» » Nikol azərbaycanlı dini liderlə şəkil çəkdirəcək? – Şərh

Nikol azərbaycanlı dini liderlə şəkil çəkdirəcək? – Şərh

26-02-2019, 18:15
Yerləşdirdi: Admin
Çıxartmaq
Nikol azərbaycanlı dini liderlə şəkil çəkdirəcək? – Şərh
Ermənistanın baş naziri qonşu İranla əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfərə getməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, bu, Paşinyanın baş nazir kürsüsündə İrana ilk rəsmi səfəri olacaq:

“İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirib ki, 1991-ci ildən, yəni Ermənistan müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz ötən il qeydə alınıb. Söhbət 364 milyon dollarlıq ticarət mübadiləsindən gedir. Rəqəm böyük deyil, ancaq faktın özü maraqlıdır ki, bu iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstəricidir. İran Ermənistana daha çox satır, nəinki alır”.

Politoloq Paşinyanın hansı məsələləri müzakirə etmək üçün Tehrana getdiyinə də münasibət bildirib:

“Paşinyanın əsas məqsədi İranla indiki iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmaqdır. Sadəcə, İran bu gün elə vəziyyətdə deyil ki, Ermənistanla hansısa regional layihəni maliyyələşdirməyə maraqlı olsun. Buna baxmayaraq, Paşinyanın Tehranda nələr danışacağını və nələr eşidəcəyini diqqətlə izləyəcəyik. İran Rəşt-Astara dəmiryolunun tikintisi üçün Azərbaycandan 500 milyon dollar kredit gözləyərkən, Ermənistanla birgə layihəyə hansısa kredit ayırarsa, bu Tehranın Azərbaycana qarşı xoş olmayan mesajı olacaq”.

Politoloq vurğulayıb ki, Paşinyan Moskvaya etdiyi səfərlərdən fərqli olaraq Tehranda Qarabağ münaqişəsinin həllini müzakirə etməyəcək:

“Bu heç Tehrana lazım da deyil. Halbuki, Bakıya gələn iranlı rəsmilər və generallar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, bunu gərək erməni rəsmilərə də deyələr. İranın Qarabağ məsələsində məsafə saxlaması İrəvanı illərdir razı salır və ermənilər Tehranın neytral siyasətindən razılıqlarını gizlətmirlər. O da faktdır ki, İrana rəsmi səfər edən Ermənistanın hər bir prezidenti Qumda dini lider Əli Xamenei ilə də görüşmək istəyir. Bir neçəsinə belə görüş qismət olub. Dini liderlə görüş ermənilərə piar baxımından vacibdir. Azərbaycan torpaqlarını işğal edən dövlətin liderinin milliyətcə azərbaycanlı dini liderlə görüşüb şəkil çəkdirməsi erməni siyasətçi üçün uğur sayılır”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 27-də İrana gedəcək.
dle 10.5
Xəbər
Ruhani Ankarada: Kritik zirvə başladıTramp nöqtə qoydu: Şərtsiz görüş olmayacaq!İran Britaniya tankerini buraxacağını açıqladıPutini gizli “Siyasi Büro” idarə edir? - ÇemezovRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıDollar bu gün neçəyədir?Turşu məhsullarını hansı halda yemək olmaz? - VideoÖzbəkistanın bu qərarı... - Bakı alqışladıMənsimovun “vurulan” gəmisi delfinlərlə yarışır - Videoİslam aləmi bu ölkəyə qarşı birləşdi - Bəyanatİndoneziyalılar “Torqovı”da belə rəqs etdi – VideoRusiya açıqladı: neft erasının sonu başladı - AnalizÇavuşoğludan nazirə: Yaxşı uşaqsan, həddini aşma!Bərzani soyqırımla bağlı qanunu təsdiqlədiOrdumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video“Təqsirkar hədəfdədir, silahlarımız hazırdır” - ABŞ PrezidentiTürk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəbƏrdoğan Trampla "Patriot" məsələsində anlaşır? - İsrail nəşrindən şok iddiaİrana hücum üçün bu ölkədən cavab gözləyirlər - Trampdan DƏHŞƏTLİ MÜHARİBƏ ANONSUBakıda yol polisləri dəhşətli qəzaya düşdü – VideoRusiya S-500-lərin istehsal ediləcəyi tarixi açıqladıRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıTramp söz verdi: Cavab zərbəsi...Toy zalında partlayış: yaralılar varİsrailə 3 raket atıldıABŞ-a məxsus PUA Rusiya sərhədindəFHN batmaqda olan 3 nəfəri xilas etdiRusiyada ağır qəza: Avtobus divara çırpıldıUkraynada dəhşətli yanğın: 9 nəfər öldüAsfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübəHusilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıqOktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert"Qəbələ" öz meydanında "Sumqayıt"a məğlub olduDolların bugünkü məzənnəsiOnkoloji xəstəliklərlə “vuruşan” ərzaqların - SiyahısıYanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsullarıMəğlubiyyətdə özümü günahlandırıram - BordinDavada oğul səhvən atasına atəş açdı - TəfərrüatQol buraxmayan komandanı yendik - AbuksisMarkov: Dağlıq Qarabağ Azərbaycanındır - VideoVilayət Eyvazov rəisi işdən çıxardıİsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - QərarEtirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - VideoAxşam yeməyi zamanı buna diqqət edinTapılan bomba Putinin işinə təsir etməyib - PeskovBakı Metropoliteninin səlahiyyətləri artırıldıPaşinyan əlindən gələni edir ki, Putin... - BədəlyanHəbsxanada yanğın: 3 nəfər öldüİran-Azərbaycan əlaqələri qardaşlığa əsaslanır - VaeziNəzarət xəttində atışma: azı 8 hərbçi öldü