» » Siz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavab

Siz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavab

8-02-2019, 11:18
Yerləşdirdi: Admin
Çıxartmaq
Siz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavab
Artıq 2008-ci ildən dünyanın bir çox böyük nəşrləri öz fəaliyyətlərini onlayn media üzərində qurmağa başlayıb. 2012-ci ildən isə bu proses sürətlənib. Hətta “Nyusvik” (Nevsveek), “İndependent”, “Habertürk” kimi dünya miqyasında nüfuzlu, tirajı yüzminlər, bəzi hallarda milyonla ölçülən nəşrlər belə çapını dayandırıb, onlayn fəaliyyətini gücləndirir. Bu halda Azərbaycanda KİV DF-nin aztirajlı və satılmayan çap mediasının maliyyələşməsindən imtinasını və o nəşrlərdən bir çoxunun bağlanmasını “çap mediası məhv edilir” timsalında təqdim etmək ən yaxşı halda qeyri-peşəkarlıq və yaxud qərəzlilikdir.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Aynur Camalqızı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin səsləndirdiyi iddialara münasibət bildirərkən deyib. A.Camalqızı qeyd edib ki, bütün addımlara peşəkar yanaşmaq çox vacibdir:

“Bildiyiniz kimi, qeyri-rentabelli olduğu üçün biz də “Gündəlik Teleqraf” qəzetinin nəşrindən 2015-ci ildə imtina etdik və onlayn media qurumlarımızı inkişaf etdirdik. Bu, dünyada gedən prosesdir və tədricən genişlənməkdədir. Hazırda bizim media qrupumuza daxil olan Axar.az bir neçə dildə yayımlanır və xaricdə də geniş oxucu auditoriyası var. İndi özünüz düşünün: biz niyə çapa verdiyimiz izafi xərci Azərbaycanın milli maraqları üçün onlayn mediamızın inkişafına xərcləməməli, onun xaricdə də yayılmasına nail olmamalı və makulatura istehsalını davam etdirməli idik? Proses göstərdi ki, biz doğru qərar vermişik”.

A.Camalqızı xatırladıb ki, A.Əliyev özü külli miqdarda beynəlxalq qrant hesabına yaratdığı media qurumlarının fəaliyyətini illər öncə niyə dayandırmasına aydınlıq gətirsəydi, daha səmimi görünərdi:

“Arif Əliyev vaxtilə külli miqdarda, hətta milyonlarla ölçülən vəsait hesabına böyük media layihəsi ortaya qoymağa çalışdı, sonuncusu məşhur imzaların cəmləndiyi “Gün səhər” nəşri idi. Qısa müddətdən sonra o nəşr niyə dayandı?

A.Əliyev iddia edir ki, bəs, niyə KİV DF indi maliyyələşməsindən imtina etdiyi media qurumlarını illərdir maliyyələşdirirdi? Eyni sualı A.Əliyevə də ünvanlamaq lazımdır: külli miqdarda qrantı niyə əbəs yerə indi hətta xatırlanmayan, arxivi belə qalmayan nəşrlərə xərclədiniz? O pulları niyə göyə sovurdunuz?

Təbii ki, biz belə sualı ritorik olaraq, A.Əliyevin öz iddiasına görə ona ünvanlayırıq və qəti o fikirdə deyilik ki, niyə o nəşr yaradılmışdı və pullar “çölə” atılmışdı. Adi məntiq var: çapına cəhd edildi, nüfuz qazanmadığı, satılmadığı, özünü doğrultmadığı üçün dərcindən imtina edildi və bu da normal bir haldır. KİV DF də illərdir 32 ənənəvi media qurumunun ayaqda qalması üçün öz dəstəyini göstərdi, kimlər özünü doğrultdusa, onlara dəstək davam edəcək, özünü doğrultmayanlara isə dəstəyi dayandırdı. Burda niyə “qaranlıq məqamlar” axtarılır, “medianın boğulması” kimi absurd iddialar səsləndirilir ki?”

