» » “Kitayski” “Huavey”lər tarixə qovuşur: Xilas olun! - Video

“Kitayski” “Huavey”lər tarixə qovuşur: Xilas olun! - Video

12-06-2019, 08:18
Yerləşdirdi: Admin
Çıxartmaq
“Kitayski” “Huavey”lər tarixə qovuşur: Xilas olun! - Video
ABŞ Prezidenti Donald Trampın “Huavey”lə ABŞ şirkətlərinin əməkdaşlığını qadağan etməsinin ardından Quqlun da bu markalı telefonların “Android” sistemi ilə təminatını dayandırması onsuz da keyfiyyətsiz olan bu telefonların satışını tamamilə öldürüb.

Çin istehsalı olan “Huavey” telefonlarının hələlik Quql-pley, xəritə, elektron poçt, Yutub girişi olsa da, bu müvəqqətidir. Bir müddət sonra heç bir istifadəyə yaramayacaq bu “ağıllı” telefonları heç mütəxəssislər də almağı məsləhət görmür.

İlk növbədə Çin istehsalı olduğu üçün heç bir şəkildə alınması məsləhət görülməyən və dəstəklənməyən bu telefonların bir müddət məşhurlaşması da tam təsadüfi idi. Bir müddət öncə alıcılıq qabiliyyəti yüksək olan “Huavey”lərin qiyməti həddən artıq şişirdilmişdi. Hətta dünyanın ən bahalı telefon markası hesab olunan “Əpl” (Apple) şirkətinə məxsus son model ayfonlardan (İPhone) belə yüksək qiymətə təqdim edilirdi. Bu gün isə “Huavey” telefonlarının satışını həyata keçirən mağazalar sözügedən telefonları dəyər-dəyməzinə satırlar.

Quqlla yanaşı, “İntel”, “Qualcomm”, “Xilinx”, “Broadcom”, “Panasonik”, “Maykrosoft”, “Vodafon” mobil operatorunun Britaniya bölməsi, Yaponiyanın mobil rabitə korporasiyaları “SoftBank”, KDDİ, NTT, “Amazon” şirkətinin Yaponiya bölməsi və ARM kimi şirkətlərin “Huavey”lə əməkdaşlığı dayandırması sözügedən şirkətin məhsullarının dəyər itirməsinə səbəb olub.

ABŞ Dövlət katibi Mayk Pompeonun sözügedən şirkətin istifadəçilərinin şəxsi məlumatlarını hakimiyyətə ötürməsi ilə bağlı dedikləri də haqlı olaraq heç kəsin bu telefonlara etibar etməməsinə gətirib.

Hər kəsə məlumdur ki, Feysbuk şirkəti özünün İnstaqram və Vatsap əlavələrini “Huavey” smartfonlarına yükləməyi artıq qadağan edib. Bütün dünya əhalisinin sosial şəbəkə istifadəçisi olduğunu nəzərə alsaq, deyə bilərik ki, “Huavey” telefonları artıq heç bir istifadəçi üçün arzuedilən deyil. Çünki bir müddət sonra Quql-pley, xəritə, elektron poçt, Yutuba girişi olmayacaq, Feysbuk, İnstaqram və Vatsap kimi sosial şəbəkələrdən istifadənin mümkün olmayacağı telefon müasir dünya insanı üçün əhəmiyyətsizdir. Həmçinin nəzərə almaq lazımdır ki, sözügedən “keyfiyyətlərə” sahib “ağıllı” telefon “kitayskidir”.

dle 10.5
Xəbər
Britaniyada son seçki: Baş nazir kim olacaq?"Çernobıl"ın yayımından sonra bu dərmana tələbat artdıVolkerdən Donbas açıqlaması: Həyati əhəmiyyət kəsb edirSON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi, SUNAMİ XƏBƏRDARLIĞIİstidə duzlu su için - Vacib tövsiyyəZərif çağırdı: Türkiyədən İrana mühüm səfərZelenski kişiyana davranmadı - Partiya lideriParisdə dayanacaqlar ağaclarla əvəzlənəcəkMakrondan Merkelə dəstək: Hazıram!Əsəd maraq göstərmir, ona görə də... - CefriTürkiyədə daha bir təhlükəli terrorçu məhv edildi - FotoAzərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi“Kitayski” “Huavey”lər tarixə qovuşur: Xilas olun! - VideoSəfirdən Qarabağ açıqlaması: İrəvan üçün hər şey edəcəyik!Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...Kəndə divan tutuldu – Kütləvi ölümBiz əsla təkrar seçkini istəmədik - YıldırımQazlı içkilərin zərərləri: "Soyuq için" ona görə yazılır ki...Saçları sabunla yumaq olarmı?Tiflisin məşhur bazarı yandıAzərbaycanın tarixi qalasını təhlükə gözləyirTürkiyə hərbi dəstək göndərdiQonşuda helikopter qəzası: ölənlər varGürcüstanda əməliyyat: Məmurlar həbs edildiBu məmurları vəzifədən azad edin - ZelenskiFransadan ermənilərə zərbə - Ləğv edildiErməni tarixçi: Qarabağı Bakıya qaytarmaq lazımdır - VideoAzərbaycan və Ermənistan: 1918-ci il xəritəsi - FotoPaşinyan sözünü tutmadı: Erməni anaları ayağa qalxdıMxitaryan Bakıya gəlmədi - Ermənilər onu qınadıİranda ŞOK HADİSƏ: onlarla qadınla kişini bir yerdə yaxaladılar və...Hava şəraiti kəskin dəyişir - “Azərişıq” hərəkətə keçdi"Sarı jiletlilər" yenidən küçələrə çıxdı"Barselona"ya daha bir şok zərbə: Kubok əldən getdiABŞ humanitar yardım qurumunu bombardman etdi"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - SiyahıSünni deputatlardan Xameneiyə: Təhqirlərə son qoyunTrampın planı baş tutmadı: Divar inşası dayandırıldıBakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib…Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdiMəşhur futbolçular Bakıda - FotoABŞ öz helikopterini bombalayıb? - Qəzadan sonraKimyəvi maddə daşıyan gəmi alışdı: 50 yaralı varAzərbaycanda analoqu olmayan idman obyekti tikilir - FotoƏn təhlükəli siqaretlər bunlardırSaxta balın zərərləriHumanitar yardım eroziyaya uğradı - QuterreşRusiya sərhəddəki stansiyanı vura bilərmi?Assancı 175 illlik həbs gözləyirGürcü nazirdən Keşikçidağ çağırışı