» » Orucluq zamanı bədəninizdə nə baş verir?

Orucluq zamanı bədəninizdə nə baş verir?

9-05-2019, 08:29
Yerləşdirdi: Admin
Çıxartmaq
Orucluq zamanı bədəninizdə nə baş verir?
Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur.

Bu, insan səhhətinə necə təsir göstərə bilər? İnsan 30 gün ərzində oruc olanda bədənində hansı dəyişiklik baş verir?

Ən çətini - ilk bir-neçə gündür

Real olaraq sizin bədəniniz "orucluq vəziyyətinə" son yemək qəbul etməyinizin üstündən 8 saat keçənə qədər düşmür. Bu vaxta yaxın müddət ərzində bağırsaqlarınızda qidalı maddələrin sorulması prosesi başa çatır.

Bundan sonra orqanizmimiz ciyərimizdəki və əzələlərimizdəki qlyukoza ehtiyatlarını sərf etməyə başlayır. Qlyukoza ehtiyatları tükəndikdən sonra piy orqanizm üçün növbəti enerji mənbəyinə çevrilir.

Orucluğun ilk günləri, bədən aclığa öyrəşənədək, daha ağır keçir. Bədəndə piyin yandırılması prosesi çəkinin azalmasına gətirib çıxarır, xolesterolun səviyyəsi və diabet riski azalır. Lakin qanda şəkərin səviyyəsinin azalması zəifliyə və letargiyaya səbəb olur.

Sizdə başağrısı, başgicəllənməsi, öyümə yarana bilər, ağızdan pis iy gələ bilər. Bu zaman sizin aclıq səviyəniz ən yüksək dərəcəyə qalxır. Sizin bədəniniz orucluğa öyrəşəndə piy dağılmağa başlayaraq qandakı şəkərə dönür.

Günün orucluq çəkilən hissələri arasında fasilələrdə maye qəbulunu bərpa etmək lazımdır, əks halda tərləmə nəticəsində suyun itirilməsi suszlaşmaya (dehidratasiyaya) gətirib çıxara bilər.

Orucluq dövründə, xüsusilə, yay aylarında su içmək olduqca vacibdir. Sizin yeməyinizn tərkibində karbohidratlar və piy kimi müvafiq miqdarda "enerjili qida" olmalıdır.

Pəhrizin zülallar, duzlar və su kimi maddələrlə balanslaşdırılması da vacibdir.

Öyrəşmə dövrü - 8-15-ci günlər

Üçüncü mərhələdə, bədəniniz orucluğa tam öyrəşərkən, siz əhval-ruhiyyənizin yaxşılaşmasını hiss etməlisiniz. Həddən artıq kalorili yemək bədənin özünübərpa funksiyasını və infeksiyalara tab gətirmək qabiliyyətini zəiflədə bilər.

Gündəlik həyatda biz çox vaxt həddən artıq kaloriyalı yemək yeyirik, bu isə bədənə digər, misal üçün, özünübərpa funksiyasını normal yerinə yetirməyə imkan vermir".

Beləliklə, orucluq orqanizmin özünübərpasını asanlaşdlıra və infeksiyalarla mübarizə qabiliyyətini gücləndirə bilər.

Bərpa - 16-30-cu günlər

Orucluğun ikinci yarısında bədəniniz aclığa tamamilə öyrəşir. Sizin bağırsağınız, ciyəriniz, böyrəkləriniz və dəriniz bərpa dövründən keçir.

Doktor Razeen Mahroof qeyd edir ki, uzunmüddətli orucluq arığlamağa kömək etmir.

"Orqanların funksiyası bu mərhələdə maksimum dərəcədə fəaliyyət rejiminə qayıdır. Sizin yaddaşınız və diqqətinizn yaxşılaşa bilər, özünüzü daha enerjili hissə edə bilərsiz", - doktor Mahroof deyir.

Bu mərhələdə sizin bədəniniz enerji üçün zülal işlətməməlidir. Bu vəziyyət davamlı orucluq müddətindən sonra yaranır.

Beləliklə, orucluq sağlamlığımız üçün xeyirlidirmi?

Doktor Mahroof bu suala müsbət cavab verir, lakin bu müsbətliyin şərti var: "Orucluq bədənimizə xeyir verir, çünki nəyi və nə zaman yediyimizə köklənirik. Lakin 1 ay ərzində davam edən orucluq xeyirdisə, bundan daha uzun müddət ərzində aclıq çəkmək məsləhət görülmür".

