» » Ziya Məmmədovdan yeni açıqlama: “Mən artıq adi vətəndaşam...”

Ziya Məmmədovdan yeni açıqlama: “Mən artıq adi vətəndaşam...”

15-02-2017, 15:51
Yerləşdirdi: Admin
Çıxartmaq
Ziya Məmmədovdan yeni açıqlama: “Mən artıq adi vətəndaşam...”
Tanınmış ekspertlər “islahatlar davam edəcək, başqa nazirliklərlə də bağlı bu cür qərarlar olacaq” deyir


Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirildi.


Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.


Beləliklə, 2002-ci ildən nəqliyyat naziri işləyən Ziya Məmmədov faktiki olaraq nazir postundan uzaqlaşdırılmış oldu. Uzun illər ölkənin ən qüdrətli nazirlərindən biri olan Ziya Məmmədovun bundan sonrakı taleyinin necə olacağı barədə mediada müxtəlif fikirlər, ehtimal və proqnozlar yer alıb. Bəziləri sabiq nazirin ABŞ-a səfir göndəriləcəyi, bəziləri hətta vitse-prezident postlarından birinə onun təyin ediləcəyi, bəziləri isə əksinə, heç bir vəzifə verilməyəcəyi proqnozlarını verirlər. Sabiq nazirin vəzifəsini itirəndən dərhal sonra ölkəni tərk etdiyi haqda da bəzi xəbər saytlarında məlumatlar yayılıb. Həm yeni vəzifəyə təyin olunacağı, həm də ölkədən getdiyi barədə deyilənlərlə bağlı açıqlama almaq üçün fevralın 14-də Ziya Məmmədovla əlaqə saxladıq.


Ziya Məmmədov “Yeni Müsavat”ın suallarına “Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur. Mən artıq nazir deyiləm, adi vətəndaşam. Siz jurnalistlərə də hörmətim var. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur” şəklində münasibət bildirdi. Sabiq nazirin bizə dediklərindən bir daha belə qənaətə gəldik ki, o, hansısa vəzifəyə təyin edilib-edilməyəcəyi barədə məlumatsızdır.


Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov isə unikal.org saytına açıqlamasında qardaşı barədə danışıb: “Mən qardaşım Ziya Məmmədovun vətənə, ölkə başçısına sədaqətinə görə, ölkə və xalqı üçün gördüyü işlərdən dolayı hər zaman qürur duymuşam, bu gün də qürur duyuram. Fəxr edirəm ki, Ziya Məmmədov kimi qardaşım var. Təki vəzifədə olan insanların hamısı Ziya Məmmədov kimi ölkə rəhbərinə və xalqına xidmət eləsinlər. Ziya müəllim əsl Azərbaycan vətəndaşıdır. Cənab prezidentin işdən azadetmə ilə bağlı sərəncamı müzakirə mövzusu ola bilməz”.


Ziya Məmmədovun gələcəkdə vitse-prezident olacağı ilə bağlı gəzən söhbətlər barədə E.Məmmədov bunları deyib: “Bu məsələ müzakirə mövzusu ola bilməz. Kantın belə bir aforizmi var: "Bunları buraxaq zamanın ixtiyarına". Vaxt gələr hər şeyə qiymət verilər”.


Ziya Məmmədovla yanaşı, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi də ictimaiyyətdə ciddi müzakirə edilməkdədir. Əksər ekspertlər bu addımı islahatların yeni dalğasının başlanması kimi də şərh edirlər.
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsini islahatların tərkib hissəsi, yoxsa sadəcə ixtisar saymaq olar? İki nazirliyin birləşdirilməsinin hansı əhəmiyyəti olacaq?


Keçmiş maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, ölkədə aparılan struktur islahatlarının davamlı olacağı heç şübhə doğurmur. Nəqliyyat Nazirliyi ilə bağlı qərar da islahatların davamıdır: “Əslində indiki dönəmdə bunun alternativi də yoxdur. Bir ildən çoxdur ki, hökumət Azərbaycanda postneft dövrünün başlandığını rəsmi şəkildə elan edib. Bu gün ölkədə bütün islahatlar məhz bu dövrün tələblərinə uyğun bir səviyyədə aparılır. Struktur islahatları isə bu islahatların mühüm tərkib hissəsidir. Bu islahatlar idarəetmədə paralelliyin ləğvini, çevikliyin təmin edilməsini, inkişafın qarşısında əngələ çevrilən məqamların tam aradan qaldırılmasını hədəfləyib. Ötən iki il ərzində bu istiqamətdə çox işlər görülüb. Hesab edirəm ki, Nəqliyyat ilə Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birləşdirilməsinə dair ölkə başçısının qəbul etdiyi qərar son deyil və qaşıdakı aylarda biz başqa uyğun nazirlik və komitələrin də birləşdirilərək yenidən təşkil edilməsinin şahidi ola biləcəyik. Bu addım idarəetmədə paralelliyin aradan qaldırılması və çevikliyin təmin edilməsi ilə yanaşı, həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət etməyə və lüzumsuz xərcləri aradan qaldırmağa imkan verəcəkdir”.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bildirdi ki, iki nazirliyin birləşdirilməsi başlanan struktur islahatlarının növbəti dalğasıdır: “Faktiki olaraq son vaxtlar Nəqliyyat Nazirliyinin tabeliyində olan bütün idarə və təşkilatlar ya sərbəst işləyirdilər, ya da məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdilər. Buna misal olaraq da ”Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətini göstərmək olar. Bu qurum nazirlikdən ayrıldıqdan sonra Cavid Qurbanovun sədrliyi ilə çox böyük inkişaf yoluna qədəm qoydu. Eləcə də “Azəravtoyol” ASC. Prezidentin qərarı göstərdi ki, islahatlar davam edəcək.


