» » “Mavi Mərmərə”dən sonra türk nazir ilk dəfə İsraildə

“Mavi Mərmərə”dən sonra türk nazir ilk dəfə İsraildə

7-02-2017, 08:19
Yerləşdirdi: Admin
Çıxartmaq
“Mavi Mərmərə”dən sonra türk nazir ilk dəfə İsraildə
Türkiyənin Mədəniyyət və Turizm naziri Nəbi Avcı Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesi çərçivəsində İsrailin paytaxtı Tel-Əvivə səfər edib.

Nəbi Avcı 2010-cu ildə “Mavi Mərmərə” gəmisinə təşkil edilən hücumdan sonra İsraili ziyarət edən ilk türk naziri olub.

Türkiyə rəsmisi sabah İsrailin Turizm naziri Yariv Levin ilə görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək. Nəbi Avcı həmçinin Aralıq dənizi Turizm Sərgisinin açılışına qatılacaq.

Səfər çərçivəsində türkiyəli nazir İsrail Türk Yəhudiləri ilə də bir araya gələcək. Səfərdən sonra İsraildən Türkiyəyə gələn turist sayında artım gözlənilir.

Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələrinin 31 may 2010-cu ildə Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumu nəticəsində 10 türk vətəndaşının həyatını itirməsi iki ölkə əlaqələrinin kəsilməsinə səbəb olmuşdu. Əlaqələr İsrailin üzr istəməsi, qurbanların ailələrinə ödənəcək təzminatı Türkiyəyə çatdırması və Qəzzaya humanitar yardımların çatdırılmasının bərpasından sonra bərpa olunub.
dle 10.5
Xəbər
Şəkidə Xan Çinar qırıldı: Bu yaralılar Bakıya gətirildi - Videoİsveçdə dəhşətli təyyarə qəzası: 9 nəfər öldü"Huavey" ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaqGüləşçilərimiz 4 medal qazandılarRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaGürcü deputat Moskvaya getdi - SəbəbBritaniyada növbədənkənar parlament seçkiləri keçirilir?Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - ŞokRusiyadan S-400 açıqlaması: Daha müasir silahlar gələcək30 hərbçi dağıntı altında qaldıRusiya Türkiyəni tələyə saldı? - Sensasion şərhABŞ və İngiltərə kəşfiyyatından Putinə şok: saxta məlumat...S-400-lə bağlı daha bir təyyarə Türkiyəyə endiRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaSeyxin arvadı ilə eşq yaşayan şəxsin kimliyi bəlli oldu - Videoİdarə rəisinin ailəsində faciə: atası və oğlu eyni gündə öldüRusiya adaların Yaponiyaya verilməsindən imtina etdiNeftin son qiymətiSon anda ələ keçən 557 FETÖ-çu - Böyük əməliyyatƏrdoğan rus raketi ilə Qərbi vurdu - Alman KİV-iBöyrək daşlarını tökən 3 təbii reseptTürkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!Almanların qorxusu: Əhali islamı təhdid sayırTürkiyəyə icazə versək, məlumat ruslara gedəcək - Milleyİnanılmaz iddia: Ərdoğan Yıldırıma elə bir vəzifə verir ki...Türkiyə PKK-nı darmadağın etdi: 679 ölüTürk donanması Kipri mühasirəyə aldıTusk Paşinyanı pərt etdi – Badalyandan gülünc təsəlliZelenskinin görüş təklifinə Putinin cavabıBu ölkədə hərbi çevrilişə yenə cəhd edildiTəyyarə hava boşluğuna düşdü: Sərnişinlər ölümdən döndüTarixi razılıq: Maduro və Quaido barışdıQaxariyadan şok: Zor tətbiqinə mən izn vermişəmPutin sanksiya tətbiq etsə, Tiflis nə qədər itirər? - NazirBayden Rusiyaya söz verdi: Prezident olsam...Pompeo Zərifə sanksiya tətbiqinə imkan vermədiKonqres Rusiyaya ağır zərbəyə hazırlaşırDonald Tramp öldü? - İlginc açıqlamalarRusiya sürətlə əhalisini itirir: 4 ayda 150 min azaldıSuriyadan İsrailin raket hücumuna: İkiqat...Bakıda müştəri satıcını belə aldatdı - Video10 ildə neçə ölkəyə vizasız getmək hüququ əldə etmişik?İran arxivini ələ keçirən MOSSAD-çılar təltif edildiKralın ailəsinin qaldığı otel qarət edildi: 100 min avro..Avstraliya sahillərində güclü zəlzələAlbalı bu xəstəlikləri müalicə edirRusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdıPrezidentdən ilginc bəyanat: Ordunu ləğv edərdim...Bu dövlətlər mövcud olmamalıdır - JirinovskiLukaşenkodan Sərkisyana şok sözlər: Bir şərtim var..