» » Soyuq müharibə geri qayıdır, ancaq tam fərqli formada

Soyuq müharibə geri qayıdır, ancaq tam fərqli formada

8-02-2019, 11:05
Yerləşdirdi: Admin
Çıxartmaq
Soyuq müharibə geri qayıdır, ancaq tam fərqli formada
Soyuq müharibə yeni formatda davam edə bilər. Bu dəfə bütün tərəflər qarşı-qarşıya gələcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, amma dünya artıq iki və ya təkqütblü deyil:

“Dünya XIX-XX əsrlərin əvvəllərində olduğu kimi çoxqütblü formasiyasına qayıdır. Ona görə bu silahlanmaya ancaq ABŞ-Rusiya prizmasından baxılmasının tərəfdarı deyiləm. Doğrudur, Qərb yenə NATO şəklində vahiddir, amma Şərqdə daha Varşava razılaşması yoxdur. Rusiya isə artıq vahid əks qütb kimi çıxış etmək gücündə deyil. Üstəlik, Şərqdə ən güclü dövlət indi Çindir. ABŞ da Çini əsas rəqibi sayır. Rusiyaya gəldikdə isə bu ölkə ABŞ və NATO ilə silah rəqabətinə yenidən başlasa, məğlub olacaq. Daha nəhəng SSRİ bu rəqabətə dözə bilmədisə, Rusiyanın dözə biləcəyinə inanmıram”.

Politoloq qeyd edib ki, son dövrlərdə NATO daxilində ABŞ-Böyük Britaniya-Avropa Birliyi-Türkiyə arasında ciddi problemlər yaşanır:

“Breksit, kürd problemi, Rusiya ilə gərginlik, FETÖ, İrana qarşı sanksiyalar və s. məsələlərə NATO-da olan müttəfiqlər arasında yanaşma fərqlidir. Üstəlik Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa ABŞ-dan müstəqil siyasət yürütməyə başlayıb. Bu tendensiya isə ABŞ-ın xoşuna gəlmir. Lakin vəziyyətin belə alınmasında Tramp Adminstrasiyasının kifayət qədər günahı var”.

Politoloqun sözlərinə görə, ABŞ siyasi elitasında da qarşıdurma yaşanır:

“Bu davam edənə qədər ABŞ xarici siyasətində ziqzaqvarilik davam edəcək. Bütün bunlara əlavə olaraq İran, Braziliya, Şimali Koreya, Yaponiya, İsrail kimi dövlətlərin də artan siyasi, iqtisadi, hərbi iddialarını nəzərə alsaq, yuxarıda qeyd etdiyiniz soyuq müharibə daha fərqli müstəvidə olacaq”.
dle 10.5
Xəbər
Millimiz Rusiya və İranla qarşılaşacaqDiqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandırQarabağla bağlı əsas gedişin zamanı yetişir – Sabiq nazirTrampın ruslarla əlaqəsinə dair sübut tapılmadı - SenatPutin bütün gün Lukaşenko ilə görüşəcək – KremlAB-dən Səudiyyə ilə bağlı şok qərarNeft bahalaşdı - Yeni qiymətİstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindiBel yırtığı nədən yaranır? - Səbəblər açıqlandıQadın abort zamanı dünyasını dəyişdi - YeniləndiPsixoloq və psixiatrın fərqini bilməyənlər… - Baş psixiatrBolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdiVəliəhd: Onun arxasınca ova çıxacam – ABŞ kəşfiyyatıZaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - VideoAzərbaycana dəhşətli soyuqlar gəlir? - VideoTarixi dəyişən hücum: ermənilər dəhşət içində - VideoSiz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavabAvropa altıncı nəsil qırıcı hazırlığına başladıPompeo: İran BMT TŞ-yə meydan oxuyurSEPAH İranın ən yeni raketini təqdim etdiSoyuq müharibə geri qayıdır, ancaq tam fərqli formadaMəşhur meyxanaçının ayaqları tutulduAzərbaycanlı müğənni qəzada öldü - VideoHakimdən həyasız cavab: Qorxmayın, cənazəsini verəcəyikŞamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir - VideoDolların bugünkü məzənnəsiFİFA açıqladı: Yenə gerilədikBeyin hüceyrələrini məhv edən səbəblər...Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - NazirlikSabah əhali diqqətli olmalıdır - İfrat təhlükəli hadisəBakıda külək təhlükəsi: ağaclar “yox edilir" - Fotoİslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?Azərbaycanda güclü küləyin ilk fəsadları - FotoAli məktəb gəlirlərinin 40%-i müəllimlərə sərf ediləcəkPensdən Maduroya zərbə: O siyasətçiyə dəstək veriləcəkDüşmən mövqelərimizi atəşə tutduABŞ-da iranlı jurnalist saxlanıldıPutinin mühafizəsiz gəzməsi mümkün deyil - KremlTürkiyə öz "silahı" ilə vurula bilər - ÖzuğurluFərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - FərmanArif Alışanovu əvəz edən gənc kimdir? - DosyeƏrdoğandan şok: Tvitini gördüm, Trampa zəng etdimYazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şokBakıya qar yağacaq, hava 10 dərəcə düşəcək – RəsmiABŞ-ın qorxulu "röyası" - Rusiya silahıDövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi“Azərişığ”ın iki rəisi “Kral”a görə qovuldu? - AçıqlamaNeft qiymətində artımFormula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...“Kapital Bank” 2018-ci ilin nəticələrini elan etdi