» » "Yüz ilin anlaşması"nın bütün maddələri yayıldı

"Yüz ilin anlaşması"nın bütün maddələri yayıldı

9-05-2019, 08:47
Yerləşdirdi: Admin
Çıxartmaq
"Yüz ilin anlaşması"nın bütün maddələri yayıldı
İsrailin "Hayom" qəzeti ABŞ-ın İsrail-Fələstin münaqişəsi ilə bağlı “Yüz ilin anlaşması” planının maddələrinin olduğu sənədi yayımlayıb.

İsrail hökumətinə yaxınlığı ilə tanınan qəzetin rəsmi olmayan məlumatı aşağıdakı kimi sıralanıb:

I Müqavilə

İsrail ilə Fələstin Qurtuluş Təşkilatı və HƏMAS arasında üçtərəfli saziş imzalanacaq. Bu müqaviləyə əsasən, Qərbi Şəriyədə yer alan yəhudi yaşayış məntəqələri istisna olmaqla, Qəzza zolağında "Yeni Fələstin" adlı dövlət qurulacaq.

II Bölgənin təxliyəsi

Qərbi Şəriyədəki yəhudi yaşayış yerləri bu gün olduğu kimi İsrailin əlində qalacaq. Bu yaşayış məntəqələrinə çatmaq üçün böyük yaşayış məntəqələrinin sahələri genişləndiriləcək.

III Qüds

Qüds İsrail ilə "Yeni Fələstin" arasında bölünməyəcək, ancaq hər iki dövlətin paytaxtı sayılacaq. Həmçinin Qüdsdə yaşayan ərəblər yeni dövlətin vətəndaşı olacaq. Yəhudilərin ərəblərdən ev almalarına icazə verilməyəcək və eyni şəkildə ərəblər də yəhudilərdən ev almayacaq. Qüdsə yeni rayonlar əlavə edilməyəcək və müqəddəs yerlərin bugünkü statusu davam edəcək.

IV Qəzza zolağı

Misir yeni dövlətə hava limanı, zavodlar, ticarət və əkinçilik üçün Qəzza zolağına bağlı torpaq icarəyə verəcək, ancaq fələstinlilərin bu yeni ərazilərdə yaşayışına icazə verilməyəcək. Bu torpaqların sərhədləri, icarə haqqı daha sonra vasitəçi ölkələr və "Yeni Fələstin" ilə Misir arasında müəyyən ediləcək.

V Dəstək verən ölkələr

"Yeni Fələstin" dövlətinin qurulmasını nəzərdə tutan bu sazişin həyata keçirilməsi üçün maliyyə dəstəyini başda ABŞ olmaqla, Avropa Birliyi və Körfəzin ərəb ölkələri göstərəcək.

Bu ölkələr yeni dövlətdəki milli layihələr üçün 5 il ərzində 30 milyard dollarlıq bir büdcə təmin edəcək. Bu büdcəyə yəhudi yaşayış məntəqələri ilə böyük yaşayış yerlərinin İsrailə birləşdirilməsi xərci də daxil olacaq.

Sözügedən maliyyənin 20 faizini ABŞ, 10 faizini AB ölkələri, 70 faizini isə ərəb ölkələri təmin edəcək.

VI Ordu

"Yeni Fələstin" dövlətinin ordusu olmayacaq. Yalnız polisin əlində yüngül silahlar olacaq. İsrail yeni dövləti qoruyacaq və iki ölkə arasında xidmət müqabilində İsrailə ödənişin nəzərdə tutulduğu müdafiə sazişi imzalanacaq.

VII və VIII Zaman ardıcıllığı və mərhələlər

A. HƏMAS misirlilərin yanında olan şəxsi silahları da daxil olmaqla, bütün silahları təhvil verəcək.

B. HƏMAS-ın liderləri və üzvləri yeni hökumət qurulana qədər vasitəçi ölkələrdən maaş almağa davam edəcək.

C. Qəzza zolağının sərhədləri gömrük üçün və işçilərin, Qərbi Şəriyədə olduğu kimi, İsrail ilə Misirə keçidinə açıq olacaq.

D. Bir il ərzində yeni Fələstin hökumətinin seçilməsi üçün hər vətəndaşın seçkilərdə namizəd ola biləcəyi demokratik seçkilər keçiriləcək.

E. İsrail həbsxanalarındakı bütün fələstinli məhbuslar seçkilər və hökumətin yaranmasından bir il sonra mərhələli şəkildə - üç il ərzində sərbəst buraxılacaq.

F. Beş il ərzində "Yeni Fələstin"də bir liman və bir hava limanı inşa ediləcək. O vaxta qədər İsrailin limanlarından istifadə ediləcək.

G. Fələstinlə İsrail arasındakı sərhəd dost ölkələrdəki kimi vətəndaşların və malların keçidi üçün açıq olacaq.

H. Qəzza zolağı ilə Qərbi Şəriyanı bir-birinə bağlamaq üçün yerdən hündürlüyü 30 metr olacaq bir yol inşa ediləcək. Bu magistralın tikintisinə Çin 50 faiz, Yaponiya, Cənubi Koreya, Avstraliya, Kanada və ABŞ ilə AB 10 faiz yardım göstərəcək.

