» » Putin Ərdoğanı buna görə tələsdirir – İsti şərh

Putin Ərdoğanı buna görə tələsdirir – İsti şərh

2-12-2018, 12:43
Yerləşdirdi: Admin
Çıxartmaq
Putin Ərdoğanı buna görə tələsdirir – İsti şərh
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tələsdirir.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Putin Suriya Prezidenti Bəşər Əsədlə birgə sentyabr ayında İdlibə hücum hazırlayırdı:

“Məntiqləri belə idi ki, İdlib terrorçuların son qalasıdır, oranı azad etmək lazımdır. Ancaq bu hücum Türkiyənin maraqlarına cavab vermirdi. Çünki hücum nəticəsində Türkiyə həm yeni qaçqın axını ilə üzləşəcək, həm də dəstək verdiyi Suriya silahlı müxalifətinin neytrallaşdırılmasının şahidi olacaqdı. Ona görə Ərdoğan Putindən oktyabrın 15-nə qədər zaman istədi. Ərdoğan həmin tarixə qədər İdlibdəki terrorçuları şəhəri tərk edəcəyinə inandıracağını vəd edirdi”.

Politoloq qeyd edib ki, bu vədin üstündən ay yarım keçib:

“Terrorçular hələ ki, İdlibi tərk etməyib. Terrorçular ona görə şəhəri tərk etmirlər ki, artıq gedəsi yerləri yoxdur, hara getsələr, məhv ediləcəklər. Ona görə də elə İdlibdə qalıb döyüşməyə üstünlük verirlər. Həmin terrorçular Türkiyəni də eşitmir. Ərdoğan öz komandası ilə əlindən gələni edir, ancaq vaxt da gedir”.

Politoloq vurğulayıb ki, Putin Türkiyə ilə yenidən münasibətləri gərginləşdirmək istəmir:

“Çünki ortada böyük layihələr var. Ancaq terrorçular İdlibdə qaldıqca və Ərdoğan vədini yerinə yetirməkdə çətinlik çəkdikcə, bu Putinin də nüfuzuna - xarizmasına mənfi təsir edəcək. Çünki belə çıxır ki, Putin Ərdoğana güzəştə gedir, ancaq ortada İdliblə bağlı nəticə yoxdur. Təsadüfi deyil ki, G-20-in Argentinada toplantısı çərçivəsində Ərdoğanla görüşən Putinin əsas mözusu İdlib idi”.

Politoloqun sözlərinə görə, Türkiyə ağır bir işi üzərinə götürüb:

“Əlbəttə, Ərdoğanın hələ bir az zamanı var. Ancaq minlərlə terrorçunu inandırmaq asan deyil”.
dle 10.5
Xəbər
Makron ölkəyə fövqəladə vəziyyət və xaos gətirdi - DeputatABŞ Rusiyaya sanksiyaların növbəti dalğasına başlayırKələmin qızıldan qiymətli faydaları...Təcavüzə görə axundu öldürən Hüseyn edam edildiRusiya daha 2 şəhəri ələ keçirir? - ZaxarovaSaakaşvili xalqı kəskin mübarizəyə səslədi - YeniləndiABŞ bombaladı: Taliban onun ölümünü təsdiqlədiRusiya "Qrad" və T-90-ları işə saldı - VideoGürcüstan hərbi yolu bağlandı: Rusiyadan xəbərdarlıqÇin ağ bayraq qaldırır: Ticarət savaşını Tramp qazanırTürkiyə hərbi texnikalarını Suriyaya yeritdiBuşun son sözləri: Səni sevirəm...Türkiyə bu rekordunu yenilədi: 168 milyard dollar…KTMT gələn ilə qədər başsız qalır - QasparyanPutin G20-də son nöqtəni qoydu: Müharibə davam edəcəkAzərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - SərkisyanPutin Ərdoğanı buna görə tələsdirir – İsti şərhƏrdoğanla Trampın görüşü başa çatdı - FotoKerç böhranı mübahisəyə səbəb oldu: “Axmaq...” - VideoPutin Trampla görüşündən danışdı: Ona iki söz dedim..MKİ-dən şok: Salman Qaşıqçının ölüm əmrini...Rusiyada qatar relsdən çıxdı, tanklar yerə töküldü – VideoPutindən Ərdoğana: Türkiyə bunu bir daha təsdiqlədiRusiya "Skif"in ilk uçuşunu reallaşdırdı - VideoƏməliyyatdan sonra komaya düşən xəstədən yeni xəbər"Qarabağ" Bakıda 6 qol buraxdı - YeniləndiQoşqar Hacıyev komaya düşdüİrəvanda durum pisləşir, Kreml heç nə edə bilmir, Qarabağ…Bakıda beynəlxalq forum: Prezident iştirak edirRusiya “Admiral Kuznetsov”dan daha böyüyünü tikirBakıda tozun miqdarı 3 dəfə artdı – SəbəbSerj Sərkisyanın köməkçisi ABŞ-a səfir göndərildiPutin açıq şəkildə Avropanı təhdid etdiŞoyqu Türkiyəyə niyə gedir? – Mühüm görüşİlham Əliyev sərəncam imzaladıMoskva-Gəncə reysi ilə uçan təyyarədə faciəPaşinyan baş nazir seçilmədiİstanbulda yanğın sürətlə yayılır: partlayışlar... - VideoAltın Qurd Mauqlini döyüşə çağırdıƏrdoğan olduğu müddətcə buna nail ola bilməyəcəklər - VəliəhdAkar açıqladı: S-400-lər bu tarixdən Türkiyəni qoruyacaqSiyasəti Trampdan təmizləmək lazımdır – SorosBu halda ordumuz hər şeyi edəcək – Çindən savaş hədəsiABŞ generalı: ABŞ-Çin müharibəsi başlayacaq"Barselona"dan qələbə, PSJ və "Qalatasaray"dan bərabərlikHəbibdən Konora təklif: Onu bizə gətir, sonra döyüşəkÇindən Trampa sərt cavab: Şantaja dözməyəcəyikBolton: ABŞ-ın müqaviləni tərk etməsi…Türkiyədə şiddətli atışma: şəhid və yaralılar vaKraldan Qaşıqçı açıqlaması: Kim olur olsun…