» » ÇL: "Totenxem" və "Liverpul" yarımfinala yaxınlaşdı

ÇL: "Totenxem" və "Liverpul" yarımfinala yaxınlaşdı

10-04-2019, 09:29
Yerləşdirdi: Admin
Çıxartmaq
ÇL: "Totenxem" və "Liverpul" yarımfinala yaxınlaşdı
Aprelin 9-da UEFA Çempionlar Liqasının 2018-2019-cu illər mövsümünün dörddəbir final mərhələsinə start verilib.

Oyun günündə iki qarşılaşma keçirilib.

Turnirin son finalçısı İngiltərənin “Liverpul” komandası doğma azarkeşlər önündə Portuqaliyanın “Porto” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yurgen Klopun yetirmələrinin heyətində Nəbi Keyta (5) və Roberto Firmino (26) fərqləniblər.

Bu komandalar ardıcıl ikinci mövsüm UEFA Çempionlar Liqasında qarşılaşıblar. İngilislər ötən mövsüm səkkizdəbir final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salahla Roberto Firminonun qolları ilə 5:0 hesabı ilə məğlub edib. “Enfild”dəki görüşdə isə hesab açılmayıb.

Xatırladaq ki, “Liverpul” səkkizdəbir finalda Almaniya təmsilçisi “Bavariya”nı mübarizədən kənarlaşdırıb (0:0, 3:1). “Portu” isə “Roma” (İtaliya) səddini adlayıb (1:2, 3:1).

Günün digər oyununda iki ingilis klubu qarşılaşıb. “Tottenxem” və “Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gəliblər.

“Tottenxem Hotspur”da baş tutan görüşdə London təmsilçiləri minimal hesabla qələbə qazanıb - 1:0. Görüşdə yeganə qolun müəllifi 78-ci dəqiqədə Heung-Min Son olub. Matçın 13-cü dəqiqəsində “Mançester Siti”nin hücumçusu Serxio Aquera 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.

Qeyd edək ki, hər iki kollektiv səkkizdəbir finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular “Borussiya Dortmund”dan (3:0, 1:0), “şəhərlilər” isə “Şalke”dən (3:2, 7:0) üstün olublar.
dle 10.5
Xəbər
Poroşenko Zelenskini təbrik etdi - Acı məğlubiyyətTürkiyə və İranın gizli razılığı - ABŞ hərəkətə keçdiUkrayna ölkələri belə aldadırdı – General açıqladıŞri Lanka teraktı haqda acı etiraf: Kəşfiyyat bilirdi, lakin...İsrail sazişlərdən imtina etdi, ABŞ isə... - Mahmud AbbasPoroşenko tərəfdarları sabah aksiyaya çıxırBaşçının müavinindən Elina olayı ilə bağlı - Sensasion açıqlamaƏrdoğan seçki etirazlarının üstündən xətt çəkdi?Kılıçdaroğluna hücum edənlərin kimliyi müəyyənləşdiYıldırımdan Kılıçdaroğluna hücumla bağlı - MesajPaşinyan Madrid prinsiplərindən imtina etsin - BabayanSaakaşvilidən şok: Putin bu iki ölkəyə hücum edəcəkSaakaşvili Poroşenkonun uduzmasını belə qeyd etdi.Afrika İttifaqından Sudanla bağlı - BəyanatTrampdan böyük səhv: 138 milyon nəfər öldü .Yarıçılpaq qadınlar Zelenskiyə hücum etdi - Fotoİran-Azərbaycan ticarət mərkəzi açıldıProblemli kreditlərlə bağlı açıqlama: Ödənişə başlanılırBoyumuz niyə qısalır? - Səbəblər açıqlandı“Kasperski” Yaxın Şərqdə casusluq kampaniyasını ifşa etdiRusiya mərmiyə qənaət edir, ABŞ isə… - KlimovElinanın intihar anının GÖRÜNTÜLƏRİ YAYILDI - ŞOK VİDEONeftin bu qiyməti ABŞ-a sərf etməyəcək – PutinXIV Dalay Lama təcili xəstəxanaya yerləşdirildiİsraildə səslərin 45%-i sayıldı – Rəsmi nəticələrİntihar edən Elinanın tükürpədici məktubu üzə çıxdıABŞ-ın SEPAH-ı yox etmək istəməsinin iki mühüm – SəbəbiƏrdoğan Kremldə bu addımı ilə ABŞ-ı qızışdırdıBaxçalıdan açıqlama: Yeni seçki...Daha bir məktəbdə faciə: 1 şagird öldü, 2-si nəzarətə götürüldüElina intiharı: məktəbdən qovulan direktorla bağlı - SensasiyaRusiyaya yeni sanksiyalar tətbiq olunacaqVenesuela Amerika Birliyini tərk etdiSəudiyyəyə qarşı sanksiya tətbiq olunacaq - PompeoNeftin qiyməti yenə qalxdıÇL: "Totenxem" və "Liverpul" yarımfinala yaxınlaşdıGüləşçilərimiz Avropa çempionatında 5 medal qazandıBeyini xilas edən 3 məhsulQadınların diqqətinə: Saçların gec uzanmasının əsas səbəbi...Makron Breksit məsələsində nöqtəni qoyduABŞ-dan inanılmaz: Rusiya bununla razılaşmalı olacaqTürkiyə ilə bu plan üzərində çalışırıq - ABŞNATO bölgədə güclənir - Rusiya bəyanat verdiFuad Abbasov çağırış etdi: Deportasiya olunacağamBabayandan Qarabağla bağlı inanılmaz – Təklifİran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyatBakıda avtobus dəhşətli qəza törətdi - VideoNATO-dan Moskvaya cavab: Provokasiya...Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...Bu gün İlaxır çərşənbədir