Ramazan ayı dövründə aclıq yalnız hava qaralanadək çəkilir, odur ki, orqanizmi qidalandırmaq və enerji almaq üçün əzələləri xərcləməmək imkanı qalır.

Uzunmüddətli orucluq arıqlamağa kömək etmir, çünki bu zaman bədəniniz artıq piyi enerjiyə çevirmək mərhələsini bitirib, enerji əldə etmək üçün əzələləri yandırmağa başlayır. Bu yaxşı hal deyil, çünki bədəninizin "aclıqçəkmə vəziyyətinə" düşdüyündən xəbər verir.

Həkim məsləhət görürür ki, Ramazan ayı xaricində aclıq epizodik olaraq çəkilsin və ya 5:2 nisbətində pəhriz saxlanılsın (həftənin 2 günü - aclıq, qalan günləri isə normal rejim).

Onun fikrincə, bu, uzunmüddətli aclıqçəkmə rejimindən daha sağlam alternativdir.

BBC
dle 10.5
Xəbər
Amerika gəmiləri nəzarətimizdədir - SEPAHAzərbaycanda dəhşətli qəza: 4 ölü, 2 yaralıRuhani: Düşmən bunun üçün çalışırTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlim başladıİmamoğlunun gizli görüntüləri ortaya çıxdı .Şagirdlər üçün yay düşərgəsi neçəyə başa gəlir? - VideoQonşuda 4 futbolçu həbs edildi - Danışılmış oyunlarAnkara Əsədlə barışıbmı? - Rəsmi açıqlamaViaqra belə hazırlanırmış: ŞOK GÖRÜNTÜLƏR - FOTOLAR (+18)Buna görə Trampla dalaşan deyiləm - PrezidentHaftar Makronu rədd etdi: Tripolidən çəkilməyəcəyəm!Ət yeməyən insanların bədənində nə baş verir? - Alimdən ŞOK ARAŞDIRMAABŞ-ın Türkiyəyə S-400 tələbinə Kremldən cavabJirinovskidən şok: Gərək Böyük Azərbaycan yaradardıq - VideoSəfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi - VideoYüksək rütbəli məmur vəzifədən azad edildiAlmaniyadan Türkiyəyə S-400 - XəbərdarlığıBrayzadan Mxitaryan açıqlaması: Ağıllı seçim deyil..Məni İranla savaşa onlar məcbur edir - TrampABŞ-ın polad jestinə Türkiyədən cavabRusiya açıqladı: Tramp-Putin görüşü baş tutacaqÇərkəzlər İstanbulda: “Rusiya, Qafqazdan rədd ol!”Dodon təhdid etdi: İşinizlə məşğul olun!Nüsrə Cəbhəsinə ağır zərbə: 150 terrorçu, 3 tank...8 Ukrayna hərbçisi əsir götürüldüABŞ Türkiyəyə 2 həftə vaxt verdi: S-400-dən imtina et!Şok iddia: Türkiyə ABŞ-ın İrana sanksiyasına əməl etdiQətər və Çin Xəzərdə KES inşa edir?Mey son addımını atır: Gedişat necə olacaq?"Huavey"ə növbəti zərbə...İdmançımız Olimpiya Oyunlarına vəsiqə qazandıAntiperspirantlar bu ağır xəstəlikləri yarada bilərDünyanın ən etibarsız maşınları – ReytinqABŞ-dan Rusiyaya qarşı növbəti həmləİraq ABŞ və İranla bağlı hərəkətə keçdiSumqayıt yolunda ağır qəza: yaralılar var - VideoÇin "Boinq"dən kompensasiya tələb edirBritaniya XİN-in Bakıda gördüyü “qaranlıq”...Paşinyandan sensasion etiraf: Bakının mövqeyini təsdiqlədiZelenski Ali Radanı buraxmaq səbəbini açıqladıGürcülər ən çox onları sevirlər – ReytinqHakimiyyəti ələ keçirməyə cəhd edirlər – Separatçı liderAvropadan İranın uran istehsalını artırmasına reaksiyaBu ölkə su altında qala bilərAzərbaycan Respublikasının KonstitusiyasıBinanın divarına vurulan şiferlər təhlükə saçır - VideoRuhani 27 layihə ilə bağlı Qərbi Azərbaycana gedir3 kq narkotikə görə edam ediləcəkÇingiz xan bizi məhv edə bilmədi, Tramp da... - ZərifTaekvondoçumuz ikiqat dünya çempionu oldu