Nəqliyyat Nazirliyinin başqa bir nazirliyə birləşdirilməsi ilə nazirliklərdən biri azalmış oldu ki, bu da həm ölkənin inkişafı, həm də büdcəyə qənaət edilməsi baxımından da əhəmiyyətlidir".


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, bu çoxdan gözlənilən qərar siyasi hakimiyyətdaxili proseslərin nəticə olsa da, müəyyən qədər gec verilsə də, iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi istiqamətində müsbət addımdır".


Musavat.com
dle 10.5
Xəbər
Makron ölkəyə fövqəladə vəziyyət və xaos gətirdi - DeputatABŞ Rusiyaya sanksiyaların növbəti dalğasına başlayırKələmin qızıldan qiymətli faydaları...Təcavüzə görə axundu öldürən Hüseyn edam edildiRusiya daha 2 şəhəri ələ keçirir? - ZaxarovaSaakaşvili xalqı kəskin mübarizəyə səslədi - YeniləndiABŞ bombaladı: Taliban onun ölümünü təsdiqlədiRusiya "Qrad" və T-90-ları işə saldı - VideoGürcüstan hərbi yolu bağlandı: Rusiyadan xəbərdarlıqÇin ağ bayraq qaldırır: Ticarət savaşını Tramp qazanırTürkiyə hərbi texnikalarını Suriyaya yeritdiBuşun son sözləri: Səni sevirəm...Türkiyə bu rekordunu yenilədi: 168 milyard dollar…KTMT gələn ilə qədər başsız qalır - QasparyanPutin G20-də son nöqtəni qoydu: Müharibə davam edəcəkAzərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - SərkisyanPutin Ərdoğanı buna görə tələsdirir – İsti şərhƏrdoğanla Trampın görüşü başa çatdı - FotoKerç böhranı mübahisəyə səbəb oldu: “Axmaq...” - VideoPutin Trampla görüşündən danışdı: Ona iki söz dedim..MKİ-dən şok: Salman Qaşıqçının ölüm əmrini...Rusiyada qatar relsdən çıxdı, tanklar yerə töküldü – VideoPutindən Ərdoğana: Türkiyə bunu bir daha təsdiqlədiRusiya "Skif"in ilk uçuşunu reallaşdırdı - VideoƏməliyyatdan sonra komaya düşən xəstədən yeni xəbər"Qarabağ" Bakıda 6 qol buraxdı - YeniləndiQoşqar Hacıyev komaya düşdüİrəvanda durum pisləşir, Kreml heç nə edə bilmir, Qarabağ…Bakıda beynəlxalq forum: Prezident iştirak edirRusiya “Admiral Kuznetsov”dan daha böyüyünü tikirBakıda tozun miqdarı 3 dəfə artdı – SəbəbSerj Sərkisyanın köməkçisi ABŞ-a səfir göndərildiPutin açıq şəkildə Avropanı təhdid etdiŞoyqu Türkiyəyə niyə gedir? – Mühüm görüşİlham Əliyev sərəncam imzaladıMoskva-Gəncə reysi ilə uçan təyyarədə faciəPaşinyan baş nazir seçilmədiİstanbulda yanğın sürətlə yayılır: partlayışlar... - VideoAltın Qurd Mauqlini döyüşə çağırdıƏrdoğan olduğu müddətcə buna nail ola bilməyəcəklər - VəliəhdAkar açıqladı: S-400-lər bu tarixdən Türkiyəni qoruyacaqSiyasəti Trampdan təmizləmək lazımdır – SorosBu halda ordumuz hər şeyi edəcək – Çindən savaş hədəsiABŞ generalı: ABŞ-Çin müharibəsi başlayacaq"Barselona"dan qələbə, PSJ və "Qalatasaray"dan bərabərlikHəbibdən Konora təklif: Onu bizə gətir, sonra döyüşəkÇindən Trampa sərt cavab: Şantaja dözməyəcəyikBolton: ABŞ-ın müqaviləni tərk etməsi…Türkiyədə şiddətli atışma: şəhid və yaralılar vaKraldan Qaşıqçı açıqlaması: Kim olur olsun…