kim olur olsun…