» » Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi

Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi

12-06-2019, 08:20
Yerləşdirdi: Admin
Çıxartmaq
Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi
Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar.

Bu barədə APA-ya Azərbaycanın bu olkədəki səfirliyindən bildirilib.

Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.

"Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.
dle 10.5
Xəbər
Britaniyada son seçki: Baş nazir kim olacaq?"Çernobıl"ın yayımından sonra bu dərmana tələbat artdıVolkerdən Donbas açıqlaması: Həyati əhəmiyyət kəsb edirSON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi, SUNAMİ XƏBƏRDARLIĞIİstidə duzlu su için - Vacib tövsiyyəZərif çağırdı: Türkiyədən İrana mühüm səfərZelenski kişiyana davranmadı - Partiya lideriParisdə dayanacaqlar ağaclarla əvəzlənəcəkMakrondan Merkelə dəstək: Hazıram!Əsəd maraq göstərmir, ona görə də... - CefriTürkiyədə daha bir təhlükəli terrorçu məhv edildi - FotoAzərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi“Kitayski” “Huavey”lər tarixə qovuşur: Xilas olun! - VideoSəfirdən Qarabağ açıqlaması: İrəvan üçün hər şey edəcəyik!Türkiyə İslandiyaya uduzdu, Macarıstan isə...Kəndə divan tutuldu – Kütləvi ölümBiz əsla təkrar seçkini istəmədik - YıldırımQazlı içkilərin zərərləri: "Soyuq için" ona görə yazılır ki...Saçları sabunla yumaq olarmı?Tiflisin məşhur bazarı yandıAzərbaycanın tarixi qalasını təhlükə gözləyirTürkiyə hərbi dəstək göndərdiQonşuda helikopter qəzası: ölənlər varGürcüstanda əməliyyat: Məmurlar həbs edildiBu məmurları vəzifədən azad edin - ZelenskiFransadan ermənilərə zərbə - Ləğv edildiErməni tarixçi: Qarabağı Bakıya qaytarmaq lazımdır - VideoAzərbaycan və Ermənistan: 1918-ci il xəritəsi - FotoPaşinyan sözünü tutmadı: Erməni anaları ayağa qalxdıMxitaryan Bakıya gəlmədi - Ermənilər onu qınadıİranda ŞOK HADİSƏ: onlarla qadınla kişini bir yerdə yaxaladılar və...Hava şəraiti kəskin dəyişir - “Azərişıq” hərəkətə keçdi"Sarı jiletlilər" yenidən küçələrə çıxdı"Barselona"ya daha bir şok zərbə: Kubok əldən getdiABŞ humanitar yardım qurumunu bombardman etdi"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - SiyahıSünni deputatlardan Xameneiyə: Təhqirlərə son qoyunTrampın planı baş tutmadı: Divar inşası dayandırıldıBakıda dəhşətli qətl: villasında yatan atanın boğazını kəsib…Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdiMəşhur futbolçular Bakıda - FotoABŞ öz helikopterini bombalayıb? - Qəzadan sonraKimyəvi maddə daşıyan gəmi alışdı: 50 yaralı varAzərbaycanda analoqu olmayan idman obyekti tikilir - FotoƏn təhlükəli siqaretlər bunlardırSaxta balın zərərləriHumanitar yardım eroziyaya uğradı - QuterreşRusiya sərhəddəki stansiyanı vura bilərmi?Assancı 175 illlik həbs gözləyirGürcü nazirdən Keşikçidağ çağırışı