IX İordaniya vadisi

A. İordaniya vadisi və Lut gölü ətrafındakı Ağvar bölgəsi bu gün olduğu kimi İsrailin əlində qalacaq.

B. Regiondan keçən 90 nömrəli yol 4 zolaqlı olacaq.

C. İsrail magistralın genişləndirilməsi üçün tender elan edəcək.

D. Bu 90 nömrəli avtomobil magistralın iki zolağı "Yeni Fələstin"i İordaniyaya bağlayacaq. Bu yol üzərində qurulacaq olan sərhəd qapıları yeni dövlətin nəzarətində olacaq.

X Məsuliyyət

A. HƏMAS və Fələstin Qurtuluş Təşkilatı bu müqaviləyə etiraz edərsə, ABŞ Fələstinə maliyyə yardımını dayandıracaq, digər ölkələrin də yardım etməsini əngəlləyəcək.

B. Fələstin Qurtuluş Təşkilatı bu müqaviləni qəbul edərsə, HƏMAS və Fələstin İslami Cihad Hərəkatı isə sözügedən müqaviləni rədd edərsə bu iki hərəkatın liderləri məsuliyyət daşıyacaq. ABŞ İsrailin hər iki hərəkatın liderlərini hədəf almasını dəstəkləyəcək.

C. Əgər İsrail bu müqaviləyə etiraz etsə, İsrailə olan maliyyə dəstək dayandırılacaq.
dle 10.5
Xəbər
Amerika gəmiləri nəzarətimizdədir - SEPAHAzərbaycanda dəhşətli qəza: 4 ölü, 2 yaralıRuhani: Düşmən bunun üçün çalışırTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlim başladıİmamoğlunun gizli görüntüləri ortaya çıxdı .Şagirdlər üçün yay düşərgəsi neçəyə başa gəlir? - VideoQonşuda 4 futbolçu həbs edildi - Danışılmış oyunlarAnkara Əsədlə barışıbmı? - Rəsmi açıqlamaViaqra belə hazırlanırmış: ŞOK GÖRÜNTÜLƏR - FOTOLAR (+18)Buna görə Trampla dalaşan deyiləm - PrezidentHaftar Makronu rədd etdi: Tripolidən çəkilməyəcəyəm!Ət yeməyən insanların bədənində nə baş verir? - Alimdən ŞOK ARAŞDIRMAABŞ-ın Türkiyəyə S-400 tələbinə Kremldən cavabJirinovskidən şok: Gərək Böyük Azərbaycan yaradardıq - VideoSəfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi - VideoYüksək rütbəli məmur vəzifədən azad edildiAlmaniyadan Türkiyəyə S-400 - XəbərdarlığıBrayzadan Mxitaryan açıqlaması: Ağıllı seçim deyil..Məni İranla savaşa onlar məcbur edir - TrampABŞ-ın polad jestinə Türkiyədən cavabRusiya açıqladı: Tramp-Putin görüşü baş tutacaqÇərkəzlər İstanbulda: “Rusiya, Qafqazdan rədd ol!”Dodon təhdid etdi: İşinizlə məşğul olun!Nüsrə Cəbhəsinə ağır zərbə: 150 terrorçu, 3 tank...8 Ukrayna hərbçisi əsir götürüldüABŞ Türkiyəyə 2 həftə vaxt verdi: S-400-dən imtina et!Şok iddia: Türkiyə ABŞ-ın İrana sanksiyasına əməl etdiQətər və Çin Xəzərdə KES inşa edir?Mey son addımını atır: Gedişat necə olacaq?"Huavey"ə növbəti zərbə...İdmançımız Olimpiya Oyunlarına vəsiqə qazandıAntiperspirantlar bu ağır xəstəlikləri yarada bilərDünyanın ən etibarsız maşınları – ReytinqABŞ-dan Rusiyaya qarşı növbəti həmləİraq ABŞ və İranla bağlı hərəkətə keçdiSumqayıt yolunda ağır qəza: yaralılar var - VideoÇin "Boinq"dən kompensasiya tələb edirBritaniya XİN-in Bakıda gördüyü “qaranlıq”...Paşinyandan sensasion etiraf: Bakının mövqeyini təsdiqlədiZelenski Ali Radanı buraxmaq səbəbini açıqladıGürcülər ən çox onları sevirlər – ReytinqHakimiyyəti ələ keçirməyə cəhd edirlər – Separatçı liderAvropadan İranın uran istehsalını artırmasına reaksiyaBu ölkə su altında qala bilərAzərbaycan Respublikasının KonstitusiyasıBinanın divarına vurulan şiferlər təhlükə saçır - VideoRuhani 27 layihə ilə bağlı Qərbi Azərbaycana gedir3 kq narkotikə görə edam ediləcəkÇingiz xan bizi məhv edə bilmədi, Tramp da... - ZərifTaekvondoçumuz ikiqat dünya çempionu oldu