» » Borcunu ödəyənlər güzəştdən necə yararlanacaq? - Açıqlama

Borcunu ödəyənlər güzəştdən necə yararlanacaq? - Açıqlama

2-03-2019, 11:06
Yerləşdirdi: Admin
Çıxartmaq
Borcunu ödəyənlər güzəştdən necə yararlanacaq? - Açıqlama
Borcunu yeni məzənnə ilə ödəyib bağlamış vətəndaşlar dövlət büdcəsi vasitəsilə vəsaitlərini geri ala biləcəklər.

Bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert ilk növbədə əsas borcun qalığı üçün yuxarı həddin 10 000 dollar seçilməsinin səbəbinə aydınlıq gətirib:

“MB nümayəndəsi deyir ki, dollar krediti olan vətəndaşların 95%-i məhz bu həddə qədər olub. Bununla da aydın oldu ki, təkcə hazırkı dövrə xarici valyutada 10 000 dollaradək borc qalığı olanlar deyil, 21 fevral 2015-ci il tarixənədək də əsas kredit borcunun qalığı 10 000 dolları ötməyən məbləğdə xarici valyutada kredit götürmüş, sonradan yeni məzənnə ilə ödəyib borcunu bağlamış vətəndaşlar da dövlət büdcəsi vasitəsilə vəsaitlərini geri ala biləcəklər. Hətta borcunu ödəmiş şəxs vəfat edibsə, hüquqi varisi bu ödənişi ala biləcək”, - R.Ağayev deyib.

Ekspert devalvasiyadan sonra dollar krediti götürən və yüksək məzənnə ilə hazırkı tarixə borcunu ödəyə bilməyən şəxslərin güzəştdən yararlanacağını deyib:

“Fərman imzalanan günə əsas borcu 10 000 dollardan çox olmayan belə şəxslər borclarını qaytara bilmirlərsə və vaxtı keçmiş borcun məbləği 360 günü ötürsə, həmin borc müqaviləsi üzrə şərtlər dəyişdiriləcək. Belə ki, borc manata çevriləcək, 5 illik dövrə yeni kredit müqaviləsi bağlanacaq. Bu zaman ilk il əsas borc üzrə ödəmə olmayacaq, kredit illik 1 faizlə ayrılacaq. Eyni şərtlər manatla əsas borcu 17 000 manatı ötməyən şəxslərə də şamil olunacaq. Fərmandan da aydın olur ki, bu ehtiyacı qarşılamaq üçün Mərkəzi Bank banklara illik 1 faizlə 5 illik kredit xətti açacaq”.

R.Ağayev qeyd edib ki, bankların valyuta mövqeyinin pozulmasının qarşısını almaq üçün həmin məbləğin 215 milyon dollar ekvivalentində hissəsi qiymətli kağızlar formasında təmin ediləcək:

“Səslənən rəsmi rəqəmdən aydın olur ki, manat ekvivalentində məbləği 17 min manatdan çox olmayan və 360 gündən artıq vaxtı keçmiş bütün borcların məbləği 700 milyon manata yaxındır və borcluların sayı 400 000 nəfərdir”.
dle 10.5
Xəbər
Makron Breksit məsələsində nöqtəni qoyduABŞ-dan inanılmaz: Rusiya bununla razılaşmalı olacaqTürkiyə ilə bu plan üzərində çalışırıq - ABŞNATO bölgədə güclənir - Rusiya bəyanat verdiFuad Abbasov çağırış etdi: Deportasiya olunacağamBabayandan Qarabağla bağlı inanılmaz – Təklifİran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyatBakıda avtobus dəhşətli qəza törətdi - VideoNATO-dan Moskvaya cavab: Provokasiya...Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...Bu gün İlaxır çərşənbədirAntalya istiqamətində birbaşa uçuşlar başlayırTürkiyədən Utrext hücumu ilə bağlı - BəyanatMəscidə hücumun anbaan - Videosu/18+Bakıda öz adını düzgün yaza bilməyən icra hakimiyyətiİsrailin 5 raketə cavabı: Yüz hədəfi məhv etdiZurabişvilidən İrəvana mesaj: Separatçılarınızı geri çəkinSumqayıtda ağır qəza: 2 ölü, 3 yaralıTürkiyənin S-400 alması NATO üçün təhlükəsizlik məsələsidirƏrdoğandan terrorçunun onu öldürməklə bağlı planına - ReaksiyaAzərbaycan qədim xəritələrdə - Rus alimdən sensasion videoNovruz tonqallarında 9 nəfər yandı – RəsmiABB-də “Qazprombank” nümayəndələri ilə görüşQuş qripi monitorinqi keçirildi - AQTAQohum olmayan şəxs də donor ola bilər - Qanun hazırlanırBakıda dərmansız müalicə üsulu – NevroloqDünyanı qorxuya salan Boinq-737 haqda - FaktlarABŞ Maduroya görə Rusiyaya sanksiya tətbiq edəcəkYaxşı bitki yağını necə seçək?Sabiq icra başçısı 7 aylıq maaşını tələb edirQoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarışZurabişvili Ermənistanda azərbaycanlılardan danışdıNikol istəyir ki, Bakı Xankəndini vursun – Professordan şokTürk hərbçilər bu sistemi öyrənmək üçün Bakıya gəlirHamı təngə gəlib: Bakı hücum etsə, Kreml susacaq - Mixaylovİrəvan təşvişdə: 10 minlik Azərbaycan Ordusu...Qarabağ separatçı qurum deyil… – Kuznetsovdan sensasiyaNazirdən pensiyalarla bağlı - Şad xəbərZurabişvili İrəvanda: Qondarma abidəyə ziyarət – VideoBu ölkələr Rusiyadan ərazi tələb edə bilər - BorovoyBəs, Avropa ölkələrində edam qadağan idi? - ƏrdoğanTrampdan "Boinq"lə bağlı qərarAzərbaycanda qeyri-adi ev - VideoSahibkarların yumurta fırıldağı: AQTA xəbərdarlıq etdiBayram tonqalına görə ölən gəncin - FotolarıZabit Səmədov Ərdoğanla görüşdü - VideoHindistan-Pakistan konflikti şok məqamı üzə çıxardı - TarasovErməni ordusu 7 əsgər itirdi – MN-dən gülməli cavabBakıda yataqxanada yanğın: ölü və yaralılar var -VideoProblemli krediti olanların nəzərinə: Sabah saat 11:00-da...