A.Camalqızı qeyd edib ki, KİV DF qəzet bağlayan qurum deyil və kiməsə “qəzetini bağla” demir, sadəcə, perspektivsiz olduğunu hesablayıb, maliyyələşməsini dayandırır və təsisçi də buna uyğun olaraq qəzetin çapından imtina edib, onlayn versiyanı gücləndirmək yolunu seçirsə, bunu təbii qarşılamaq peşəkarların borcudur.

Əməkdar jurnalistin sözlərinə görə, Azərbaycan Konstitusiyasında söz, fikir və mətbuat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. Azərbaycan dövləti 1993-cü ildən indiyə qədər Ana Qanunun üzərinə qoyduğu vəzifəni yerinə yetirmək istiqamətində çoxsaylı addım atıb: senzura ləğv olunub, Mətbuat Şurası yaradılıb, zaman-zaman çap mediasının mətbəə borcları ləğv edilib, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əsaslı addımlar atılıb, hətta jurnalistlərin mənzil probleminin həlli istiqamətində dünya praktikasında olmayan işlər görülüb və s. Mətbuata dövlət dəstəyinin daha konseptual formada həyata keçirilməsi üçün KİV DF-nin yaradılması da Azərbaycan dövlətinin Konstitusiyaya əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməsi idi:

“Prezidentin sərəncamı ilə yaradılan bu qurumun gördüyü işləri sadalamağa ehtiyac yoxdur. Çünki mətbuat cameəsinin hər bir üzvü KİV DF-nin fəaliyyətinin bu və ya digər formada bəhrəsini görüb”.

A.Camalqızı deyib ki, KİV DF-nin maliyyələşməni dövrün tələblərinə uyğunlaşdırmasının bir sıra vacib səbəbi var:

“Birincisi, dünya praktikasında çap mediasının “kliniki ölümü” gerçəkləşir, yəni çap mediası bazarın tələb-təklif prinsipinə uyğun fəaliyyət göstərə bilmir. Bu proses Azərbaycandan da yan keçə bilməz. İkincisi, mətbuatın əsas funksiyası xəbəri istehsal etmək və oxucunu məlumatlandırmaqdır. Bütün dünya xəbərlərini bir neçə saniyə fərqlə oxucunun ovcundakı telefonun ekranına gətirmək mümkündürsə, həmin xəbəri səhər qəzetdən hansı oxucu oxumaq istəyər? Mətbuat oxucu ilə hesablaşmağa məcburdur, əgər səni oxumurlarsa, mütləq şəkildə dəyişikliyə getməlisən – çapından tutmuş materialların keyfiyyətinə qədər. A.Əliyevin 90-cı illərdə gördüyü “qəzet bumu” geri qayıtmayacaq – hətta yeni əsrin ilk illərində A.Əliyev özü bunu qaytarmağın mümkün olmadığını gördüsə, onlayn medianın bu qədər inkişaf yolu keçdiyi və az qala, hər gün sürətlə yeniləndiyi bir məqamda onun “qəzet bağlanmasını” tam başqa istiqamətdə şərh etməsinin səbəbini artıq ayrı yerdə, ayrı niyyətdə - medianın inkişafı deyil, bütün addımların “qara görülməsi” xəstəliyində - axtarmaq lazımdır”.

A.Camalqızı A.Əliyevin bağlanan nəşrlərdəki peşəkar media mənsublarının işsiz qalmasına “təəssüflənməsinə” də reaksiya verib:

“A.Əliyevin özü qəzetini bağlayanda həmin dövr üçün həddən artıq böyük olan kollektivini düşünmürdümü? Onların işsiz qalmasına niyə razı oldu?

Yenə deyirəm, bu sual da ritorikdir. Media digər istiqamətdə sürətlə inkişaf edirsə, özünü doğrultmayan və bağlanan media qurumlarının peşəkar kollektivinə də ehtiyac yaranır – necə ki, A.Əliyevin özünü doğrultmayan layihəsinin kollektivinin bir çox üzvü hazırda onlayn medianın aparıcı simalarıdır. Yəni əvvəla, daha çox dotasiya alacaq və xüsusi layihələr axtarışında olan digər, maliyyələşməsinə davam edilən çap mediasında həmin kadrlara ehtiyac yaranacaq, digər tərəfdən isə onlayn mediada da peşəkarlara hər zaman ehtiyac var. Çünki bu sahə sürətlə inkişaf edir və etiraf edək ki, dili mükəmməl bilən, dünya siyasətini anlayan və medianın sürətli inkişafını təqib edən peşəkar bolluğu yaşamırıq, əksinə, bu sahədə sıxıntılarımız var”.

