» » Saxta balın zərərləri

Saxta balın zərərləri

26-05-2019, 08:39
Yerləşdirdi: Admin
Çıxartmaq
Saxta balın zərərləri
Bal saxlanma şərtləri və istifadə müddəti olmayan, 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin, saysız-hesabsız müalicəvi xassələri özündə daşıyan qida məhsuludur. Onun rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 faiz su, 80 faizdən çox karbohidrat, 0.4 faiz zülal, 0.3 faiz kül var. Bundan başqa tərkibinə üzvi turşular və fermentlər də daxildir.

Bal daha çox müalicə məqsədilə, eyni zamanda, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində istifadə olunur. Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər - “Bacillus cereus”, “Clostridium perfringens” bakteriyaları balda uzun müddət yaşaya bilər. Balda olan “Clostridium botulinum” bakteriyası 2 yaşdan aşağı körpələrdə ciddi qida zəhərlənməsi sayılan “botulizm”ə yol aça biləcəyi üçün onlara bu qida məhsulu verilməməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən Azərtac-a bildirilib ki, son dövrlərdə ölkəmizdə saxta balların hazırlanması və satışı artıb. Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii bala oxşayır. Lakin arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinler süni balda yoxdur. Saxta bal hazırlanarkən şəkərli məhsul – yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru, təbii rəngləndiricilər – dazı otu, çay dəmləməsi, zəfəran, yaxud süni rəngləndiricilərdən istifadə olunur. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri bir-birindən ayıran çox mühüm fərqlər var. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar da törədə bilər. Tədqiqatlar göstərir ki, insan orqanizminə şəkərin heç bir faydası yoxdur. Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir. Bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və onun normal fəaliyyətinin çətinləşməsinə gətirib çıxarır. Əgər insan aktiv həyat tərzi keçirmirsə və normadan artıq şəkər qəbul edirsə, o zaman xərçəng hüceyrələrinin yaranması, qaraciyər piylənməsi, depressiya və psixi pozuntular, diabet xəstəliyi, normadan artıq çəki, damar tıxanıqlığı, uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi, orqanizmin hormonal balansının pozulması, diqqət dağınıqlığı, dişlərin çürüməsi və bununla bağlı yaranan böyrək və bağırsaq iltihablanmaları, orqanizmin immun sisteminin zəifləməsi kimi xəstəliklər meydana çıxa bilər.

Bütün bunları nəzərə alaraq istehlakçıların təbii baldan istifadə etməsi daha məsləhətlidir.
dle 10.5
Xəbər
Britaniyada son seçki: Baş nazir kim olacaq?"Çernobıl"ın yayımından sonra bu dərmana tələbat artdıVolkerdən Donbas açıqlaması: Həyati əhəmiyyət kəsb edirSON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi, SUNAMİ XƏBƏRDARLIĞIİstidə duzlu su için - Vacib tövsiyyəZərif çağırdı: Türkiyədən İrana mühüm səfərZelenski kişiyana davranmadı - Partiya lideriParisdə dayanacaqlar ağaclarla əvəzlənəcəkMakrondan Merkelə dəstək: Hazıram!Əsəd maraq göstərmir, ona görə də... - CefriTürkiyədə daha bir təhlükəli terrorçu məhv edildi - FotoAzərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi“Kitayski” “Huavey”lər tarixə qovuşur: Xilas olun! - VideoSəfirdən Qarabağ açıqlaması: İrəvan üçün hər şey edəcəyik!Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...Kəndə divan tutuldu – Kütləvi ölümBiz əsla təkrar seçkini istəmədik - YıldırımQazlı içkilərin zərərləri: "Soyuq için" ona görə yazılır ki...Saçları sabunla yumaq olarmı?Tiflisin məşhur bazarı yandıAzərbaycanın tarixi qalasını təhlükə gözləyirTürkiyə hərbi dəstək göndərdiQonşuda helikopter qəzası: ölənlər varGürcüstanda əməliyyat: Məmurlar həbs edildiBu məmurları vəzifədən azad edin - ZelenskiFransadan ermənilərə zərbə - Ləğv edildiErməni tarixçi: Qarabağı Bakıya qaytarmaq lazımdır - VideoAzərbaycan və Ermənistan: 1918-ci il xəritəsi - FotoPaşinyan sözünü tutmadı: Erməni anaları ayağa qalxdıMxitaryan Bakıya gəlmədi - Ermənilər onu qınadıİranda ŞOK HADİSƏ: onlarla qadınla kişini bir yerdə yaxaladılar və...Hava şəraiti kəskin dəyişir - “Azərişıq” hərəkətə keçdi"Sarı jiletlilər" yenidən küçələrə çıxdı"Barselona"ya daha bir şok zərbə: Kubok əldən getdiABŞ humanitar yardım qurumunu bombardman etdi"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - SiyahıSünni deputatlardan Xameneiyə: Təhqirlərə son qoyunTrampın planı baş tutmadı: Divar inşası dayandırıldıBakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib…Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdiMəşhur futbolçular Bakıda - FotoABŞ öz helikopterini bombalayıb? - Qəzadan sonraKimyəvi maddə daşıyan gəmi alışdı: 50 yaralı varAzərbaycanda analoqu olmayan idman obyekti tikilir - FotoƏn təhlükəli siqaretlər bunlardırSaxta balın zərərləriHumanitar yardım eroziyaya uğradı - QuterreşRusiya sərhəddəki stansiyanı vura bilərmi?Assancı 175 illlik həbs gözləyirGürcü nazirdən Keşikçidağ çağırışı