» » İstidə duzlu su için - Vacib tövsiyyə

İstidə duzlu su için - Vacib tövsiyyə

19-06-2019, 08:05
Yerləşdirdi: Admin
Çıxartmaq
İstidə duzlu su için - Vacib tövsiyyə
Mütəxəssislər çox isti yay günlərində bir az duz əlavə olunmuş su içməyi tövsiyə edirlər.

İsti havada kondisioner olmayan yerlərdə, çöldə, dənizdə olanda, idman məşqləri zamanı adi su deyil, az duzlu su için.

Sağlamolun.az bildirir ki, bunun üçün adi su alıb ona 1 l üçün çay qaşığının 1/4 hissəsi qədər (bundan çox yox!) adi duz əlavə etmək lazımdır.

Duz orqanizmdə mayeni saxlayır, insan daha az tərləyir ki, nəticədə bu susuzlaşmanın və vacib mineral duzlarının itkisinin qarşısını alır.

İsti havada məhz susuzlaşma çox ağır pozulmalara yol aça bilər. Xüsusilə bu ürək, damar, böyrək, sinir sistemi xəstəlikləri olanlara, hamilə qadınlara və kiçik yaşlı uşaqlara aiddir. Bu şəxslərdə susuzlaşma çox ağır fəsadlar verə, hətta ölümlə nəticələnə bilər.

Bir az duz əlavə olunmuş suyun "kosmetik" faydası da vardır. Həddindən artıq tərləmədən əziyyət çəkənlər bunu öz üzərində sınaya bilərlər.

Mütəxəssislər isti havada mineral suları da içməyi tövsiyə edirlər. Lakin burada bəzi məqamlar var - müalicəvi sulardan istifadə etmək olmaz ki, onların tərkibində duz çoxdur. Belə suları yalnız həkimin təyini ilə içmək olar. Həkimlə məsləhətləşməmiş yalnız süfrə mineral suları içə bilərsiniz.

İçdiyiniz su soyuq olmamalıdır. Bu istidə genişlənmiş damarların ani sıxılmasına və ürək tutması, baş ağrısı kimi fəsadlara yol aça bilər.

Bir dəfəyə 1 stəkan (200 ml) su içmək olar, bundan çox yox. Əks halda bu böyrək, ürək və damarların həddindən artıq yükləməsinə səbəb olacaq.

Diqqət! İsti havada qazlı və şirin qazlı suları qəti şəkildə içmək olmaz.
dle 10.5
Xəbər
Şəkidə Xan Çinar qırıldı: Bu yaralılar Bakıya gətirildi - Videoİsveçdə dəhşətli təyyarə qəzası: 9 nəfər öldü"Huavey" ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaqGüləşçilərimiz 4 medal qazandılarRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaGürcü deputat Moskvaya getdi - SəbəbBritaniyada növbədənkənar parlament seçkiləri keçirilir?Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - ŞokRusiyadan S-400 açıqlaması: Daha müasir silahlar gələcək30 hərbçi dağıntı altında qaldıRusiya Türkiyəni tələyə saldı? - Sensasion şərhABŞ və İngiltərə kəşfiyyatından Putinə şok: saxta məlumat...S-400-lə bağlı daha bir təyyarə Türkiyəyə endiRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaSeyxin arvadı ilə eşq yaşayan şəxsin kimliyi bəlli oldu - Videoİdarə rəisinin ailəsində faciə: atası və oğlu eyni gündə öldüRusiya adaların Yaponiyaya verilməsindən imtina etdiNeftin son qiymətiSon anda ələ keçən 557 FETÖ-çu - Böyük əməliyyatƏrdoğan rus raketi ilə Qərbi vurdu - Alman KİV-iBöyrək daşlarını tökən 3 təbii reseptTürkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!Almanların qorxusu: Əhali islamı təhdid sayırTürkiyəyə icazə versək, məlumat ruslara gedəcək - Milleyİnanılmaz iddia: Ərdoğan Yıldırıma elə bir vəzifə verir ki...Türkiyə PKK-nı darmadağın etdi: 679 ölüTürk donanması Kipri mühasirəyə aldıTusk Paşinyanı pərt etdi – Badalyandan gülünc təsəlliZelenskinin görüş təklifinə Putinin cavabıBu ölkədə hərbi çevrilişə yenə cəhd edildiTəyyarə hava boşluğuna düşdü: Sərnişinlər ölümdən döndüTarixi razılıq: Maduro və Quaido barışdıQaxariyadan şok: Zor tətbiqinə mən izn vermişəmPutin sanksiya tətbiq etsə, Tiflis nə qədər itirər? - NazirBayden Rusiyaya söz verdi: Prezident olsam...Pompeo Zərifə sanksiya tətbiqinə imkan vermədiKonqres Rusiyaya ağır zərbəyə hazırlaşırDonald Tramp öldü? - İlginc açıqlamalarRusiya sürətlə əhalisini itirir: 4 ayda 150 min azaldıSuriyadan İsrailin raket hücumuna: İkiqat...Bakıda müştəri satıcını belə aldatdı - Video10 ildə neçə ölkəyə vizasız getmək hüququ əldə etmişik?İran arxivini ələ keçirən MOSSAD-çılar təltif edildiKralın ailəsinin qaldığı otel qarət edildi: 100 min avro..Avstraliya sahillərində güclü zəlzələAlbalı bu xəstəlikləri müalicə edirRusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdıPrezidentdən ilginc bəyanat: Ordunu ləğv edərdim...Bu dövlətlər mövcud olmamalıdır - JirinovskiLukaşenkodan Sərkisyana şok sözlər: Bir şərtim var..