A.Camalqızı sonda A.Əliyevi daha peşəkar açıqlama verməyə, 90-cı illərdə ilişib qalmamağa, müasir dünyada gedən prosesləri izləməyə çağırıb və qərəzli açıqlamaların mediaya heç bir xeyir vermədiyini deyib:

“Vaxtilə medianın aparıcı siması olmağa iddialı şəxslərdən biri də A.Əliyev idi – baxmayaraq ki, heç vaxt peşəkar jurnalist olmayıb. Elə A.Əliyevlərin bu iddiaları nəticəsində media ciddi itkilər verdi. A.Əliyev cəhd etdi, ancaq peşəkar menecer olmadığını da cəmiyyətə nümayiş etdirdi. Çox arzulayardıq ki, A.Əliyev heç olmasa indi media eksperti kimi öz üzərində işləsin – bəlkə, bunu bacardı”.
dle 10.5
Xəbər
Millimiz Rusiya və İranla qarşılaşacaqDiqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandırQarabağla bağlı əsas gedişin zamanı yetişir – Sabiq nazirTrampın ruslarla əlaqəsinə dair sübut tapılmadı - SenatPutin bütün gün Lukaşenko ilə görüşəcək – KremlAB-dən Səudiyyə ilə bağlı şok qərarNeft bahalaşdı - Yeni qiymətİstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindiBel yırtığı nədən yaranır? - Səbəblər açıqlandıQadın abort zamanı dünyasını dəyişdi - YeniləndiPsixoloq və psixiatrın fərqini bilməyənlər… - Baş psixiatrBolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdiVəliəhd: Onun arxasınca ova çıxacam – ABŞ kəşfiyyatıZaxarova: Qarabağla bağlı üçtərəfli görüşə hazırlıq görülür - VideoAzərbaycana dəhşətli soyuqlar gəlir? - VideoTarixi dəyişən hücum: ermənilər dəhşət içində - VideoSiz niyə milyonları göyə sovurdunuz?! – Sensasion cavabAvropa altıncı nəsil qırıcı hazırlığına başladıPompeo: İran BMT TŞ-yə meydan oxuyurSEPAH İranın ən yeni raketini təqdim etdiSoyuq müharibə geri qayıdır, ancaq tam fərqli formadaMəşhur meyxanaçının ayaqları tutulduAzərbaycanlı müğənni qəzada öldü - VideoHakimdən həyasız cavab: Qorxmayın, cənazəsini verəcəyikŞamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir - VideoDolların bugünkü məzənnəsiFİFA açıqladı: Yenə gerilədikBeyin hüceyrələrini məhv edən səbəblər...Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - NazirlikSabah əhali diqqətli olmalıdır - İfrat təhlükəli hadisəBakıda külək təhlükəsi: ağaclar “yox edilir" - Fotoİslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir?Azərbaycanda güclü küləyin ilk fəsadları - FotoAli məktəb gəlirlərinin 40%-i müəllimlərə sərf ediləcəkPensdən Maduroya zərbə: O siyasətçiyə dəstək veriləcəkDüşmən mövqelərimizi atəşə tutduABŞ-da iranlı jurnalist saxlanıldıPutinin mühafizəsiz gəzməsi mümkün deyil - KremlTürkiyə öz "silahı" ilə vurula bilər - ÖzuğurluFərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - FərmanArif Alışanovu əvəz edən gənc kimdir? - DosyeƏrdoğandan şok: Tvitini gördüm, Trampa zəng etdimYazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şokBakıya qar yağacaq, hava 10 dərəcə düşəcək – RəsmiABŞ-ın qorxulu "röyası" - Rusiya silahıDövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi“Azərişığ”ın iki rəisi “Kral”a görə qovuldu? - AçıqlamaNeft qiymətində artımFormula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...“Kapital Bank” 2018-ci ilin nəticələrini elan etdi