» » Rusiya Türkiyəni tələyə saldı? - Sensasion şərh

Rusiya Türkiyəni tələyə saldı? - Sensasion şərh

14-07-2019, 19:17
Yerləşdirdi: Admin
Çıxartmaq
Rusiya Türkiyəni tələyə saldı? - Sensasion şərh
S-400-lərin Türkiyəyə gəlişi Türkiyəni zəiflədib, Ərdoğanın şəxsini beynəlxalq arenada gücləndirmişdir.

Bu sözləri beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev ötən gündən başlayaraq Rusiyanın S-400-lərin hissələrini Türkiyəyə tədarük etməsini şərh edərkən deyib. O bildirib ki, S-400-lər Türkiyə üçün “tələdə pendir”dən başqa bir şey deyildi:

“Bu kontrakt ilə Rusiya Türkiyəni özünə bağlı hala gətirdi. Rusiyanın hesablaması çox dəqiq idi - raketləri alan Ərdoğanın Qərb ilə arası daha da pozulacaq, belə halda Ərdoğan mövqelərini gücləndirmək üçün məcburi olaraq arxasını Rusiyaya dayamağa və ondan daha geniş dəstək almağa məcbur olacaq”.

Politoloq iddia edib ki, digər məsələ Türkiyənin əsas təhlükəsinin Şərqdən – İran və Suriyadan – gəlməsidir:

“Hər ikisinin Rusiyanın müttəfiqi olmasına görə bu raketlərin kimə qarşı istifadə olunacağı sual altındadır”.

Politoloq “arxasını Rusiyaya dayayan” dövlətlərin halının da yaxşı olmadığını qeyd edib:

“İqtisadiyyat, həyat şərtləri, insan hüquqları və demokratiya bərbad... Eyni tale bu səfər Türkiyəni gözləyir. Tam Duqin və Rusiyanın istədiyi kimi... Diqqət eləsəniz, uyğur türklərinin Çində kamplara toplanmasına etiraz edən dövlətlər arasında Türkiyə yox idi. Artıq Türkiyə də beynəlxalq arenada Çin və Rusiyanın yanındadır”.

F.Mehdiyevin fikrincə, Rusiya və Ərdoğanın bu məsələdə əsas rəqibi Türkiyənin azadlıqsevər xalqıdır ki, onlar da Ərdoğanın dəyişməsi üçün çalışacaq. Rusiya isə daxildə də nəzarəti əldə saxlamaq üçün Ərdoğana kömək edəcəkdir - 15 iyun qiyamında olduğu kimi.

Politoloq həm də o fikirdədir ki, Türkiyə Rusiyadan "tarixdə heç vaxt olmadığı qədər" asılı vəziyyətə düşüb.





dle 10.5
Xəbər
Toy zalında partlayış: yaralılar varİsrailə 3 raket atıldıABŞ-a məxsus PUA Rusiya sərhədindəFHN batmaqda olan 3 nəfəri xilas etdiRusiyada ağır qəza: Avtobus divara çırpıldıUkraynada dəhşətli yanğın: 9 nəfər öldüAsfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübəHusilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıqOktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert"Qəbələ" öz meydanında "Sumqayıt"a məğlub olduDolların bugünkü məzənnəsiOnkoloji xəstəliklərlə “vuruşan” ərzaqların - SiyahısıYanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsullarıMəğlubiyyətdə özümü günahlandırıram - BordinDavada oğul səhvən atasına atəş açdı - TəfərrüatQol buraxmayan komandanı yendik - AbuksisMarkov: Dağlıq Qarabağ Azərbaycanındır - VideoVilayət Eyvazov rəisi işdən çıxardıİsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - QərarEtirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - VideoAxşam yeməyi zamanı buna diqqət edinTapılan bomba Putinin işinə təsir etməyib - PeskovBakı Metropoliteninin səlahiyyətləri artırıldıPaşinyan əlindən gələni edir ki, Putin... - BədəlyanHəbsxanada yanğın: 3 nəfər öldüİran-Azərbaycan əlaqələri qardaşlığa əsaslanır - VaeziNəzarət xəttində atışma: azı 8 hərbçi öldüŞəkidə Xan Çinar qırıldı: Bu yaralılar Bakıya gətirildi - Videoİsveçdə dəhşətli təyyarə qəzası: 9 nəfər öldü"Huavey" ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaqGüləşçilərimiz 4 medal qazandılarRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaGürcü deputat Moskvaya getdi - SəbəbBritaniyada növbədənkənar parlament seçkiləri keçirilir?Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - ŞokRusiyadan S-400 açıqlaması: Daha müasir silahlar gələcək30 hərbçi dağıntı altında qaldıRusiya Türkiyəni tələyə saldı? - Sensasion şərhABŞ və İngiltərə kəşfiyyatından Putinə şok: saxta məlumat...S-400-lə bağlı daha bir təyyarə Türkiyəyə endiRusiyadan Yagerin sensasion məqaləsinə reaksiyaSeyxin arvadı ilə eşq yaşayan şəxsin kimliyi bəlli oldu - Videoİdarə rəisinin ailəsində faciə: atası və oğlu eyni gündə öldüRusiya adaların Yaponiyaya verilməsindən imtina etdiNeftin son qiymətiSon anda ələ keçən 557 FETÖ-çu - Böyük əməliyyatƏrdoğan rus raketi ilə Qərbi vurdu - Alman KİV-iBöyrək daşlarını tökən 3 təbii reseptTürkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!Almanların qorxusu: Əhali islamı təhdid sayır